Tədbirə bir çox ölkədən tanınmış adamlar qatılacaqlar
Sabah Dövlət Akademik Opera və Balet Teatrında Bakı Xoreoqrafiya Məktəbinin 80 illik yubileyinə həsr edilən tədbir keçiriləcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Xəbərdə bildirilir ki, Bakı Xoreoqrafiya Məktəbinin yubileyində iştirak etmək üçün bir çox xarici ölkədən - Rusiya, Belarus, Gürcüstan, İtaliya, Moldova, Ukrayna, Türkiyə, Albaniyadan tanınmış balet ustaları, xoreoqraflar gəliblər. Qeyd edək ki, yubiley tədbirində TÜRKSOY beynəlxalq təşkilatının nümayəndəsi Əflatun Nemətzadə, Neapol San Karlo Teatrının direktoru Cüzeppe Karbone, Moldovanın Xalq artisti Yuri Qorskov, Moldovanın Əməkdar incəsənət xadimi Yuri Madan, Rusiyanın Əməkdar incəsənət xadimi, professor Lyudmila Kolençenko, Rusiyanın Xalq artisti Valeri Aisimov, Rusiya Xoreoqrafiya Assosiasiyasının üzvü, tanınmış tənqidçi Aleksandr Maksov, Ukraynanın Əməkdar incəsənət xadimi Sergey Svets, Tbilisi Xoreoqrafiya məktəbinin direktoru Zviad Bakradze iştirak edəcəklər.
|