|
|
Səhifələr : 1 2 3 4 5 » #
|
"Qarabağ" vahid lider oldu
|
"Xəzər-Lənkəran" üçüncü pilləyə yüksəldi
Dünən Futbol üzrə Unibank Premyer Liqasında XIV tura yekun vurulub. Turun son oyununda "Xəzər-Lənkəran" "Olimpik-Şüvəlan"ı qəbul edib. Lənkəran şəhər mərkəzi stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. 33-cü dəqiqədə honduraslı hücumçu Allan Lalin hesabı açıb. Bundan 2 dəqiqə sonra Viktor İbekoyi qonaqların bərabərlik topunu vurub. Lakin 67-ci dəqiqədə Mario Souza matçın son nəticəsini müəyyənləşdirib. Souza 88-ci dəqiqədə simulyasiyaya görə, ikinci sarı vərəqə alaraq, meydandan qovulub. Lakin "Olimpik-Şüvəlan" say üstünlüyündən yararlana bilməyib. Bu nəticədən sonra xallarını 26-ya çatdıran "Xəzər-Lənkəran" 3-cü pilləyə yüksəlib. "Simurq"un da bu qədər xalı var. Lakin Zaqatala təmsilçisi ilə öz aralarındakı oyunda Lənkəran klubu üstün olub - 3:0.
|
Oxumaq
11.12.09
|
| |
|
|
Prezident Koreya səfirinin etimadnaməsini qəbul edib
|
Dünən prezident İlham Əliyev Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Li Ci-Hanın etimadnaməsini qəbul edib. Li Ci-Han fəxri qarovul dəstəsinin qarşısından keçdi. Səfir etimadnaməsini prezident İlham Əliyevə təqdim etdi. Sonra prezident İlham Əliyev səfirlə söhbət etdi. Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin son illər uğurla və dinamik inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, onun Koreya Respublikasına və Koreya prezidenti mərhum Ro Mu Hyunun Azərbaycana səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli rol oynayıb. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığa toxunan dövlət başçısı Azərbaycanda çoxlu sayda Koreya şirkətinin müxtəlif sahələrdə, o cümlədən nəqliyyat sahəsində, infrastruktur və bir sıra digər investisiya layihələrində iştirakını bu əlaqələrin yaxşı göstəricisi kimi qiymətləndirdi.
|
Oxumaq
11.12.09
|
| |
|
|
ABŞ Sürix düyününə düşüb
|
Türkiyə sərhədləri açmır, Amerika erməniləri Obamanı hədələyir
"Dağlıq Qarabağ münaqişəsi yaxın vaxtlarda həll olunmalıdır" - deyə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Amerikanın PBS telekanalının "Charlie Rose" teleşousunda çıxışı zamanı bildirib. "Dağlıq Qarabağ işğal olunub. Bu məsələni həll etmək lazımdır. Nəyə görə ATƏT-in Minsk qrupu artıq 20 ildir ki, bu münaqişəni həll edə bilmir? Bu problemin həllindən sonra regionda sülh və sakitlik olacaq. Həmçinin Türkiyə və Ermənistan arasındakı problemlər də aradan qalxacaq" - deyə o vurğulayıb. Ərdoğanın sözlərinə görə, Türkiyə parlamenti Ermənistan ilə imzalanmış protokolların ratifikasiya məsələsinə çox həssas yanaşır. Baş nazir növbəti dəfə bəyan edib ki, qondarma erməni soyqırımı tarixdə olmayıb: "Əgər siz bunu soyqırımı hesab etsəniz, biz olduqca məyus olarıq. Mən dəqiq demək istəyirəm ki, belə bir məsələ olmayıb". Yeri gəlmişkən, Türkiyə baş nazirinin ABŞ səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli və Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələlərinə toxunması geniş müzakirə olunur. ABŞ-dakı Karnegi institutunun eksperti Henri Barki BBC-yə bildirib ki, danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr haqda çox az məlumat var: "Hər hansı bir razılaşma ilə bağlı məlumat yoxdur və məsələnin həssaslığını nəzər alaraq, hər hansı bir razılaşma olsaydı belə, bu, təəccüb doğurardı. Çünki hazırda tənzimləmə prosesi dalana dirənib və gözəçarpan irəliləyiş yoxdur. Türklərin Amerikadan istədiyi Minsk prosesinin sürətləndirilməsidir.
|
Oxumaq
11.12.09
|
| |
|
|
Prezidentlər yanvarda görüşəcək
|
Həmsədrlər Bakıdadır
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bradtke Bakıya gəlib. Bu barədə yurnalistlərə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri Terri Devidson məlumat verib. O bildirib ki, Bradtke görüşlərə başlamaq üçün Minsk qrupunun Fransa və Rusiyadan olan həmsədrlərinin gəlişini gözləyir. Rəsmi görüşlər dekabrın 11-də keçiriləcək. Həmsədrlərin prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulur. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair "Madrid prinsipləri"nin həmsədrlər tərəfindən yenilənmiş variantı, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkili məsələsi müzakirə olunacaq.
|
Oxumaq
11.12.09
|
| |
|
|
Ortaq Asiya
|
Tacikistan Özbəkistanı müharibə ilə hədələyir
Tacikistan prezidenti İmomali Rahmon qonşu Özbəkistan rəhbərliyinin ünvanına sərt ittihamlar səsləndirib. "Vremya novostey" qəzetinin yazdığına görə, o, Özbəkistana qarşı ərazi iddiaları ilə də çıxış edib. Onun sözlərinə görə, Səmərqənd və Buxara şəhərləri Tacikistana məxsusdur. Bir vaxtlar özbək həmkarı İslam Kərimova qarşı xoş münasibəti olduğunu gizlətməyən Rahmon sonradan bundan əl çəkməli olub: Biz ona "otamiz" deyirdik. Lakin sonradan çox şeyi anladıq. Kərimov tacik xalqına qarşı mübarizə aparır və Tacikistanın inkişafını istəmir. Yolları bağlayır, soyuq aylarda bizim işığımızı kəsir". Tacikistan prezidenti Özbəkistanda taciklərə verilən zülmdən də danışıb: "Bir dəfə biz Səmərqənddə idik. Mən bir nəfərdən milliyətini soruşdum. O isə Kərimova baxır, mən gördüm ki, o, qorxur. Mənə cavabı belə oldu ki, səmərqəndlidir. Baxın bu gün taciklər belə vəziyyətdədir".
|
Oxumaq
11.12.09
|
| |
|
|
Birinci pərdə bitdi
|
Çempionlar liqasının qrup mərhələsinə yekun vuruldu
Dekabrın 9-da Çempionlar liqasının qrup mərhələsinə yekun vuruldu. 1/8 finala vəsiqəni əvvəlki turlarda təmin edən Lion "Olimpik"i, "Fiorentina", "Sevilya" və "Arsenal"a srağagün "Barselona", "İnter", "Ştutqart" və "Olimpiakos" da qoşuldu. E, F, G və H qruplarında 3-cü yeri tutan "Liverpul", "Rubin", "Unirya" və "Standard" mübarizəni Avropa Liqasının 1/16 finalında davam etdirəcək. İndi milyonlarla futbol azarkeşi gözlərini yarışın pley-off mərhələsinin püşkatma mərasiminə yönəldib. Bəri başdan 1/8 finalda komandaların necə bölünəcəyiylə bağlı məsələyə dekabrın 18-də aydınlıq gələcəyini vurğulayaq.
|
Oxumaq
11.12.09
|
| |
|
|
"Turan"-"Neftçi" oyunu ilə bağlı son qərar verildi
|
Komissiya Tovuzdakı oyunun danışılmış olmasını təsdiqləməyib
Unibank Premyer Liqasının XIII turunun "Turan" - "Neftçi" oyununu araşdırmaq məqsədi ilə yaradılan komissiya dünən öz qərarını açıqlayıb. Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, qurumun prezidenti Ramin Musayevin əmri ilə təşkil olunmuş komissiya Tovuzdakı görüşlər bağlı araşdırmasının nəticəsində danışılmış oyun olmasını təsdiqləməyib: "Tərəfimizdən Unibank Premyer Liqasının XIII turunda keçirilmiş "Turan" - "Neftçi" oyununun videoyazısına baxılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, oyun normal idman mübarizəsi şəraitində keçib. Bu oyunla bağlı bəzi KİV-də gedən məlumatlar həqiqəti əks etdirmir və heç bir fakta əsaslanmır".
|
Oxumaq
11.12.09
|
| |
|
|
Ruslan Abışov Rumıniya klubunun hədəfində
|
"Styaua" mərkəz müdafiəçisi problemini yığmamızın üzvü ilə həll etmək istəyir
Rumıniyanın "Styaua" klubu Azərbaycan milli komandasının müdafiəçisi Ruslan Abışovla maraqlanır. Apasport.az saytının məlumatına görə, ölkənin ən titullu klubu olan Buxarest təmsilçisi "Neftçi"də oynayan 22 yaşlı mərkəz müdafiəçisini transfer etmək istəyir. Son vaxtlar xüsusilə yığmamızın heyətində inamlı təsir bağışlayan, ötən ay Birləşmiş Ərəb Əmirliklərində keçirilən beynəlxalq turnirdə Çexiya ilə görüşdə (2:0) başla gözəl qol vuran R.Abışov hələ bir müddət öncə rumınların diqqət mərkəzinə düşüb. Həmin vaxt "Timişoara" onu heyətində görmək istəyirdi.
|
Oxumaq
11.12.09
|
| |
|
|
Türk qapıçı Çempionlar liqasının tarixinə düşdü
|
Belçikanın "Standard" klubunun şərəfini qoruyan türkiyəli qapıçı Sinan Bolat UEFA Çempionlar liqasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, futbolçu mötəbər turnirin qrup mərhələsinin son turunda Hollandiyanın "Alkmaar" klubu ilə ev oyununda vurduğu qolla çıxış etdiyi "Standard"ı Avroliqanın 1/16 finalına çıxarıb. Özü də qapıçı buna görüşün bitməsinə saniyələr qalmış, daha dəqiq desək, 90+5-ci dəqiqədə nail olub. Bununla da, Bolat "Bavariya" klubunda oynayan alman həmkarı Hans-Yurgen Buttdan geri qalmadığını göstərib. Fərq ondadır ki, Butt "Yuventus"la səfər oyununda hesabı penalti zərbəsini dəqiq yerinə yetirməklə bərabərləşdirib. Sinan isə bunu oyun epizodunda gerçəkləşdirib.
|
Oxumaq
11.12.09
|
| |
|
|
Lemanndan qeyri-adi hərəkətlər
|
Almaniya milli komandasının sabiq qapıçısı Yens Lemann cəzalandırıla bilər. Apasport.az saytının məlumatına görə, "Ştutqart"ın 40 yaşlı futbolçusu Çempionlar Liqasının qrup mərhələsinin VI turunda qeyri-adi hərəkətləri ilə yadda qalıb. Belə ki, Yens "Unirea" (Rumıniya) ilə qarşılaşmada qaydaları pozub. Veteran qapıçı icazəsiz və yersiz olaraq, meydanı tərk edib. Görüşün gedişində rəqibin acizliyini görən Lemann reklam lövhələrinin arxasına çəkilib, azarkeş və futbolçulardan gizlənib. Lazım gələndə oradan sıçrayan qapıçı öz yerinə qayıdırmış. Lakin onun reklam lövhələrinin arxasında nə etdiyi hələ də sirr olaraq qalır. Bunu cəzasız qoyan matçın hakimindən fərqli, UEFA-nın sərt addım atacağı istisna olunmur.
|
Oxumaq
11.12.09
|
| |
|
|
|
Səhifələr : 1 2 3 4 5 » #
|
|