Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Noy.2009»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 3.11.2009
Səhifələr : 1 2 3 4 » #
Noyabrın 1-dək 1400 nəfərə ipoteka krediti verilib
AİF xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 134 milyon manatı keçib

Ölkədə ipoteka kreditləşməsinin bərpa olunduğu cari ilin 1 iyunundan 1 noyabr tarixinədək 1400 nəfərə yaxın vətəndaşa ipoteka krediti verilib. Verilən kreditlərin ümumi həcmi 59 milyon manat təşkil edib. Bu barədə qəzetimizə Azərbaycan İpoteka Fondunun (AİF) mətbuat xidmətindən məlumat verilib. Mənbədən qeyd edilib ki, 2009-cu ilin oktyabr ayında 12 milyon manat məbləğində ipoteka krediti verilib: "300-ə yaxın ailə öz yaşayış-mənzil şəraitini yaxşılaşdırıb". Beləliklə, 2006-cı ilin mart ayından başlayaraq Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 134 milyon manatı keçib: "Nəticədə 3400-ə yaxın ailə ipoteka kreditləri hesabına öz yaşayış-mənzil şəraitinin yaxşılaşdırılmasına və sosial ehtiyaclarının ödənilməsinə nail olub".
Oxumaq
04.11.09  
 
Türkiyənin Ana Vətən və Demokrat partiyaları birləşdi
Qurultay Türkiyə ilə Azərbaycanın bayraqları altında keçirilib

Türkiyənin ötən əsrin sonlarında ən nüfuzlu iki partiyası olmuş Demokrat Partiyası ilə Ana Vətən Partiyasının birləşməsi ölkədə böyük əks-səda doğurub. İcmalçılar bu birləşmənin türk siyasətindəki qüvvələr nisbətinə ciddi təsir edəcəyini və hakimiyyətə yeni güclü opponent olacağını proqnozlaşdırırlar. Birləşmə qərarının qəbul edildiyi qurultay Türkiyə və Azərbaycanın qoşa dalğalanan bayraqları altında keçirilib. Müşahidəçilər salonda Azərbaycan bayrağının dalğalanmasını əslində, türk siyasətində ciddi bir qüvvə olmağa hazırlaşan partiyanın mövcud iqtidarın Ermənistan siyasətinə etirazını nümayiş etdirdiyini bildirirlər.
Türkiyədə yaxın tarixin iki nəhəng siyasətçisi kimi qiymətləndirilən ölkənin 8-ci prezidenti Turqut Özal və 9-cu prezident Süleyman Dəmirəlin yaratdıqların Ana Vətən və Demokrat Partiyalarının birləşməsinə dair qəbul edilən qərar siyasi dairələrdə mühüm hadisə kimi qiymətləndirilir. Türkiyənin aparıcı qəzetləri bu hadisəni "Mərkəz sağda yeni dövr", "Demokratiya naminə birlik" kimi sərlövhələrlə ictimaiyyətə çatdırıblar. Yeri gəlmişkən, Demokrat Partiyası Süleyman Dəmirəlin ötən əsrin ortalarında yaratdığı Ədalət Partiyası və Doğru Yol Partiyasının ideoloyi davamı hesab edilir.
Oxumaq
03.11.09  
 
Böyükağa Hacıyevin uğursuz debütü
"Ölüyə də nəfəs verəcək gücə və təcrübəyə sahibəm"

Unibank Premyer Liqasında IX tura yekun vurulub. Salyanda yerli "Muğan" Tovuzun "Turan" klubunu qəbul edib və meydandan xalsız ayrılıb. Qarşılaşma olduqca maraqlı keçib və qapılara 5 top vurulmaqla yanaşı, hakim futbolçulara 3 qırmızı vərəqə göstərib. Qonaqların heyətində isə Samir Musayev het-trikə imza atıb. Bu, cari mövsümdə qeydə alınan ilk het-trik olub.
Böyükağa Hacıyevin uzun fasilədən sonra ölkə çempionatında debütü isə uğursuz alınıb. Onun baş məşqçisi olduğu "Standard" Sumqayıtda "Olimpik-Şüvəlan"a uduzub.
"Neftçi" Tofiq Bəhramov adına Respublika stadionuna qayıdışını qələbə ilə qeyd edib. Vaqif Sadıqovun artıq "Heftçi"də vəziyyətə nəzarət etdiyini deyə bilərik. Hər halda, indiki vəziyyətdə əsas olan qələbədir ki, təcrübəli mütəxəssis ardıcıl ikinci oyunda da komandanı 3 xala daşıyıb.
Oxumaq
03.11.09  
 
BDU-nun 90 illik yubileyinə həsr olunmuş mərasim keçirilib
Prezident İlham Əliyevə universitetin fəxri doktoru adı verilib

Dünən Bakı Dövlət Universitetinin (BDU) 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Əvvəlcə BDU-nun tələbə xorunun ifasında universitetin himni oxunub. Sonra prezident İlham Əliyev mərasimdə çıxış edib.
Dövlət başçısı ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti adlandırdığı bu ali təhsil müəssisəsinin ölkəmizin həyatında oynadığı roldan danışıb, BDU-nun tarixi xidmətlərini xüsusi vurğulayıb.
Universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov BDU-nun 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu bildirib. Rektor universitetin yaranmasından, keçdiyi şərəfli tarixi yoldan və bugünkü vəziyyətindən danışıb. A.Məhərrəmov bildirib ki, universitetin Elmi Şurası prezident İlham Əliyevə BDU-nun fəxri doktoru adının verilməsi haqqında qərar qəbul edib. Dövlət başçısına fəxri doktorluq mantiyası təqdim olunub.
Oxumaq
03.11.09  
 
Əfqanıstan ikinci turdan geri qayıtdı
Kərzayinin rəqibi dünya ictimaiyyətini "barmağına dolayırmış"

Əfqanıstanda seçki qalmaqalı səngimək bilmir. Sabiq xarici işlər naziri Abdulla Abdulla beynəlxalq ictimaiyyətin təzyiqi altında təşkil edilən seçkilərin ikinci dövrəsinə qatılmayacağını təsdiq edib. Mübahisəli ilk mərhələdə ikinci yeri qazanan Abdulla onun şərtlərinin yerinə yetirilmədiyini bildirib. Onun sözlərinə görə, səsverməni saxtalaşdırmaqda ittiham edilən rəsmilər tutduqları vəzifələrdə qalıbsa, onda yeni seçkilər ədalətli keçməyəcək.
Abdullanın seçki qərargahı Seçki Komissiyası və şəxsən onun rəhbərini səsverməni "saxtalaşdırmaqda" ittiham edib. Digər namizəd Əhməd Vəli Məsud isə əvvəlki seçkilərdəki pozuntulara dair bəyanat verib. "İkinci tur keçirilsə, saxtalaşdırma təkrarlanacaq. Buna görə bizim səsverməyə qatılmaq niyyətimiz yoxdu" - deyə Əhməd Vəli Məsud bəyan edib. Prezidentliyə namizəd Həmid Kərzayi isə Abdullanın irəli sürdüyü şərtləri yerinə yetirməkdən imtina edib. O, bunu qeyri-ədalətli adlandırıb. Özü də puştun olan Kərzayiyə yaxın dairələrdə hesab edirlər ki, tacik mənşəli Abdulla puştunların əksəriyyət təşkil etdiyi ölkədə uduzacağını bilərək rəqabətə girmək istəmir və seçkilər barədə bəyanatlar yalnız bəhanədir.
Oxumaq
03.11.09  
 
YAP İCAPP-ın Daimi Komitəsinə üzv seçilib
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (İCAPP) Yeni Azərbaycan Partiyasını bu qurumun Daimi Komitəsinin üzvü qəbul edib. Bu barədə qəzetimizə YAP-dan məlumat verilib. İCAPP-ın Daimi Komitəsinin həmsədri, İCAPP Katibliyinin baş katibi Çunq Eu-yonqun Yeni Azərbaycan Partiyasına bu münasibətlə göndərdiyi məktubda deyildiyi kimi, bu qərar Yeni Azərbaycan Partiyasının Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Asiyada sülhün və əmin-amanlığın bərqərar olması üçün həyata keçirdiyi fəaliyyət sahəsində xüsusi xidmətləri nəzərə alınaraq verilib: "Belə ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının 23-26 sentyabr 2009-cu ildə Astanada keçirilən V Baş Assambleyasında YAP nümayəndə heyətinin sədri, Milli Məclisin deputatı, YAP sədrinin müavini - icra katibi Əli Əhmədovun yaxından iştirakı təşkilatın işinin daha da uğurlu alınmasında bir töhfə olmuşdur".
Oxumaq
03.11.09  
 
Kaka "San-Siro"da
Braziliyalı yarımmüdafiəçi doğma arenasında rəqib futbolçu kimi top qovacaq

Bu gün UEFA Çempionlar liqasında (ÇL) IV turun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, tur iki il öncə dünyanın və Avropanın ən yaxşı futbolçusu seçilmiş Kakanın "San Siro" stadionuna qayıdışı baxımından əlamətdar olacaq. 27 yaşlı braziliyalı yarımmüdafiəçi son 6 ildə "Milan"ın heyətində oynadığı bu arenada indi rəqib futbolçu kimi top qovacaq. Bu yay 70 milyon avro qarşılığında "Real"a keçən Kaka milanlı azarkeşlərə komandada qalacağını bəyan etsə də, sonradan vədinə xilaf çıxıb. İndi "Milan"ın fanatlarının bir vaxtlar sevimliləri olan dünya şöhrətli futbolçunu necə qarşılayacağı maraq doğurur. Üstəlik, "Real" evdə "Milan"a məğlubiyyətin (2:3) əvəzini çıxmağa köklənib və Kaka da madridlilərə keçmiş komandasından qisas almaqda yardımçı olmalıdır.
Oxumaq
03.11.09  
 
Zədələnmiş hakim danışdı
"Çaxnaşma yaratmağa ehtiyac yoxdur"

"Futbolçular kimi hakimlər də zədələnə bilər. Burada qeyri-adi heç nə yoxdur. Hər halda, biz də insanıq və yeri gələndə futbolçulardan da güclü məşq edirik". Bu fikirləri apasport.az saytına açıqlamasında azərbaycanlı FİFA referisi Vüsal Əliyev deyib. Unibank Premyer Liqasının son turunda Zaqatalada yerli "Simurq"un "İnter"lə oyununa baş hakim təyin edilən 39 yaşlı beynəlxalq dərəcəli referi artıq matçın 15-ci dəqiqəsində problemlə üzləşib. Belə ki, V.Əliyev zədələndiyi üçün oyunu davam etdirə bilməyib və yerini gənc həmkarı, ehtiyat hakim Rasim Məmmədova verməli olub: "Oyundan qabaq məşq zamanı sürüşərək yerə yıxıldım. Zaqatalaya yağış yağdığı üçün meydança sürüşkən idi. Ayağa qalxdıqdan sonra ağrılar hiss etdim. Bu zaman ağrıkəsici vurdum ki, vəziyyətim yaxşılaşsın. Ancaq bunun faydası olmadı və artıq görüşün əvvəlində ağrılar olduğundan, əvəzlənməyimi məqsədəuyğun saydım. Belə vəziyyətdə oyunu davam etdirə bilməzdim, iddialı klubların görüşündə səhv etməyə haqqım yox idi".
Oxumaq
03.11.09  
 
Yığmanın futbolçusu başından güllələndi
Argentinada sui-qəsd cəhdi qeydə alınıb. Apasport.az saytının məlumatına görə, bu ölkənin milli komandasının keçmiş futbolçusu Fernando Kaseres güllələnib. 40 yaşlı veteran müdafiəçiyə srağagün idarə etdiyi avtomobildə baş nahiyəsindən güllə vurulub. Hadisədən bir qədər sonra maşının içində huşsuz halda tapılan Kaseres dərhal xəstəxanaya yerləşdirilib. Hazırda o, koma vəziyyətindədir. Argentina polisi günahkarları tapa bilməsə də, futbolçunun qətlə yetirilmək məqsədilə vurulduğunu bildirib.
Xatırladaq ki, 1992-97-ci illərdə Argentina yığmasının şərəfini qorumuş Kaseres Amerika Kubokunu qazanıb. Öz vətənində "River Pleyt", "Boka Xuniors" kimi klubların formasını geyinmiş argentinalı İspaniyada "Valensiya" və "Saraqosa"da da oynamağa imkan tapıb. O, peşəkar karyerasını iki il öncə bitirib.
Oxumaq
03.11.09  
 
Klub prezidenti futbolçuları təhqir etdi
Kiyevin "Dinamo" klubunun prezidenti İqor Surkis futbolçuları təhqir edib. Apasport.az saytının məlumatına görə, ölkə çempionatının XII turunda doğma meydanda "Karpatı" klubu ilə heç-heçədən (1:1) sonra özündən çıxan Surkis hirsini oyunçularını üstünə töküb. Əsəblərini cilovlaya bilməyən prezident final fiti səslənən kimi, dərhal paltardəyişmə otağına yollanıb.
Komandaya yaxın mənbələrdən verilən məlumata görə, Surkis həmin məkanda çox emosional olub və 10-15 dəqiqə ərzində futbolçuları söyüb. Həmçinin, o, futbolçuları bir neçə dəfə özlərini toparlamağa çağırıb: "Çünki indi həlledici oyunların vaxtı çatıb".
"Dinamo"nun baş məşqçisi Valeri Qazzayev də həmin vaxt əvvəldən sonadək paltardəyişmə otağında olub və prezidentinin coşqulu çıxışını sakitcə dinləyib. Milliyətcə osetin olan mütəxəssis Surkisin komandanın öz meydanında xal itirməməsi fikri ilə razılaşıb. Söhbətin sonunda prezidentin səsi yumşalıb. Artıq həmin vaxt futbolçulara dost kimi müraciət edən Surkis onlara vəziyyətdən çıxış yolu kimi bir neçə variant təklif edib.
Xatırladaq ki, məşhur hücumçu Andrey Şevçenkonun lideri olduğu Kiyev "Dinamo"sunda əslən azərbaycanlı Aleksandr Əliyev də oynayır.
Oxumaq
03.11.09  
 
Səhifələr : 1 2 3 4 » #
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •