|
|
Səhifələr : 1 2 3 4 5 » #
|
Azərbaycan İrandan Fars körfəzinə çıxır
|
İran isə Azərbaycan vasitəsilə MDB məkanına
Dünən İrana səfər edən xarici işlər naziri Elmar Məmmədyarov həmkarı Mənuçöhr Mottaki ilə görüşüb. Görüşdə Azərbaycan və İran arasındakı ikitərəfli və regional münasibətlərin perspektivləri haqqında müzakirələr aparılıb. İranlı nazir iki ölkə arasında sərhədyanı əlaqələrə toxunaraq gediş-gəlişin asanlaşdırılmasının vacibliyini vurğulayıb: "İran-Azərbaycan əlaqələri hərtərəfli əlaqələrdir və regionda böyük əhəmiyyətə malikdir". M.Mottaki görüşdə eneryi sahəsində əməkdaşlığı da müzakirə etdiklərinə diqqət çəkərək İranın Azərbaycan vasitəsilə MDB-nin eneryi sisteminə qoşulacağını vurğulayıb. M.Mottaki bildirib ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 600 milyon dollardır: "Bu rəqəmi 1 milyard dollara çatdırmaq istəyirik. Bunun üçün yaxşı potensial var". M.Mottaki bildirib ki, görüşdə İran-Azərbaycan əməkdaşlığının bütün aspektləri, Şimal-Cənub dəhlizi ilə tranzit məsələsi müzakirə olunub, iqtisadi sahədə yeni əməkdaşlıqlar təklif edilib, Astara-Astara dəmir yolunun inşası barədə danışılıb. Qeyd olunub ki, Azərbaycandan Fars körfəzinə və əks istiqamətdə daşınan malların həcmi artırılacaq. İranlı nazir isə deyib ki, "İran Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün hər cür köməyi etməyə hazırdır".
|
Oxumaq
15.12.09
|
| |
|
|
"Neftçi" "altılıq"dan kənarda qaldı
|
"Bakı"nın Zaqataladakı qələbəsi vəziyyəti gərginləşdirdi
Unibank Premyer Liqasını XV turunu digər həftələrdən fərqləndirən cəhət bütün görüşlərin eyni günə təsadüf etməsi idi. Bununla belə, hesabat turunu rəngarəng adlandırmaq olmaz. Yalnız "Simurq" - "Bakı" matçı turun bəzəyi sayılırdı ki, mübarizədən qalib ayrılan "zolaqlılar" həm də turnir cədəvəlində rəqibini ötməyi bacardı. İlk 3 yerin sahibləri turu itkisiz başa vurdu. Maraqlıdır ki, "Qarabağ", "İnter" və "Xəzər-Lənkəran" səfərdə rəqiblərini minimal hesabla yenməklə buna nail oldu. Cədvəldə sonrakı yerləri tutan 3 komanda isə eyni xala malikdir. "Üçlüy"ün matçlarında daha çox xal toplayan "Bakı" nisbi üstünlüyə malikdir. Diqqətçəkən nəticə "Heftçi"nin növbəti dəfə xal itirməsiydi. Son 4 oyunda 3-cü bərabərliyinə imza atan flaqman nəticədə "6-lıq"la vidalaşmaq məcburiyyətində qaldı. Əvəzində "Karvan"dan qisasını alan "Qəbələ" yenidən geri qayıtdı. Bu arada 9-cu pillə uğrunda mübarizə heç də çempionluq yarışından geri qalmır. Hövbəti xalına sevinən "Muğan" bu mənada "Turan"ı üstələməyi bacardı. Təhlükəli mövqenin sakinlərinin işi isə getdikcə qəlizləşir. Düzdür, hələ çempionatın bitiminə kimi daha 7 tur oynanılacaq, amma hər iki komanda artıq narahat olmağa başlamalıdı.
|
Oxumaq
15.12.09
|
| |
|
|
ABŞ-a etirazlar davam edir
|
Qondarma DQR-ə ayrılan 8 milyon yardım separatçılara hamilik etmək kimi qiymətləndirilir
"ABŞ Konqresinin separatçı Dağlıq Qarabağ reyiminə maliyyə yardımı ayırması haqsızlıq və ədalətsizlikdir. Biz hansısa dövlətin digər ölkələrə yardım etməsinə qarışmaq istəmirik. Amma separatçı reyimlərə yardım göstərilməsi dolayısı yolla həmin reyimlərin dəstəklənməsi anlamına gəlir". Bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini və icra katibi Əli Əhmədov ABŞ Konqresinin Nümayəndələr Palatasının separatçı Dağlıq Qarabağ reyiminə maliyyə yardımı ayrılması haqqında verdiyi qərara münasibət bildirərkən deyib. Ə.Əhmədov bildirib ki, ABŞ hökuməti ayrı-ayrı yerlərdə demokratiyanın, insan hüquqlarının qorunması haqqında mövqe bildirib, bu məsələyə həssaslıqla yanaşdığını bəyan edirsə, digər tərəfdən, separatçı reyimlərə maliyyə dəstəyi göstərir. Beləliklə də həmin reyimlərin ömrünün uzadılmasına şərait yaratmış olur: "Biz bu hadisəni qətiyyətlə pisləyirik. Bu cür dəstəklər və yanaşmalar olanda münaqişənin ədalətli şəkildə həll olunması prosesi ciddi şəkildə çətinləşir. ABŞ Minsk qrupunun həmsədri kimi bir tərəfdən münaqişənin ədalətli şəkildə həll olunmasına çalışdığını bəyan edir, amma separatçı reyimləri dəstəkləyəndə isə belə bəyanatların üzərinə əhəmiyyətli dərəcədə kölgə düşür". "Özünü demokratiyanın, hüququn aliliyinin beşiyi adlandıran bir dövlətin belə bir addımına sözsüz ki, heç bir halda haqq qazandırmaq mümkün deyil.
|
Oxumaq
15.12.09
|
| |
|
|
Ermənistanda hamı kasıb olacaq
|
2010-cu ildə orta təbəqə yoxsula çevriləcək
Ermənistan parlamentinin üzvü, iqtisadçı Ara Nranyan 2010-cu ildə Ermənistanda kasıbların sayının kəskin surətdə artacağını söyləyib. "PanArmenian.net" saytının yaydığı məlumata görə, Ara Nranyan deyib ki, 2010-cu ilin büdcə layihəsində daxilolmaların səviyyəsində 1,2 faiz artım proqnozlaşdırılsa da, hökumətin həyata keçirdiyi iqtisadi siyasət gələn il əhalinin həyat səviyyəsini aşağı düşməsinə səbəb olacaq. Deputat bildirib ki, hazırda orta təbəqə sayılan kəsim də gələn il yoxsulluq həddinə enəcək: "Sirr deyil ki, bizim vətəndaşların gəlirlərinin əhəmiyyətli qismini transfertlər təşkil edir. Bu transfertlər isə hazırda faktiki yoxdur. Hökumət də gəlirlərin azalmasını kompensasiya etmək üçün heç bir addım atmayıb. Bunun üçün maliyyə vəsaiti də əslində, yoxdur. Əmək haqqı və pensiyada artım olmayacaq, ölkə çətin ki, gələn il böhrandan əvvəlki səviyyəyə qayıda bilsin".
|
Oxumaq
15.12.09
|
| |
|
|
Ruhi xəstə terror
|
İtaliyanın baş nazirini döyüblər
Qeyri-adi hərəkətləri ilə hamını heyrətə salan İtaliyanın baş naziri Silvio Berluskoni fiziki hücuma məruz qalıb. İnsident baş nazir Milanda siyasi yürüşdən sonra avtoqraflar paylayarkən yaşanıb. Şahidlər deyirlər ki, bir nəfər yaxın məsafədən 72 yaşlı baş nazirin sifətinə Milan kilsəsinin suvenir modeli ilə zərbə endirib. Nəticədə Berluskoninin burnu sınıb, sifətində isə bir neçə kəsik yaralar əmələ gəlib. Berluskoni aldığı zərbədən ani olaraq huşunu itirib. Onu dərhal avtomobilə mindiriblər. Amma baş nazir az sonra özünə gələrək avtomobildən çıxıb və tərəfdarlarına xitabən "mənim vəziyyətim normaldır" deyib. İtaliyanın xəbərlər agentliyi (ANSA) bildirir ki, baş nazirə hücum edən 42 yaşlı bir kişi olub. Massimo Tartaglia ruhi xəstəlikdən müalicə olunur. Tartaglia qaçmağa cəhd etsə də, polis tərəfindən tutulub. Berluskoninin tərəfdarları onu döyməyə cəhd etsələr də, polis buna imkan verməyib. Hazırda baş nazir xəstəxanada müalicə olunur. Onun həkimi Alberto Zanqrillo bildirib ki, baş nazirə aldığı yaralardan tam müalicə olunmaq üçün bir neçə həftə vaxt lazımdır. O, Berluskoninin burnunun qırıldığını və 2 dişinin sındığını vurğulayıb. Tartaglianın 10 illik psixi xəstə tarixçəsi var və onu müalicə edən həkim artıq polisə çağırılıb.
|
Oxumaq
15.12.09
|
| |
|
|
AXP-nin prezidenti Vilfred Martens Bakıya gələcək
|
YAP nümayəndə heyəti Almaniyada səfərdə olub
Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Avropa Xalq Partiyasının (EPP) dəvəti ilə bu qurumun Almaniyanın Bonn şəhərində keçirilən növbəti qurultayında iştirak edib. Qurultayda 39 ölkənin 71 siyasi partiyasının 1500 üzvü təmsil olunub. Tədbirə YAP-ın sədr müavini və icra katibi Əli Əhmədovun rəhbərliyi ilə nümayəndə heyəti qatılıb. Bu barədə qəzetimizə YAP-dan məlumat verilib. Məlumata əsasən, AXP-nin qurultayında qurumun rəhbərliyinə növbəti seçkilər keçirilib. AXP-nin fəaliyyətdə olan prezidenti nümayəndələrin 92 faizinin səsi ilə yenidən partiyanın rəhbəri vəzifəsinə seçilib.
|
Oxumaq
15.12.09
|
| |
|
|
"Azərsun" korporativ və marka saytlarının təqdimatını keçirdi
|
Şirkət gələn il 4 yeni istehsal müəssisəsini istifadəyə verməyə hazırlaşır
Dünən "Azərsun Holding" özünün korporativ və marka saytlarının təqdimatını keçirdi. Saytların hazırlanmasını həyata keçirən "Silverkey" şirkətinin rəhbəri Fərid İsmayılzadə bildirdi ki, layihə çərçivəsində şirkətin doqquz korporativ və doqquz marka saytı hazırlanıb istifadəçilərin ixtiyarına verilib. Saytlar 4 dildə - Azərbaycan, türk, ingilis və rus dillərindədir. F.İsmayılzadə bildirdi ki, Azərbaycan hökuməti İKT-nin tətbiqini prioritet sahələrdən elan edib. Hazırda ölkədə "Elektron Azərbaycan" layihəsi həyata keçirilməkdədir. Bu layihənin həyata keçirilməsi üçün hökumətlə yanaşı, özəl şirkətlər və vətəndaşlar da çalışmalıdırlar. Əgər hökumət internet qiymətlərini aşağı salıb "Xalq kompyuteri" kimi layihələr həyata keçirirsə, şirkətlər əhalinin elektron vərdişlərini artırmalıdırlar. Bütün böyük şirkətlər özlərinin yüksək səviyyəli internet saytlarını hazırlayıb, onun interaktivliyini təmin etməlidirlər.
|
Oxumaq
15.12.09
|
| |
|
|
"Teatrın prodüser sistemi üzrə işləməsinin tərəfdarıyam"
|
İftixar Piriyev: "İrəvan Teatrının ənənələrindən biri köç şəklində qastrollarda olmaqdır"
İrəvan Dövlət Azərbaycan Dram Teatrı bu yaxınlarda Gürcüstandan qastrol səfərindən qayıdıb. 10 günə yaxın müddətdə kollektivin qonşu respublikada oynadığı tamaşalar böyük rəğbətlə qarşılanıb. Teatrın direktoru İftixar Piriyev qəzetimizə müsahibəsində səfər təəssüratlarını bölüşməklə bərabər, rəhbərlik etdiyi kollektivin yaxın zaman üçün planlarından da söhbət açdı:
- Gürcüstan səfəri təkcə mənim deyil, İrəvan Teatrının kollektivinin yaddaşına əbədi yazıldı. Bu səfər bizim üçün əlamətdar bir hadisəyə çevrildi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanda səfərdə olarkən soydaşlarımız qarşısında bir neçə görüş keçirmiş və mədəniyyət kollektivlərinin vaxtaşırı Gürcüstana səfər edəcəyi barədə onlara məlumat vermişdi. Nazirliyin layihəsi əsasında ilk olaraq Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivinin Gürcüstana qastrol səfəri reallaşdı. Böyük bir heyətlə qatıldığımız səfər 9 gün davam etdi.
|
Oxumaq
15.12.09
|
| |
|
|
"Next" qrupu MTV telekanalından dəvət alıb
|
Onlar dünya ulduzları ilə birlikdə konsert çəkilişində iştirak edəcəklər
Azərbaycandan "Eurovision - 2010"-a namizədlər sırasında olan gənclərdən ibarət "Next" musiqi qrupu Ukrayna səfərindən qayıdıb. Qrupun mətbuat sözçüsünün məlumatında bildirilir ki, "Next" səfər zamanı Ukraynanın "Qamma" və "OTV" telekanallarında qonaq olub, bir neçə tədbirdə iştirak edib. Qrupun Xalq artisti Nazpəri Dostəliyeva ilə birlikdə çəkdirdiyi "Getdi yar" klipi bir neçə Ukrayna kanalında gün ərzində nümayiş etdirilir.
|
Oxumaq
15.12.09
|
| |
|
|
Bakıda Puşkinin anım günü keçiriləcək
|
Dekabrın 21-də M.F.Axundov adına kitabxanada dünya ədəbiyyatına əsərləri ilə töhfə verən dahi rus şairi Aleksandr Puşkinin anadan olmasının 210-cu ildönümü ilə əlaqədar tədbir keçiriləcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Mərasimdə şairin həyat və yaradıcılığından, əsərləri ilə dünya ədəbiyyatında əbədi iz qoymasından söhbət açılacaq. Xatırladaq ki, Puşkinin çoxsaylı poemaları, şeirləri, nağılları bir çox dilə tərcümə olunub, yaradıcılığında rus xalqının arzuları, zəkası və yaradıcılıq qüdrəti parlaq ifadəsini tapıb. Ədibin əsərləri görkəmli Azərbaycan şair və yazıçılarından Məmməd Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşviq, Nigar Rəfibəyli, Süleyman Rüstəm, Səməd Vurğun və başqaları tərəfindən tərcümə olunub.
|
Oxumaq
15.12.09
|
| |
|
|
|
Səhifələr : 1 2 3 4 5 » #
|
|