Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Dek.2009»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 10.12.2009
Səhifələr : 1 2 3 4 5 » #
"Bakı" qisasını aldı
"Simurq" isə autsayderlə bacarmadı

Dünən Unibank Premyer Liqasının XIV turunda daha iki oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, öncə baş tutan "Bakı" - "İnter" görüşü meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Düzdür, oyunun birinci hissəsində "İnter" daha yaxşı oyun nümayiş etdirib. Oyunun 19-cu dəqiqəsində "Bakı"nı qoldan qapı dirəyi xilas edib. "İnter"in litvalı hücumçusu Robertas Poşkusun yaxın məsafədən vurduğu zərbə qapı dirəyindən dönüb.
İkinci hissədə isə "Bakı" təşəbbüsü ələ alıb. Qarşılaşmanın 62-ci dəqiqəsində Əhməd Ticanidən əla ara ötürməsi alan Yaba qapıçı ilə təkbətək qalıb. Braziliyalı futbolçu şansından yararlanaraq, topu tora qovuşdurub - 1:0.
79-cu dəqiqədə isə Ernad Skuliç küncdən qaldırılan topu baş zərbəsi ilə tamamlayıb. "İnter"in qapıçısı Raymundo Vilson zərbə qarşısında aciz qalıb - 2:0.
Oxumaq
10.12.09  
 
"Azərbaycan yalnız danışıqlarda deyil, real işlər görməkdə də qətiyyətlidir"
Elmar Məmmədyarov Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərə böyük önəm verdiyini bildirib

Avropa İtifaqı Xarici İşlər Nazirləri Şurası Cənubi Qafqazla bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir ki, "Şərq tərəfdaşlığı" proqramı Avropa İttifaqı ilə Şərq tərəfdaşları arasında demokratiya, hüquq normaları və insan hüquqlarına hörmət də daxil olmaqla ümumi dəyər və prinsiplər əsasında əməkdaşlığın inkişafına yeni baxışı əks etdirir. Xarici işlər nazirləri Şurası Azərbaycan, Gürcüstan və Ermənistanın "Şərq tərəfdaşlığı" proqramından irəli gələn prinsiplər ətrafında Avropa İttifaqı ilə əlaqələrin möhkəmlədirilməsinə sadiqliyini alqışlayır.
Bəyanatda bildirilir ki, Avropa İttifaqı Cənubi Qafqaz bölgəsində sabitliyin, əməkdaşlığın, rifahın, effektiv idarəetmənin təmin edilməsinə yardım göstərəcək. Hazırkı mərhələdə bu məqsədə çatmaq üçün texniki yardım proqramı çərçivəsində köməklik ediləcək.
Yeri gəlmişkən, Brüsseldə Şərq Tərəfdaşlığı ilə bağlı keçirilən toplantıda çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov rəsmi Bakının Aİ ilə əməkdaşlığa böyük önəm verdiyini deyib: "Boru kəmərləri və eneryi əməkdaşlığı hələ də çox əhəmiyyətli məsələdir. Azərbaycan danışıqları davam etdirməkdə qətiyyətlidir. Yalnız danışıqları davam etdirməkdə deyil, real işlər görməkdə də qətiyyətlidir. Eneryi əməkdaşlığı ilə biz xeyli irəliləyiş əldə edə bilərik".
Oxumaq
10.12.09  
 
Rus dilinin fəaliyyət sferası daralır
Dmitri Medvedyevə şikayət edildi

"Ümumilikdə biz Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesini alqışlayırıq. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasını tamamilə ağıllı və ədalətli hesab edirik". Bu sözləri Rusiya prezidenti Dmitri Medvedyev Avropa və Avrasiya KİV forumu iştirakçılarının suallarını cavablandırarkən bildirib. Bununla yanaşı, Rusiya prezidenti bütün digər dövlətlərin Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasını kimə qarşısa yönəlmədiyini, bunun şəxsən Ermənistan və Türkiyə və digər həmsərhəd ölkələr üçün olduğunu anlamalarının vacibliyini qeyd edib. "Əgər bu mesay düzgün şəkildə yaradılsa və göndərilsə, onda bu prosesləri diqqətlə izləyən digər ölkələrlə gərginlik olmayacaq" - deyə D.Medvedyev bildirib. O qeyd edib ki, XX əsrdə nəhəng problemləri olan Ermənistan və Türkiyə qarşılıqlı dözüm və kompromis axtarışı nümayiş etdirərək onları aradan qaldırmağa çalışırlar.
Rusiya prezidenti Gürcüstanla da bağlı məsələyə toxunub. O vurğulayıb ki, Moskva ilə Tbilisi arasında aviareyslərin bərpasına heç bir maneə görmür:
Oxumaq
10.12.09  
 
Havalar istiləşir, münasibətlər soyuqlaşır
İqlim dəyişikliyi dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərini müxtəlif cəbhələrə atıb

Kopengahendə iqlim dəyişikliyinə həsr olunmuş beynəlxalq konfrans dünən də davam edib. Tədbirdə çıxış edən BMT-nin baş katibi Pan Qi Mun dünya ölkələrini Kopehagendə keçirilən sammitdə daha fəal iştirak etməyə çağırıb. O bildirib ki, sammit iqlim dəyişikliyinin qarşısının alınmasında dönüş nöqtəsi olmalıdır. O əminliyini ifadə edib ki, iqlim dəyişikliyi ilə bağlı müqavilə sənədi növbəti iki həftə ərzində qəbul olunacaq. Pan Qi Mun, həmçinin bu yaxınlarda Böyük Britaniyanın İst Anqliya universitetinin interent yazışmalarından iqlim dəyişikliyi ilə bağlı oğurlanmış məlumatlara da aydınlıq gətirib. Baş katib oğurlanaraq internet səhifələrdə yerləşən məlumatların əksinə olaraq bildirib ki, iqlim dəyişikliyi təbii deyil, insan fəaliyyəti nəticəsində yaranır. O iqlim dəyişikliyinin sürətlə baş verdiyini diqqətə çatdırıb. "Hakerlik vasitəsilə elektron poçtlardan oğurlanmış məlumatlar iqlim dəyişikliyi ilə bağlı elmi araşdırmaların nəticələrinə şübhə qoya bilməz. Bir şey aydındır ki, iqlim dəyişikliyi biz gözlədiyimizdən də sürətlə baş verir və bunun əsas səbəbkarı biz insanlarıq". Qeyd edək ki, Pan Ki Munun çıxışında xatırlatdığı iqlim dəyişikliyi ilə bağlı oğurlanmış məlumatlarda alimlərin öz nəzəriyyələrinə uyğun olmayan sübutları gizlətməyə çalışdıqları göstərilir.
Oxumaq
10.12.09  
 
Azərbaycan və Fransa prezidentləri görüşüb
Görüşdə Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparılıb

Dünən prezident İlham Əliyevin Fransaya səfəri davam edib. AzərTAc xəbər verir ki, dövlət başçısı Fransa Milli Assambleyasına gəlib. Onu Milli Assambleyanın sədri Bernar Akoyer qarşılayıb. Sonra İlham Əliyevlə Bernar Akoyerin görüşü olub.
B.Akoyer bildirib ki, Fransa Azərbaycana və ölkə prezidentinin fəaliyyətinə maraq göstərir. Parlamentlərarası əlaqələrin uğurla tərəqqi etdiyini bildirən B.Akoyer parlamentlərarası əməkdaşlığın bundan sonra da inkişafı üçün öz tərəfindən bütün səyləri əsirgəməyəcəyini deyib. "Ölkələrimiz arasında dostluq əlaqələri mövcuddur. Bu sizin Fransa prezidenti Nikola Sarkozi ilə şəxsi münasibətlərinizdə də özünü göstərir" - deyə B.Akoyer vurğulayıb. Ölkələrimiz arasında digər sahələrdə də əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdıran B.Akoyer bildirib ki, dünya iqtisadi böhranı dövründə Fransanın Azərbaycan ilə əlaqələri xüsusi əhəmiyyət kəsb edir: "Bizim Azərbaycan ilə iqtisadi əlaqələrimiz durmadan inkişaf edir. Fransa üçün Azərbaycan ilə iqtisadi əlaqələr böyük önəm daşıyır. Bu sahədə maraqlarımız bir-birini tamamlayır. İqtisadi sahədə möhkəm olan əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminəm".
Oxumaq
10.12.09  
 
Növbəti addım
"Trabzonspor" rəhbərliyi Fatih Təkkəni də qaytarır

"Trabzonspor" rəhbərliyi komandaya ciddi əl gəzdirməyi qarşısına məqsəd qoyub. Belə ki, yenicə baş məşqçi postuna təcrübəli Şenol Günəşi gətirən "bordo-mavililər" azarkeşlərinə daha bör şad xəbəri çatdırmaq niyyətindədir. Söhbət əlbəttə ki, Fatih Təkkənin sabiq komandasına qayıtmaq perspektivindən gedir. Xatırladaq ki, Fatih artıq neçə illərdir Trabzonu tərk etsə də, demək olar ki, hər transfer pəncərəsi açılan zaman onun yenidən sabiq klubuna qayıtmaq variantı gündəmə gəlir. Ş.Günəşin baş məşqçi postuna gətirilən kimi "Təkkəni heyətdə görmək istərdim" deməsi yenidən söz-söhbətlərin yaranmasına səbəb olub. Səbəbkarın trabzonluların son turdakı "Ankaragücü"ylə matçını "Avni Aker"dən canlı izləməsi deyilənlərin heç də şaiyə olmadığını sübut edir. Bu arada başqan Sədri Şənər yurnalistlərlə görüşdə həm bu, həm də digər məsələlər haqda məlumat verib.
Oxumaq
10.12.09  
 
Honduras yığmasının daha iki oyunçusu "Xəzər-Lənkəran"a gəlir
"Xəzər-lənkəran" qış fasiləsində heyətinə Honduras yığmasının daha iki futbolçusunu qata bilər. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi Erik Norales və Maurisio Sabillonun transferində maraqlıdır. Hazırda vətənlərində "Deportivo Marafon" klubunda forma geyinən futbolçular "Xəzər-Lənkəran"da özünü yaxşı tərəfdən göstərən həmyerliləri Allan Lalinlə birlikdə Honduras "trio"sunu təşkil edə bilərlər.
Üç il əvvəl "Vida"dan "Deportivo Marafon"a keçən Noralesin 24 yaşı var. 180 sm boya malik müdafiəçi Hondurasın müxtəlif yığmalarında oynayıb.
Oxumaq
10.12.09  
 
"Qəbələ" iddialıdır
Ramiz Məmmədov "Neftçi" ilə oyuna qələbə üçün çıxacaqlarını deyir

"Açığı, "Qəbələ"də 100-cü oyunumun vaxtı ilə bağlı dəqiq araşdırma aparmamışdım. Ancaq bunun yaxın zamanda olacağını gözləyirdim. Baş məşqçi kimi, 100 oyuna çatmaq mənim üçün çoxdur. İnanıram ki, futbolçularım bu əlamətdar günümdə yaxşı oyun və nəticə qazanmaqla, məni sevindirəcəklər". Bu fikirləri apasport.az saytına açıqlamasında "Qəbələ" klubunun baş məşqçisi Ramiz Məmmədov deyib.
Oxumaq
10.12.09  
 
Yunis Hüseynov başını itirib
Amma "Karvan"ı yarı yolda qoymaq fikrində deyil

"Komandamız yarandığı vaxtdan indiyədək belə zəif çıxış etməmişdi. Çox acınacaqlı vəziyyətdəyik. Lap başımızı itirmişik". Bu fikirləri apasport.az saytına açıqlamasında Yevlaxın "Karvan" klubunun baş məşqçisi Yunis Hüseynov deyib. Altıncı mövsümdür ölkə çempionatında mübarizə aparan, ilk iki ildə gümüş və bürünc medal qazanan "Karvan" indi turnir cədvəlinin sonunda qərarlaşıb. Y.Hüseynov baş məşqçisi olduğu komandanı nə qədər çalışsa da, "qara zolaq"dan çıxara bilmir: "İndiki vəziyyət mənə çox pis təsir edir. Biz bu yerə layiq deyilik axı.
Oxumaq
10.12.09  
 
Hesabların tərs gəldiyi gecə
"Beşiktaş" avrokuboklarla vidalaşdı

Dekabrın 6-da Çempionlar ilqasında A, B, C və D qruplarında mübarizəyə yekun vuruldu. Srağagün meydana qonaq statusunda çıxan 8 komanda özünü heç də qonaq kimi aparmadı: səfərə çıxan altı iddiaçı evə qələbəylə dönərkən, ikisi rəqibiylə "sülh bağladı". İlk 4 qrupdan pley-off mərhələsinə vəsiqəni əvvəlki turlarda təmin edən "Bordo", "Mançester Yunayted", "Çelsi" və "Portu"ya çərşənbə axşamı "Bavariya", ÇSKA, "Real" və "Milan" da qoşuldu. Qruplarda 3-cü yeri tutan "Yuventus", "Volfsburq", Marsel "Olimpik"i və "Atletiko"nun mübarizəni Avropa Liqasının 1/16 finalında davam etdirəcəyinə də aydınlıq gəldi.
Oxumaq
10.12.09  
 
Səhifələr : 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •