Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Dek.2009»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 12.12.2009
Səhifələr : 1 2 3 » #
"Elmimizin çevikliyinə diqqət yetirilməlidir"
Gövhər Baxşəliyeva: "Müdafiəyə yalnız elmi və pedaqoyi fəaliyyətlə məşğul olan insanlar buraxılmalıdır"

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı məqaləsi geniş müzakirə olunmaqdadır. Məqalə xüsusilə ziyalılar, elmi ictimaiyyət nümayəndələri arasında ciddi rezonansa səbəb olub. Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva məqalədə yer alan fikirləri ədalətli hesab edir:

- Bu, vaxtında yazılmış bir məqalədir. Bu yazıda Azərbaycan elmi ilə bağlı bir sıra problemlər qabardılıb. Eyni zamanda, bu problemlərin həll yolları da göstərilib. Yazıda öncə qeyd olunur ki, ölkə prezidenti İlham Əliyev bu il noyabr ayının 2-də BDU-nun 90 illik yubiley mərasimində çıxışı zamanı ölkə iqtisadiyyatında keçid dövrünün artıq başa çatdığını bəyan edib. Bu, həqiqətən də belədir. İndi bilik dövrü başlayır.
Oxumaq
12.12.09  
 
Narazılıqlar ittifaqı
Rusiya ilə Belarus dil tapa bilmir

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya ilə ittifaq dövlətinin yaradılması haqda müqavilənin 10 illiyi ilə bağlı Moskvaya səfər edib. Əksər müşahidəçilərə görə, real müttəfiq dövlət yoxdur və ölkələr son zamanlar əksinə - bir birindən uzaqlaşır. Mülahizələrə görə, Moskva Minskdən onun Cənubi Osetiya və Abxaziyanı tanımamasına görə narazıdır, Minsk isə Moskvadan ona borc vermədiyinə görə. İndi prezidentlər Dmitri Medvedyev və Aleksandr Lukaşenko qarşılıqlı narazılıqları aradan götürməyə çalışırlar. Danışıqlar gözlənildiyindən bir neçə dəfə artıq vaxt aparıb. Prezidentlərin ikitərəfli danışıqlarına az sonra Rusiyanın baş naziri Vladimir Putin də qoşulub.
Oxumaq
12.12.09  
 
Ərdoğan Vaşinqtonda əlindən gələni edib
Yaşar Yakış: "Əmin olun, baş nazir Azərbaycanı öz ölkəsi kimi təqdim etdi"

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ səfəri dqqət mərkəzində qalmaqdadır. Keçmiş xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Yaşar Yakış hesab edir ki, səfər çox yüksək səviyyədə keçib. O bildirib ki, tərəflər onları narahat edən problemlərin həlli üçün əllərindən gələni etdilər: "Ərdoğan türk xalqını narahat edən hər bir suala cavab tapdı". Deputatın qənaətincə, Obamada Türkiyədən nələrin gözləndiyi barədə aydın təsəvvür yarandı. Türkiyəli deputat vurğulayıb ki, baş nazir bu səfər zamanı Azərbaycan üçün əlindən gələni etdi: "Əmin olun, Ərdoğan Azərbaycanı öz ölkəsi kimi təqdim etdi və Obamadan Azərbaycanın problemlərini həll etməkdə dəstək istədi. ABŞ Dağlıq Qarabağ problemini həlli etməyə qadir olan iki ölkədən biridir".
Onun sözlərinə görə, Ərdoğan ABŞ prezidentindən ölkəsinin dünyada və Minsk qrupundakı mövqeyindən istifadə edərək bu problemin həllinin sürətləndirilməsində yardım istədi. "Qeyd etmək lazımdır ki, Minsk qrupu son vaxtlar öz fəaliyyətini həddən artıq sürətləndirib. Obama öz imkanları daxilində Qarabağ probleminin həllinə kömək edəcəyinə vəd edib. Bütövlükdə səfər region və orada yaşayan xalqlar üçün çox faydalı idi" - deyə keçmiş diplomat vurğulayıb.
Oxumaq
12.12.09  
 
Hamı bir gündə
Premyer Liqanın növbəti turu əvvəlkilərdən fərqlənəcək

Premyer Liqanın növbəti turu əvvəlkilərdən fərqlənəcək. Apasport.az saytının məlumatına görə, XV turda bütün oyunlar ilk dəfə eyni gündə keçiriləcək. Hərçənd təqvimə əsasən, açılış oyunu olan "Simurq" - "Bakı" görüşü bu gün baş tutmalı idi. Ancaq dekabrın 12-də dövlət tədbirləri ilə əlaqədar bu oyun da bir gün sonraya salınıb.
Turun mərkəzi matçı Zaqatalada oynanılacaq. Ötən mövsümün bürünc və qızıl medalçıları - "Simurq" və "Bakı" cari mövsümdə "altılığ"a düşmək uğrunda gərgin mübarizə aparırlar. Zaqatala klubu ilk dövrədən sonra turnir cədvəlində liderlər qrupunda yer alsa da, son 3 oyundakı heç-heçə nəticəsində itirilən 6 xal vəziyyəti dəyişdirib. Yəni, "Bakı" "Simurq"u səfərdə münasib nəticə ilə yenərsə, rəqibi turnir cədvəlində qabaqlayacaq. Son ölkə çempionu cari mövsümün ilk oyununda məhz "Simurq"a uduzub və bundan az sonra makedoniyalı baş məşqçisi Qyoko Hacıyevski istefaya göndərilib.
Oxumaq
12.12.09  
 
BMT-nin Millətlər Sarayında Xocalı faciəsi müzakirə olunub
Ermənistanın BMT-nin Cenevrə ofisindəki nümayəndəliyi tədbirin işini poza bilməyib

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) təşəbbüsü ilə İnsan Haqları Günü - dekabrın 10-da BMT-nin Cenevrə ofisinin Millətlər Sarayında silahlı münaqişələr zamanı insan hüquqlarının kütləvi pozulması problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Forumdan APA-ya verilən məlumata görə, konfrans bir saat gec başlayıb. Buna səbəb Ermənistanın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəliyinin tədbirin işini pozmaq cəhdləri olub. Onlar konfransın formatının guya BMT-nin qaydalarına zidd olduğu arqumentini səsləndiriblər. Təşkilatçıların verdiyi izahatdan sonra mötəbər qonaqların konfransda iştirakı da nəzərə alınmaqla tədbir planlaşdırıldığı kimi BMT-nin Millətlər Sarayında öz işinə başlayıb.
DƏ-İKGF baş katibi Elşad İsgəndərov məruzəsində Ruanda və Serebrenitsa (Bosniya) faciələri ilə yanaşı, Xocalı qətliamının da İslam Konfransı Təşkilatının (İKT) sənədlərində tanındığını deyib və bu məsələ ilə bağlı mədəniyyətlərarası dialoq çərçivəsində İKT və Avropa strukturlarının əməkdaşlığının vacibliyini vurğulayıb.
"Xocalıya ədalət" kampaniyasının Litvadan olan koordinotaru Yeva Lukosevite Qarabağ müharibəsinin qanlı səhifəsi olan bu faciə haqqında kampaniya fəallarının hazırladığı multimedia təqdimatı ilə çıxış edib.
Oxumaq
12.12.09  
 
"Euronews"a etirazlar davam edir
Dağlıq Qarabağla bağlı "Euronews" telekanalında nümayiş olunan birtərəfli reportaya etirazlar davam edir. "Kaspi", "Azad Azərbaycan" qəzetləri "Azadinform" İnformasiya Agentliyi də telekanal rəhbərliyinə etirazını bildirən bəyanatla çıxış edib. Bəyanatda qeyd olunur ki, "Euronews" telekanalı həmişə obyektiv, tərəfsiz və peşəkar xəbər mənbəyi hesab olunub. Bu xüsusiyyətlərinə görə telekanal Azərbaycanda da diqqətlə izlənməkdədir. "Təəssüf ki, sizin əməkdaşlarınız bu yaxınlarda Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağa səfər etmiş, həmin bölgə haqqında peşə standartlarına zidd, birtərəfli və qərəzli reportay hazırlamış və həmin reportay davamlı olaraq 135 ölkədə 250 milyonluq auditoriyanın diqqətinə çatdırılıb. Dağlıq Qarabağı əzəli erməni torpağı kimi qələmə verən telekanalın əməkdaşları münaqişə ilə bağlı yalnız erməni tərəfinin mövqeyini əks etdirən fikirlərə yer veriblər" - deyə bəyanatda bildirilib.
Oxumaq
12.12.09  
 
Yerevanda yürüş keçirilib
Ermənilər ermənilərdən hüqüqlarını tələb ediblər

Yerevanda insan hüquqları günü münasibətilə yürüş keçirilib. Yürüş Erməni Milli Konqresi və siyasi məhbusların müdafiəsi üzrə komitə tərəfindən təşkil edilib. Nümayişçilər Yerevanın mərkəzində Saryan abidəsinin önündə toplaşıblar, daha sonra isə Maştos prospekti ilə Şimal və Respublika prospektinə doğru hərəkət ediblər. Yürüş Myasnikyanın abidəsinin önündə bitib.
Aksiya iştirakçıları mart hadisələrinin qurbanlarının xatirəsini yad edərək yürüşlərini Nalbandyan küçəsi ilə davam ediblər. Aksiya iştirakçıları əllərində müxtəlif plakatlar və bayraqlar tutublar. Gənclər nağara çala-çala, siyasi məhbusların adlarını çəkiblər. Yürüş siyasi məhbusların azad edilməsi tələbi ilə keçirilib.
Oxumaq
12.12.09  
 
Ünvanlı yardımla bağlı sənədlərin yenidən qəbulu başlanacaq
Növbəti ilin yanvar ayından etibarən ünvanlı sosial yardımla bağlı təqdim edilən sənədlərin yenidən qəbuluna başlanılacaq. "APA-Economics"in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yoxsulluq problemləri və sosial yardım siyasəti şöbəsinin aparıcı məsləhətçisi Musa Ağamalıyev bildirib. Onun sözlərinə görə, sənəd qəbulunun dayandırılması qurumun kompyuter şəbəkəsinin yenidən qurulması ilə bağlı olub. M.Ağamalıyev daha sonra ünvanlı sosial yardımla bağlı vətəndaşlara ödəniləcək aylıq yardımın gecikdirilməsi məsələsinə də toxunub: "Yardım alan hər bir vətəndaşa təyinatı üzrə aylıq vəsaitlər ödənilir. Lakin ödənişlərlə bağlı gecikdirmələr də olur ki, bu da vəsaitlərin bir ay müddətində gec ayrılması ilə bağlıdır".
Oxumaq
12.12.09  
 
Ginnesin Rekordlar Kitabının komissiyası Azərbaycana gələcək
Azərbaycanda sərbəst şəkildə paraşütlə tullanmış 13 yaşlı yeniyetmə Rüstəm Orucovun adının Ginnesin Rekordlar Kitabına daxil edilməsi üçün kitabın Moskva ofisinin nümayəndə heyəti Azərbaycana gələcək. Bu barədə APA-ya Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasından məlumat verilib. Bu günlərdə Ginnesin Rekordlar Kitabı şuranın müraciətini araşdıraraq təşkilatın sədri, polkovnik Novruzəli Orucova məktub göndərib. Məktubda deyilir ki, R.Orucov indiyədək dünyada paraşütlə sərbəst şəkildə tullanmış ən azyaşlı şəxsdir. Dünyanın ən gənc idmançı-paraşütçüsünün adını təsdiqləmək üçün yaxın vaxtlarda Ginnesin Rekordlar Kitabının Moskva ofisinin nümayəndə heyəti Bakıya gəlməyi planlaşdırır. R.Orucov nümayəndə heyətinin gözü qarşısında yenidən paraşütlə tullanacaq.
Qeyd edək ki, R.Orucov Balakən Aviasiya Mərkəzində 800 metrdən artıq yüksəklikdən paraşütlə tullanıb.
Oxumaq
12.12.09  
 
Türkmənistan Çinə çıxır
Dünyanın ən uzun qaz kəməri istifadəyə veriləcək

Dünyada ən iri qaz kəmərlərindən biri olan Türkmənistan-Çin qaz kəməri artıq bir neçə gündən sonra - dekabrın 14-də istismara veriləcək. Bu barədə çinli yurnalistlərə Türkmənistan prezidenti Qurbanqulı Berdəməhəmmədov məlumat verib. Qaz kəmərinin açılışı mərasimində iştirak etmək üçün layihənin iştiraçısı olan dövlətlərin - Özbəkistanın, Qazaxıstanın (tranzit ölkələr) və Çinin rəhbərləri Türkmənistana gələcəklər. "Çin Xalq Respublikasının sədri Hu Tszintaonun ölkəmizə qarşıdakı səfərinə biz Türkmənistanla Çin arasında dostluq və əməkdaşlıq münasibətlərinin ardıcıl və dönmədən inkişafı və möhkəmlənməsində yeni mərhələ kimi baxırıq" - deyə Türkmənistan prezidenti bildirib.
Oxumaq
12.12.09  
 
Səhifələr : 1 2 3 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •