|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
"Məni özümə qarşı laqeydlikdə günahlandırırlar"
|
Nəzər Bəylərov, xanəndə: "Reklam olunmamaq kölgədə qalmaq deməkdir".
Dost-tanışları onun haqqında danışanda gözəl xanəndə olması ilə barabər, təbiətindəki səmimiliyi, sadəliyi və təvazökarlığı da qeyd edirlər. Məsələn, dostu tarzən Ramin Rzayev deyir ki, o, gələcək irsimizə daxil olacaq xanəndələrdəndir. Nəzər Bəylərov bir çox muğamı oxumaq iqtidarına malikdir. Həmçinin onun özünüreklama çalışmadığını da qeyd edirlər. Nəzər Bəylərovu qiymətli səsinin olmasına baxmayaraq, "bazara çıxmayan xanəndə" də adlandırırlar. O, 15 ilə yaxındır ki, Opera və Balet Teatrının solisti kimi çalışır. Ancaq bu teatrın səhnəsində parlayan xanəndələrdən fərqli olaraq bir qədər kölgədə qalıb. Səbəbini onunla söhbətdən biləcəksiniz:
|
Oxumaq
16.12.09
|
| |
|
|
Vaqif Mustafazadə anılacaq
|
Yeni saytın təqdimetmə mərasimi də keçiriləcək
Bu gün Bakı Caz Mərkəzində dahi Azərbaycan musiqiçisi, "Caz-muğam"ın banisi Vaqif Mustafazadənin vəfatının 30 illiyinə həsr edilmiş gecə keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi və Vaqif Mustafazadə adına Xeyriyyə Fondu ilə birgə təşkil olunan tədbirə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri dəvət edilib. Nazirliyin mətbuat xidmətindən qəzetimizə daxil olan məlumatda bildirilir ki, gecənin proqramına Vaqif Mustafazadənin ev muzeyinin əməkdaşları tərəfindən hazırlanmış Vaqif Mustafazadə saytının təqdimetmə mərasimi və "Retro-Sevil" ansamblının çıxışı daxildir. Proqramın bədii rəhbəri məşhur "Sevil" ansamblının solisti Rəna Talıbova, prodüseri Vaqif Mustafazadənin dayısı qızı Afaq Əliyevadır.
|
Oxumaq
16.12.09
|
| |
|
|
Teatr Muzeyinin yubileyi qeyd olunacaq
|
|
Bu gün Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə "Muzey Mərkəzi"ndə Teatr Muzeyinin 75 illik yubileyi ilə əlaqədar təntənəli mərasim keçiriləcək. Rəsmi və bədii hissədən ibarət bu tədbirdə nazir Əbülfəs Qarayev, Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Cəmilə Səttarova, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rəfael Hüseynov, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, "Musiqi dünyası" yurnalının baş redaktoru Tariyel Məmmədov, teatr xadimləri, sənətsevərlər və muzeylərin nümayəndələri iştirak edəcəklər.
|
Oxumaq
16.12.09
|
| |
|
|
Funda Arar Huranın ifasına münasibət bildirdi
|
Türkiyəli sənətçi razı qalıb
Müğənni Nura Surinin türk sənətçisi Funda Ararın repertuarından oxuduğu "Səndən öyrəndim" mahnısı artıq ilk ifaçısının qulağına çatıb. Azərbaycanlı müğənninin ifasını təəccüblə qarşılayan türkiyəli sənətçi münasibətini özünün aparıcısı olduğu verilişdə bildirib. Nuranın ifasını bəyəndiyini bildirən Funda Arar ilk dəfə eşidərkən mahnının ona xoş təsir bağışladığını söyləyib. Eyni zamanda o bildirib ki, Nura Surinin mahnı üçün çəkdirdiyi klip maraqlı və gözoxşayandır: "Bütün bunlarla yanaşı, azərbaycanlı sənətçi türk mahnısını səlis şəkildə ifa edib və tələffüzdə heç bir qüsura rast gəlmək mümkün deyil". Qeyd edək ki, xoş sözlərdən sonra Nura Suri Funda Ararla işbirliyi yaratmaq niyyətində olduğunu açıqlayıb.
|
Oxumaq
16.12.09
|
| |
|
|
"Ədəbi kinoklub"un açılışı keçiriləcək
|
Dekabrın 17-də Azərbaycan Kinematoqrafçılar İttifaqında "Ədəbi kinoklub" layihəsinin açılışı keçiriləcək. Qeyd edək ki, tədbiri Dövlət Film Fondu "Luç" Mədəniyyət Xadimləri Assosiasiyası ilə birgə təşkil edib. Dövlət Film Fondundan verilən məlumatda görə, "Ədəbi kinoklub"un ilk buraxılışı dünya şöhrətli fransız yazıçısı, şairi, filosofu və reyissoru Yan Koktonun 120 illiyinə həsr olunacaq. Həmin gün Yan Koktonun "Orfey" bədii filmi göstəriləcək. Məlumatda qeyd qeyd edilib ki, bu film 1949-cu ildə çəkilib və hazırda ekran işinin 60 ili tamam olur. Filmdə baş rolları tanınmış aktyorlardan Yan Mare, Fransua Perye, Mariya Kazares oynayıblar. Dövlət Film Fondunun məlumatında bildirilib ki, ayda bir dəfə təşkil olunması nəzərdə tutulan "Ədəbi kinoklub"da mütəmadi şəkildə dünya şöhrəti qazanmış filmlər, ədəbi əsərlərin ekran təcəssümləri nümayiş etdiriləcək.
|
Oxumaq
16.12.09
|
| |
|
|
Azərbaycan Milli Konservatoriyasında elmi-nəzəri konfrans keçirilib
|
|
Ötən gün Azərbaycan Milli Konservatoriyasında elmi-nəzəri konfrans keçirilib. Ali musiqi ocağının "Tələbə Elmi Cəmiyyəti"nin təşəbbüsü ilə keçirilən tədbirə müəllim heyəti də qatılıb. Konfransı giriş sözü ilə açan konservatoriyanın elmi işlər üzrə prorektoru professor Vaqif Əbdülqasımov tədbir iştirakçılarını salamladıqdan sonra təhsil ocağında oxuyan tələbələrə elmi-nəzəri tədbirlərdə fəal iştirak etmələrini arzuladı. Daha sonra iştirakçılar musiqişünaslardan Babayi Fəridə, Aslanova Fidan, Rzayeva Pərvanə, Həbiyeva Fazilə "Üzeyir Hacıbəylinin şifahi ənənəli professional musiqiyə dair fikirləri", "Siyavuş Kəriminin yaradıcılıq portreti", "Puşkin mövzuları musiqidə", "Xalqımızın toy kimi adəti var" mövzularda çıxış etdilər. Bunun ardınca tədbir üçün hazırlanan musiqi parçasını bəstəkar pianoçu Pikə Axundova fortepianoda, konservatoriyanın ikinci kurs tələbəsi Təbriz Yusubov isə kamançada Siyavuş Kəriminin "Ömrümün istəyi" adlı mahnısını tədbir iştirakçılarına təqdim etdi.
|
Oxumaq
16.12.09
|
| |
|
|
10 dilənçi saxlanılıb
|
|
Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən dilənçiliklə məşğul olan 10 nəfər saxlanılıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, saxlanılanlar Bakı BPİ-nin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə göndərilib.
|
Oxumaq
16.12.09
|
| |
|
|
Yol qəzası 5 nəfərin həyatına son qoyub
|
Onlardan biri Polis Akademiyasının 5-ci kurs müdavimidir
Ötən gün respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Xətai rayonu M.Hadi küçəsində Bakı şəhər sakini Davud Mirzəyev "Mercedes" markalı avtomaşını idarə edərkən DİN Polis Akademiyasının 5-ci kurs müdavimi Faiq Quliyevi vurub. Nəticədə F.Quliyev hadisə yerində dünyasını dəyişib. Sumqayıt şəhəri ərazisində naməlum avtomaşınla şəhər sakini Tənzilə Allahverdiyeva vurulub. Nəticədə T.Allahverdiyeva hadisə yerində dünyasını dəyişib.
|
Oxumaq
16.12.09
|
| |
|
|
İki oğurluq faktının üstü açılıb
|
Salyanda mağaza, Qusarda mənzildən oğurluq edilib
Hüquq-mühafizə orqanları iki oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, mağazadan oğurluq edən Salyan rayon Kolanı kənd sakini İntiqam Cəbiyev tutulub. İ.Cəbiyev həmyerlisi V.Əsgərova məxsus mağazadan oğurluq etməkdə təqsirləndirilir. Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Kərimovun evindən oğurluq edən Yasab kənd sakini Çingiz Tahirov saxlanılıb. Ç.Tahirov əvvəllər də məhkumluq həyatı yaşayıb.
|
Oxumaq
16.12.09
|
| |
|
|
Qardaşını bıçaqlayan şəxs tutulub
|
|
Quba rayonunda bıçaqlanma faktının üstü açılıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qulam Məmmədovu bıçaqlayan şəxs saxlanılıb. Saxlanılan xəsarət alan şəxsin qardaşı Kamran Məmmədovdur. K.Məmmədov əvvəllər də məhkumluq həyatı yaşayıb.
|
Oxumaq
16.12.09
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
|