Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Dek.2009»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 16.12.2009
Səhifələr : # « 1 2 3 4 5 » #
Vaxtı keçmiş bank kreditlərinin 90%-i üzrə ehtiyatlar yaradılıb
Hazırda Azərbaycan bank sistemində artım dinamikası müşahidə olunur. "APA-Economics" xəbər verdiyi kimi, bunu bildirən Mərkəzi Bankın (MB) Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin direktoru Rəşad Orucov qeyd edib ki, cari ilin II rübündən ölkənin bank sektorunda stabilləşmə müşahidə edilir. R.Orucovun sözlərinə görə, 2009-cu ilin əvvəlindən banklar 900 mln. ABŞ dolları həcmində xarici borc ödəyib, eyni zamanda 450 mln. dollara yaxın xaricdən yeni vəsait cəlb edib. Bununla yanaşı, ilin əvvəlindən bank əmanətləri 20%, kredit qoyuluşları 10% artıb. R.Orucov əlavə edib ki, hazırda bank sistemində toplam likvidlik 1,2 mlrd. manat təşkil edir.
Bankların məcmu kredit portfelinin 4%-i vaxtı keçmiş kreditlərin payına düşür ki, bunun da öz növbəsində 9/10 hissəsini təşkil edən kreditlər üzrə zəruri ehtiyatlar yaradılıb. AMB rəsmisinin sözlərinə görə, Rusiya və Qazaxıstan kimi ölkələrdə bu göstərici 30-40%-dən yuxarı deyil.
Oxumaq
16.12.09  
 
Kredit Bürosu yaradılacaq
Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) İsveçrə hökuməti ilə birgə Azərbaycanda maliyyə bazarının infrastrukturunun təkmilləşdirilməsi, kiçik və orta müəssisələrin maliyyə vəsaitlərinə çıxış imkanlarının artırılması məqsədilə üç illik layihənin icrasına başlayıb.
"APA-Economics"in məlumatına görə, layihənin təqdimatı mərasimində çıxış edən IFC-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Aliyə Əzimova qeyd edib ki, 2001-ci ildən indiyədək IFC 40-dan artıq ölkədə kredit bürolarının açılmasında iştirak edib: "Kredit bürosunun yaradılması isə layihənin əsas komponentlərindədir".
Oxumaq
16.12.09  
 
8 bank hələ də Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə qoşulmayıb
Mərkəzi Bankın (MB) Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə borcalanlar barədə ölkədə fəaliyyət göstərən özəl bankların yalnız 38-i məlumat təqdim edir. "APA-Economics"in məlumatına görə, bunu Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin rəhbəri Elçin Həbibov bildirib. Onun sözlərinə görə, 2009-cu il ərzində kredit reyestrindən 38 bank istifadə edib ki, ötən il reyestrdən istifadə edən bankların sayı 17-yə bərabər olub: "Bankların sayının artması Mərkəzi Bank tərəfindən keçirilən islahatlarla bağlıdır".
E.Həbibov onu da bildirib ki, hazırda Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətində 680 min borcalan barədə məlumat saxlanılır: "Həmçinin zaminlər barədə də məlumatlar alımağa başlamışıq ki, onların sayı 250 minə bərabərdir. Hazırda reyestrdə 125 minə yaxın aktiv kredit üzrə məlumat var və bu məlumatlar yeni kredit hesabatı formalaşandan sonra veriləcək. Bu təkmilləşdirmənin 2010-cu ilin I rübündə tam başa çatdırılacağı gözlənilir".
Oxumaq
16.12.09  
 
Bank filiallarına nəzarət yeni kateqoriyalar üzrə aparılacaq
Mərkəzi Bankı (MB) ölkədə fəaliyyət göstərən özəl bankların filiallarına nəzarəti yeni kateqoriyalar üzrə davam etdirmək niyyətindədir. "APA-Economics"in məlumatına görə, bunu MB-nin Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin direktoru Rəşad Orucov bildirib. Onun sözlərinə görə, hazırda bankların filiallarına nəzarət davam etdirilir və artıq filial rəhbərlərinin üçüncü qrupu treninqdən keçir: "Bu günədək 30 filial rəhbəri treninqdən keçib - effektlik var. Mərkəzi Bank ölkədə fəaliyyət göstərən özəl bankların filiallarına nəzarəti yeni kateqoriyalar üzrə davam etdirmək niyyətindədir ki, bura daxili audit daxildir".
Oxumaq
16.12.09  
 
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndə heyəti İsveçdə səfərdə olub
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndə heyəti İsveçdə səfərdə olub. Bu barədə APA-ya fondun mətbuat xidmətindən məlumat verilib. Fondun icraçı direktoru Vüqar Səfərlinin rəhbərlik etdiyi heyət dekabrın 7-dən 13-dək Stokholm şəhərində kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi ilə əlaqədar İsveç təcrübəsini öyrənib. Azərbaycan nümayəndə heyəti İsveçdə bu sahədə fəaliyyət göstərən dövlət qurumlarının strukturu, iş prinsipləri və fəaliyyəti ilə tanış olub, fond haqqında məlumat verərək gələcək əməkdaşlıq formalarını müzakirə edib.
Oxumaq
16.12.09  
 
Baş Prokurorluqda yeni təyinatlar olub
Respublika Baş Prokurorluğunda yeni təyinatlar olub. Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Onun sözlərinə görə, Baş Prokurorluq üzrə müvafiq əmrlərlə baş prokurorun böyük köməkçisi Nazir Bayramov Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi, Respublika Hərbi Prokurorluğunun şöbə rəisi Şəfahət İmranov isə Respublika Hərbi prokurorunun müavini vəzifələrinə təyin ediliblər.
Oxumaq
16.12.09  
 
Azadlıqdan məhrum edilmiş yeniyetmələrin sayı azalır
"Azərbaycanda azadlıqdan məhrum edilmiş yeniyetmələrin sayı həmişə dünya ölkələrindəki göstəricilərdən az olub". APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov bildirib. Onun sözlərinə görə, ölkə qanunvericiliyinə əsasən, yalnız ağır cinayət törətmiş yeniyetmələr azadlıqdan məhrum edilir: "Azərbaycanda azadlıqdan məhrum edilmiş yeniyetmələrin sayı ümumi məhkumların 0,8 faizini təşkil edir. Əsasən məhkəmələr tərəfindən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalar tətbiq edilir. Hazırda Ədliyyə Nazirliyinin yeniyetmələrlə bağlı cəmi bir tərbiyə müəssisəsi var. Orada 49-50 nəfər yetkinlik yaşına çatmayan şəxs saxlanılır".
Oxumaq
16.12.09  
 
Məhərrəmlik dekabrın 18-də başlayır
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayı ilə bağlı fətva verib. APA-nın məlumatına görə, fətvaya görə, Məhərrəm ayı dekabrın 18-də başlayır. Aşura günü isə dekabrın 27-nə təsadüf edir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Qazılar Şurasının iclasında çıxış edərək bu il Məhərrəmliyin Yeni ilə təsadüf etdiyini qeyd edib. O, Aşura günü ilə bağlı son illər təziyyə günlərində QMİ-nin təşəbbüsü ilə qanvermə aksiyalarının keçirildiyini bildirib:
Oxumaq
16.12.09  
 
QHT-lərə Dövlət Dəstəyi Şurası USAİD-lə Memorandum imzalayıb
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) arasında Memorandum imzalanıb. APA-nın xəbərinə görə, imzalanma mərasimində çıxış edən şura sədri Azay Quliyev bildirib ki, memorandumda QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi üzrə ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, QHT-lərin bilik və bacarıqlarının artırılması, Azərbaycanda vətəndaş cəmiyyətinin rolu və QHT-lərin sosial-iqtisadi inkişaf proseslərinə cəlb olunma imkanları barədə ictimai məlumatlılığın artırılması, qrant müsabiqələrinin keçirilməsi və digər sahələr üzrə əməkdaşlıq nəzərdə tutulur: "2012-2015-ci illər üçün şuranın fəaliyyət strategiyasının hazırlanmasında da USAİD-in yaxından iştirak edəcəyini güman edirik".
Beynəlxalq İnkişaf Agentliyinin Cənubi Qafqaz üzrə missiya rəhbəri Conatan M.Konli isə bildirib ki, imzalanan Memorandumda əsas məqsəd beynəlxalq təcrübədən ən yaxşı şəkildə istifadə etməklə açıq və şəffaf QHT maliyyələşməsini həyata keçirməkdir: "Davamlı QHT sektorunun yaradılması üçün əsas şərt bu təşkilatların şəffaf maliyyələşdirilməsini təmin etməkdir".
Oxumaq
16.12.09  
 
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edilib
Dünən prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə nazirliyinin aşağıdakı əməkdaşları təltif ediliblər:
Oxumaq
16.12.09  
 
Səhifələr : # « 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •