Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Dek.2009»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 16.12.2009
Səhifələr : # « 1 2 3 4 5 » #
Goranboyda güllə səsləri eşidilib
5 yaşlı uşaq aldığı güllə yarasından dünyasını dəyişib

Goranboy rayonunda güllə səsləri eşidilib. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, rayonun Erkəc kəndində İsa Rəhimov ov tüfəngi ilə ehtiyatsız davrandığından atəş açılıb. Nəticədə açılan güllə kənd sakini, 5 yaşlı Umud Məmmədova dəyib. Güllə yarası alan U.Məmmədov hadisə yerində keçinib. Xocalı RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb. Faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
16.12.09  
 
Narkotik alverçilərinin məhkəmə istintaqı yekunlaşıb
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim İradə Həsənzadənin sədrliyi ilə narkotik alverində təqsirləndirilən dəstə üzvlərinin məhkəmə prosesi davam etdirilib. Məhkəmə qarşısında İlqar Abdullayev, Firudin Dadaşov, Əhməd Quluzadə, Rauf Əhədov, Azər Quliyev, Firuz Əliyev, İlham Mirzəyev, Sahib Zeynalov, Nadir İlqarov, Eldar İbişov, Xangəldi Əliyev cavab verib. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə təqsirli biliniblər.
İttihama görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakinləri F.Dadaşov və İ.Abdullayev 2008-ci il dekabrın 2-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Onlardan 67 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. İstintaq zamanı müəyyən edilib ki, Firudin, İlqar və qeyriləri qabaqcadan cinayət əlaqəsinə girərək narkotik vasitələri satmaq barədə sövdələşiblər.
Oxumaq
16.12.09  
 
Çarəsiz ata
Qızını qətlə yetirən atanın məhkəməsi başa çatıb

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əhməd Quliyevin sədrliyi ilə qızını qətlə yetirən atanın məhkəməsi başa çatıb. Məhkəmə qarşısında Siyəzən rayon sakini Vaqif Mahmudov cavab verib. V.Mahmudov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
İttihama görə, 2005-ci ilin dekabrın 28-də Siyəzən rayonunun Qara Siyəzən kəndində 24 yaşlı Dilguşə Mahmudova əxlaqsızlıqla məşğul olduğu üçün atası Vaqif tərəfindən qətlə yetirilib. Belə ki, Dilguşə nişanlı ola-ola başqa bir kişi ilə qeyri-qanuni bir yerdə yaşayıb. Bundan sonra nişanı qaytarılan D.Mahmudovadan ailə üzvləri üz döndəriblər. 24 yaşlı qadın bir müddət Naftalanda yaşayan bacısının evində yaşasa da, əməlindən geri qalmayıb. Bacısının davranışlarından razı qalmayan böyük bacı onu Naxçıvanda yaşayan qardaşının yanına göndərib.
Oxumaq
16.12.09  
 
Metamorfozalar
Dünən dönüklüyün üzünü gördüm. Əyilmiş, sınmış adamla göz-gözə gələndə nə qəribədir ki, o gülümsədi, mən isə utandım. Özümü bilməməzliyə vurdum.
Çalışdığım kollektivlərdən birində daim gərgin ab-hava hökm sürür. Cəmi bir neçə işçi olsa da, nə birgə keçirilən 5 il, nə də ağır iş şəraiti kollektivi bir ailəyə çevirməyib. Əksinə, əsasən kişilərdən ibarət bu kollektiv daim mübarizə şəraitində yaşayır. Buna rəqabət də deyə bilərik. Kiçik bir düzəlişlə - rəqabətin müasir forması. Müasir rəqabət əcdadından əsasən məqsədilə seçilir. Əvvəllər məqsəd daha çox pambıq yığmaq və daha çox dəzgah təmir eləmək idisə, indi "staxanovçuluq" istehza doğurur yalnız.
Oxumaq
16.12.09  
 
Qeyri-yaşayış sahələri bazarında bağlanan əqdlərin sayı azalıb
Bazara təklif olunan qeyri-yaşayış sahələrinin sayı isə 2,7 faiz artıb

Qeyri-yaşayış sahələri bazarında bağlanan əqdlərin dinamikasında azalma müşahidə olunub. Bu barədə qəzetimizə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin mətbuat xidmətindən məlumat verilib. Qurumdan bildirilib ki, noyabr ayında da bazara çıxarılan qeyri-yaşayış sahələri ötən ayda kimi olub. Belə ki, qeyri-yaşayış sahələrini fərdi tikililər, yeni inşa edilən binaların 1-2-ci mərtəbələrinin və təkrar bazarda olan binaların 1-ci mərtəbələrindəki təyinatı dəyişilmiş mənzillər təşkil edib: "Bu seqment üzrə bazarda bağlanan əqdlərin dinamikası sentyabr ayına nisbətən bir qədər də azalıb. Noyabr ayı ərzində Bakı şəhəri üzrə kommersiya məqsədilə istifadə edilən əmlakın həm orta satış qiymətində, həm də icarə qiymətlərində 0,2 faiz qiymət azalması qeydə alınıb. 1 kv.m qeyri-yaşayış sahəsinin orta qiyməti təklif üzrə oktyabrda qeydə alınan 2992 ABŞ dollarından 2998 dollara qalxıb".
Oxumaq
16.12.09  
 
Qattuzodan sonra Ronaldinyo
"Milan" ulduzları saxlamağa çalışır

Həhayət, Cennaro Qattuzoyla bağlı həyəcan böyük ölçüdə aradan qalxıb. Təcrübəli futbolçunun gələn ilin yanvarında "Milan"ı tərk edə biləcəyi ilə bağlı söz-söhbətə birdəfəlik son qoyulub. Cennaro mövsümün əvvəlində zədə amilindən əziyyət çəkdiyindən "Milan"ın formasını müntəzəm geymək imkanından məhrum olmuşdu. Amma onun zədəsini sağaldandan sonra da yaşıl meydana çıxmaması çoxsaylı şayiələrə rəvac vermişdi.
Oxumaq
16.12.09  
 
Dominges "Valensiya"da
Argentinalı İspaniya klubuyla 3,5 illik müqavilə bağlayıb

Alexandro Domingesin "Valensiya"ya gözlənilən transferi rəsmiləşib. Rusiya çempionatları tarixinə ən güclü legionerlərdən biri kimi düşən argentinalı İspaniya klubuyla 3,5 illik müqavilə bağlayıb.
"Rubin"in ardıcıl 2-ci dəfə Rusiya çempionu olmasında mühüm rol oynayan Alexandro yeni komandasında yalnız gələn il debüt edə biləcək. Onun yanvarın 3-də "Espanyol"la nəzərdə tutulan matçda meydana çıxmaq ehtimalı yüksəkdir.
Xatırladaq ki, Dominges "yarasalar"a təmənnasız qismət olub. Bunun əsas səbəbi isə artıq sabiq klubuyla müqaviləsinin bu ilin son günündə qüvvədən düşməsidir.
Oxumaq
16.12.09  
 
Adriano vətənində qaldı
Son vaxtlar haqqında çoxlu söz-söhbət yayılan, Avropanın müxtəlif klublarına keçidi müzakirə olunan braziliyalı hücumçu Adriano vətənində qalmağı üstün tutub. Son ölkə birinciliyində "Flamenqo"yla çempionluğu bayram edən və vurduğu 19 topla A seriyasının ən yaxşı 2 qoleadorundan biri olan "İmperator" ləqəbli hücumçu "Fla"yla müqaviləsinin müddətini 6 aylığa uzadıb. Görünür, Braziliyada çempionatın ən yaxşı oyunçusu seçilən Adriano vətənində qalmaqla yenidən milli komandaya dönmək perspektivinin daha yüksək olduğunu zənn edir. Həqiqətən də o, "Flamenqo"da top qovduğu müddətdə əvvəlki Adrianoya çox yaxınlaşıb.
Oxumaq
16.12.09  
 
Pyuel hamıdan çox qazanır
Onun aylıq məvacibi 250 min avrodur

"Yournal du Dimanche" nəşri Fransa çempionatının güclülər dəstəsində çıxış edən klubların çalışdırıcılarının məvacibiylə bağlı maraqlı məlumat yayıb. Sən demə, bu baxımdan Klod Pyuel Liqa-1-də çalışan bütün həmkarlarını arxada qoyur. Lion "Olimpik"inin baş məşqçisinin aylıq məvacibi 250 min avroya bərabərdir. Hər halda, sözügedən yurnal belə iddia edir. Amma "Olimpik"in prezidenti Yan-Mişel Olya Pyuelin aylıq məvacibinin 230 min avro olduğunu bildirib. Fakt budu ki, K.Pyuel 2-ci sıradakı Didye Deşamı yetərincə böyük fərqlə qabaqlayır. Cari mövsümdən Marsel "Olimpik"inə rəhbərlik edən Fransa millisinin keçmiş yarımmüdafiəçisi aya 180 min avro alır. 3-cü sıradakı Loran Blanın "Bordo"dakı bir aylıq fəaliyyətinin 140 min avro ilə dəyərləndirilməsi bir qədər qəribədir. Hər halda, Fransa millisinin keçmiş müdafiəçisi ötən mövsüm "yirondistlər"i uzun fasilədən sonra Liqa-1-in çempionluğuna daşıyıb. "Bordo" uğurlu oyunlar seriyasını cari mövsümdə də davam etdirir.
Oxumaq
16.12.09  
 
"Neftçi"də 6 oyunçu zədələnib
"Standard"la oyuna hazırlaşan "Neftçi" klubunun heyətində zədəlilərin sayı artıb. Apasport.az saytının xəbərinə görə, zədə üzündən son oyunları buraxan Zaur Tağızadə və Andrey Stepanova "Muğan"la görüşdən sonra daha bir neçə futbolçu qoşulub. Suat Usta, Ruslan Abışov, Adrian Neaqa, Dmitri Kruqlov, Samir Əliyev və Leonard Naydinin "Standard"a qarşı oynayıb-oynamayacaqları hələ məlum deyil.
Qeyd edək ki, Unibank Premyer Liqasının XVI turunda "Standard" klubunu qəbul edəcək "Neftçi" sabahdan etibarən klubun bazasında məşqlərini bərpa edəcək.
Oxumaq
16.12.09  
 
Səhifələr : # « 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •