|
|
|
Daniel Oprita yeni kafe açıb, Azərbaycan futbolundan danışdı
|
"Bakı" klubunun sabiq futbolçusu Daniel Oprita yeni kafe açıb. Apasport.az saytının məlumatına görə, fəaliyyət sahəsini genişləndirən rumıniyalı hücumçu Buxarestdə yeni istifadəyə verilən "Trail" Ticarət Mərkəzində "Kafe Roqqe"yə 150 min avro vəsait xərcləyib. Resita şəhərciyində restoranı da olan 28 yaşlı futbolçu bu addımını belə izah edib: "Artıq kafe üçün 150 min avro xərcləmişəm. Belə işlərə pul qoymaq çox vacibdir. Çünki bunun yaxşı gələcəyi var". Oprita Azərbaycan futbolu haqda da fikirlərini bildirib: "Azərbaycanda futbolun səviyyəsi o qədər də inkişaf etməyib. Lakin oradakı insanlar çox iş görmək istəyir. Bunun üçün isə ilk növbədə pul lazımdır". Xatırladaq ki, yayda "Bakı"ya transfer olunan Oprita Bülənt Korkmazın baş məşqçi postuna gəlişindən sonra komandadan kənarlaşdırılıb. Rumıniyanın aşağı dəstə təmsilçisi "Konkordiya" ilə anlaşan Danielin keçidi "transfer pəncərəsi"ndə rəsmiləşəcək.
|
Oxumaq
12.12.09
|
| |
|
|
Srna arzusuna çatdı
|
Donetskin "Şaxtyor" klubunun kapitanı Dario Srna qeyr-adi hərəkəti ilə yadda qalıb. Apasport.az saytının məlumatına görə, ötən mövsüm UEFA kubokunun qalibi olan komanda təyyarə ilə növbəti oyundan qayıdan zaman zalda kapitanın olmamağı sərnişinlərin təşvişinə səbəb olub. Həmin vaxt "Boinq" markalı təyyarə beton zolaqda havaya qalxmağa hazırlaşırmış və Srnanın yoxluğu bir anlıq hərəkəti dayandırmaq haqda fikirlərə rəvac verib. Ancaq sən demə, təşvişə səbəb yox imiş. Çünki sonradan aydınlaşdırılıb ki, Xorvatiya milli komandasının da liderlərindən olan Dario həmin vaxt pilotların yanında imiş: "Mən çoxdan arzulayırdım ki, təyyarənin necə göyə qalxması, nə qədər yüksəkliyə çıxması, onu kimlərin idarə etməsini öz gözlərimlə görüm. Təəssüratlarım? Sadəcə, adamı həyəcan bürüyür" - deyə Srna bildirib. Futbolçuya kabinəyə girməyə icazə verən təyyarənin ekipayı da razı qalıb. Belə ki, "Şaxtyor"un kapitanı kimi UEFA kubokunu başı üzərinə qaldıran Dario üzərində avtoqrafı olan topu onlara hədiyyə edib.
|
Oxumaq
12.12.09
|
| |
|
|
Romarioya 2 il yarım iş verdilər
|
Braziliya milli komandasının sabiq hücumçusu Romario barədə hökm oxunub. Apasport.az saytının məlumatına görə, əfsanəvi futbolçu 2,5 illik ictimai işlərə məhkum olunub. Buna səbəb Romarionun vergilərdən yayınmasıdır. 1994-cü ildə dünya çempionu olmuş futbolçu bununla canını qurtara bilməyib. Braziliyalı 391 min real (223 400 dollar) cərimə ödəməli olacaq. Qeyd edək ki, 15 il öncə dünyanın ən yaxşı futbolçusu seçilmiş Romario karyerası ərzində 1000-dən çox qol vuran azsaylı futbolçulardan biridir.
|
Oxumaq
12.12.09
|
| |
|
|
Azərbaycan və Ermənistan eyni qrupa düşməyəcək
|
UEFA Avropa çempionatının seçmə mərhələsinin püşkatması zamanı qabaqlayıcı tədbirlər görəcək
2012-ci ildə Ukrayna və Polşada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatması zamanı UEFA bəzi yığmaların eyni qrupa düşməsinə yol verməyəcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan və Ermənistan, eləcə də Rusiya və Gürcüstan milli komandaları ayrı-ayrı səbətlərdə yer alsalar da, bir-birlərinə rəqib olmayacaq. Qitə futbol qurumunun rəsmiləri adıçəkilən ölkələrin münaqişədə olduğunu nəzərə alaraq, belə qərar verib. Çünki bu ölkələrin yığmalarının görüşündə xoşagəlməz hadisələr yaşana bilər. Avropa çempionatının seçmə mərhələsinin püşkü gələn il fevralın 7-də atılacaq.
|
Oxumaq
12.12.09
|
| |
|
|
|
|
|