|
|
Səhifələr : # « 1 2 3 4 5
|
"Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanunu müzakirəyə çıxarıldı
|
|
Milli Məclisin dünənki iclasında "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanunu birinci oxunuşda müzakirə edildi. Bu barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirdi ki, bu qanun Konstitutsiyaya edilən son əlavə və dəyişikliklər əsasında hazırlanıb. Qanuna görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul olunmuş normativ hüquqi aktlar dərc olunmalıdır. Heç kim dərc olunmamış normativ aktın icrasına məcbur edilə bilməz. Qanun normativ hüquqi aktların dərc edilmə qaydalarını müəyyənləşdirir.
|
Oxumaq
16.12.09
|
| |
|
|
Türkmənistan 7 min km Şərqə uzandı
|
Yeni qaz kəməri işə düşüb
Əsrin ən irimiqyaslı qaz layihələrindən biri işə düşüb. Ötən gün Türkmənistan-Özbəkistan-Qazaxıstan-Çin qaz kəmərinin açılış mərasimi keçirilib. Adları çəkilən ölkələrin liderlərinin də qatıldığı mərasim Türkmənistanın şimal-şərqindəki Samandəpə məntəqəsində baş tutub. Qeyd edək ki, qaz kəmərinin uzunluğu 7 min km-dir. Bunun 188 km-i Türkmənistanın, 525 km-i Özbəkistanın, 1293 km-i Qazaxıstanın, 4860 km-i Çinin ərazisindən keçir. Kəmər 40 mlrd. kubmetr gücə 2012-ci ildə çatacaq. Qaz kəməri Çin Xalq Respublikasının təbii qaza artan tələbatını ödəmək üçün nəzərdə tutulub. 2010-cu ildə qaz tədarükünün 13 mlrd. kubmetrə, 2013-cü ildə kəmərin tikintisi tam başa çatdıqdan sonra 30 mlrd. kubmetrə çatacağı gözlənilir.
|
Oxumaq
16.12.09
|
| |
|
|
Ermənistan parlamentində erməni analar "yad edilib"
|
Vitse-spikerlə səhiyyə naziri söyüşüblər
Ermənistan parlamentinin növbəti sessiyasının bağlanması qalmaqalla yadda qalıb. Belə ki, parlamentin vitse-spikeri, hakim Respublika Partiyasnın üzvü Samvel Nikonyan və səhiyyə naziri, "Çiçəklənən Ermənistan" partiyasının üzvü Arutyun Kuşkyanın arasında insident baş verib. İki vəzifəli şəxsin arasında ana söyüşü ilə müşayiət olunan mübahisə iclas bitəndən dərhal sonra başlayıb. Ermənistanda nəşr edilən "Aykakan Yamanak" qəzetinin yazdığına görə, vitse-spiker Nikonyanın səhiyyə sahəsinə tənqidləri səhiyyə naziri Kuşkyanı bərk əsəbləşdirib.
|
Oxumaq
16.12.09
|
| |
|
|
"Gürcüstan əvvəlki hərbi gücünü bərpa edib"
|
Sergey Lavrov Tbilisinin "hücum xarakterli silahlar almasından" narahatdır
Gürcüstanla Rusiya arasında münasibətlər yenidən gərginləşib. "Vedemosti" qəzeti yazır ki, Gürcüstan Cənubi Osetiyanın Axalqor (Leninqor) rayonunu güc yolu ilə qaytarmağa hazırlaşır. Qəzet yazır ki, Rusiya Müdafiə Nazirliyi Gürcüstanın bu rayonla sərhəd əraziyə qoşun cəmləşdirdiyini açıqlayıb. O da qeyd edilib ki, Amerika hərbi təlimatçıları gürcü ordusuna dağ şəraitində müharibə taktikasını öyrətmək üçün təlim keçir. Axalqor rayonunda məhz bu cür relyef mövcuddur.
|
Oxumaq
16.12.09
|
| |
|
|
Özünəməxsusluğu necə saxlamalı?
|
Qloballaşma prosesindən milli simamızı qoruyaraq çıxmaq üçün bütün imkanlarımız var
İlk dəfə 1983-cü ildə Ronald Robertsonun işlətdiyi "qloballaşma" termini bugünkü "qloballaşma" prosesinin ifadə etdiyi mənadan çox-çox fərqli idi. O, qloballaşmanı ilk növbədə mədəniyyət və insan şüuru sahəsinə aid edirdi, yəni bəşəriyyətin qanlı mübarizələr erasından humanist əməkdaşlıq epoxasına keçidinin başlıca yolunu mədəniyyətlərarası dialoq yolu ilə şüurlarda irqi və dini dözümlülüyün bərqərar olmasında görürdü. Robertson bu ifadəni elə bir zamanda dövriyyəyə buraxmışdı ki, o zaman dünya ağalığı uğrunda çarpışan iki qütbün, ABŞ və SSRİ siyasi liderlərinin ümumi dil tapa bilməmələri üçüncü minillik ərəfəsində ümumən planeti labüd məhvolma təhlükəsi ilə üz-üzə qoymuşdu.
|
Oxumaq
16.12.09
|
| |
|
|
Hamını bəzər, özü lüt gəzər
|
Avropa Birliyinin məmurları maaş azlığından şikayətlənir
Avropa Birliyi strukturlarında çalışan işçilər Brüsseldə üç saat etiraz aksiyası keçiriblər. İşçilər maaşlarının artırılmasını tələb ediblər. Əllərində olan bütün vasitələrlə maaşların artırılmasına çalışacaqlarını bildirən işçilər geri çəkilməyəcəklərini vurğulayıblar.Avropa Birliyinin qaydalarına görə, qurumda çalışan işçilərin maaş artımının dinamikası üzv ölkələrdə çalışan dövlət işçilərinin maaş artımının dinamikasından asılı olmalıdır.
|
Oxumaq
16.12.09
|
| |
|
|
Çili sağalır
|
Sağ qüvvələrin namizədi prezident seçkilərinin ikinci turuna keçib
Son 20 ildə ilk dəfə olaraq sağ qüvvələrin nümayəndəsi Çilidə keçirilən prezident seçkilərinin ilk turunun qalibi olub. Milyarder Sebastyan Pinyera birinci turda qalib gəlmək üçün zəruri olan 44 faiz səs toplayıb. Seçki marafonu çox gərgin şəraitdə keçib. Belə ki, Auqusto Pinoçetin ölümündən sonra ilk dəfə keçirilən seçkilərdə rəqib partiyalar bir-birinin ünvanına olmazın hədyanlar səsləndiriblər. Qeyd edək ki, hazırki prezident Mişel Baçelet Pinoçetə qarşı mənfi münasibətini açıq bildirməsi ilə cəmiyyətdə nüfuzunu yüksəltməyə müvəffəq olmuşdu. Diktatorun ölümündən sonra isə onu hətta dövlət başçısına məxsus qaydada dəfn olunmasına icazə verməmişdi. Onun bu mövqeyini prezidentliyə namizəd, keçmiş prezident (1994-2000) Eduardo Frey də bölüşür. Bu şəxs seçkilərdə 29 faiz səs toplayıb.
|
Oxumaq
16.12.09
|
| |
|
|
Mənə meymun deməyi bəs deyil...
|
Berluskonini döyən şəxs indi də ona məktub yazıb
İtaliyanın baş naziri Silvio Berluskoniyə miniatür dəmir heykəl ataraq burnunu və dişlərini sındıran Massimo Tartaglia baş nazirə məktub göndərib. Onun məktubunun məzmununu vəkilləri ictimaiyyətə açıqlayıb. "Newsru.com"un yaydığı məlumata görə, o, düşünmədən və alçaqcasına etdiyi hərəkətə görə üz istəyib. Psixi xəstəlikdən əziyyət çəkən və 10 ildir müalicə alan 42 yaşlı Massimo Tartaglia bildirib ki, etdiyi hərəkətin arxasında hər hansı siyasi təşkilat və siyasi səbəb durmur. Qeyd edək ki, Massimo Tartaglianı 5,5 aydan 5 ilə qədər həbs cəzası gözləyir. Silvio Berluskoni isə hələ bir gün də xəstəxanada qalacaq.
|
Oxumaq
16.12.09
|
| |
|
|
Vərdiş halından xəstəliyə bir addım
|
Siqaret çəkməyə bəhanə asan tapılır
Səhiyyə işçiləri siqaretin insan orqanizminə nə dərəcədə ziyanlı olduğunu bildirsələr də, siqaret çəkənlərin sayı azalmaq əvəzinə, daha da artır. İnsan siqaret çəkməyə başladığı vaxtdan özü də bilmədən bu pisliyin aludəçisinə çevrilir, əsiri olur. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən, hər il təxminən beş milyona yaxın "siqaret əsiri" dünyasını dəyişir. Əlbəttə ki, belə insanların sayı dayanmadan artır. Təşkilat əvvəlcədən xəbərdarlıq edir ki, əgər problemin qarşısı alınmasa, 2020-ci ildə tütündən istifadə edərək həlak olanların sayı 8 milyona çatacaq.
|
Oxumaq
16.12.09
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 4 5
|
|