"Bankirlər" həm lider oldular, həm də "Simurq"u ikinci etdilər
Futbol üzrə Unibank Premyer Liqasında X turun oyunları keçirilib. Lent.az-ın məlumatına görə, son illərin ən prinsipial rəqibləri sayılan "Xəzər-Lənkəran"la "Neftçi"nin qarşılaşmasında qol vurulmayıb. Əvəzində bu turadək eyni xala malik liderlər - "İnter"lə "Qarabağ"ın görüşündə meydan sahibləri qələbə qazanaraq, vahid liderə çevriliblər. Zirvəni ələ keçirən "bankirlər" həm də "kiçik qardaşlar"ı "Simurq"un əlavə göstəriciləri hesabına "Qarabağ"ı ötməsinə şərait yaradıblar. 3 oyunda böyük hesablı qələbə qeydə alınıb. "Qəbələ" "Muğanın, "Simurq" "Olimpik-Şüvəlan"ın, "Turan" isə "Standard"ın qapısından 3 cavabsız top keçirib.
|