|
|
Səhifələr : 1 2 3 4 5 » #
|
Protokollar önündə MHP səddi
|
Türkiyə millətçiləri Azərbaycanın maraqlarının müdafiəsini davam etdirəcəklər
Türkiyənin Ermənistanla imzaladığı protokolların parlamentdə ratifikasiyasının gecikdirməsi mətbuatda müxtəlif versiyaların ortaya çıxmasına səbəb olub. Qeyd olunur ki, ABŞ, Avropa Birliyi və Ermənistan Türkiyəyə erməni-türk protokollarının ratifikasiyası ilə bağlı təzyiqlər göstərir. Bəs görəsən, Türkiyə bu təzyiqlər qarşısında davam gətirə biləcəkmi? Sualı cavablandıran Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Türkiyə Böyük Millət Məclisinin deputatı Mehmet Şandır bildirib ki, MHP təzyiqlərə baxmayaraq, Azərbaycanın maraqlarını müdafiə etməkdə davam edəcək: "Buna görə narahat olmaya bilərsiniz. Ermənilər Azərbaycan torpaqlarını işğaldan azad etməyənə qədər türk-erməni sərhədlərinin açılması və bu iki ölkə arasında normal münasibətlərin qurulması qeyri-mümkündür". M.Şandır təsdiq edib ki, bu protokollar ABŞ və AB-nin təzyiqləri qarşısında imzalanıb. Lakin əlavə edib ki, erməni işğalı başa çatmayana qədər bu protokollar radifikasiya olunmayacaq: "Hökumət bu protokolları parlamentə göndərib. Lakin MHP olaraq biz bu protokolların Xarici Əlaqələr Komissiyasının müzakirəsinə və ardınca da onun parlamentin müzakirəsinə çıxarılmasına yol verməyəcək. Biz Türkiyə Respublikasının azərbaycanlılara verdiyi vədin üzərində dayanmasına çalışacağıq. Heç bir səbəb Türk-Azərbaycan dostluğunun şübhə altına sala bilməz".
|
Oxumaq
27.11.09
|
| |
|
|
Milli Məclis 2010-cu ilin dövlət büdcəsini təsdiqlədi
|
İcmal büdcə artırıldı
Milli Məclisin dünən keçirilən iclasında 2010-cu ilin dövlət büdcəsi deputatların müzakirələr zamanı səsləndirdikləri təkliflərin bəziləri nəzərə alınmaqla təsdiqləndi. Milli Məclisin sədri Oqtay Əsədov bildirdi ki, büdcə müzakirələri çox məhsuldar keçib. Deputatların verdiyi təkliflərin nəzərə alınması üçün hökumətə 10 gün vaxt verilib. Spiker bildirdi ki, deputatların investisiya layihələri ilə bağlı təklifləri büdcə müzakirələri zamanı deyil, daha əvvəl verilməlidir ki, onları nəzərə almaq mümkün olsun. Bu barədə məlumat verən maliyyə naziri Samir Şərifov bildirdi ki, parlamentdəki müzakirələrdən sonrakı müddətdə hökumət səsləndirilən təklifləri araşdırıb. Nəticədə qərara alınıb ki, icmal büdcəsi 20 milyon manat artırılaraq 12 milyard 636 milyon manata çatdırılsın. Belə ki, hökumət Dövlət Neft Fondunun xərclərinin 20 milyon manat artırılmasına qərar verib. Bu vəsait ekoloyi problemlərin maliyyələşdirilməsinə sərf olunacaq. Nazir dedi ki, hökumət bundan əlavə, deputatların təkliflərinə əsasən, dövlət büdcəsinin xərc strukturunda da bəzi dəyişikliklər edib.
|
Oxumaq
27.11.09
|
| |
|
|
Oyundan kənar vəziyyət
|
Futbol iki ərəb dövlətini bir-birinə vurdu
Misir və Əlcəzair arasında futbol qalmaqalı beynəlxalq səviyyəyə yüksəlib. Hər iki ölkənin futbol azarkeşlərinin aqressiv hərəkətindən narahatçılığını ifadə edən Ərəb Ölkələri Liqası Liviya lideri Müəmmar Qəddafini vasitəçi qismində çıxış etməyi və tərəflər arasında barışıq əldə olunmasına nail olmağa çağırıb. Sonuncu da bu missiyanı öz üzərinə götürməyə razılıq verib. İki ölkə arasında münaqişəyə gəldikdə, insident noyabrın 14-də başlayıb. Belə ki, hadisə Qahirədə Əlcəzair və Misirin futbol üzrə yığmaları arasında Cənubi Afrika Respublikasında keçiriləcək futbol üzrə dünya çempionatına vəsiqə qazanmaq uğrunda yarış zamanı yaşanıb. Aqressiv əhval-ruhiyyəli azarkeşlər futbolçuların hərəkət etdiyi avtobusu daşa tutmaqla yanaşı, əlcəzairli azarkeşlərlə dava salıb. 30 nəfərin yaralanması ilə nəticələnən insident öz növbəsində Əlcəzairdə ciddi narazılıqlara gətirib çıxarıb. Əlcəzarin xarici işlər naziri Yəzid Zərxuni Misir hakimiyyət orqanlarını oyunçuların təhlükəsizliyini qorumamaqda günahlandırıb. Əhali arasında qisasçılıq əhval-ruhiyyəsinin qızışmasında elə mətbuatın da rolu az olmayıb. Qəzet səhifələrində Qahirədə qan içində olan azarkeşlərin və futbolçuların şəkilləri dərc olunub.
|
Oxumaq
27.11.09
|
| |
|
|
Hiddinkin ürəyindən "Çelsi" keçir
|
Holland çalışdırıcının iş yerini dəyişmək şansı artıb
Rusiya yığması CAR-da keçiriləcək dünya çempionatından kənarda qalandan sonra Quus Hiddinklə bağlı şayiələr birəbeş artıb. Holland mütəxəssisin hazırkı iş yerində qalmaq ehtimalının yetərincə azaldığını iddia edən mənbələrin sayı da artıb. Səbəbkar Rusiya Futbol İttifaqından (RFİ) qeyri-rəsmi də olsa, yeni təklif alıb. Amma Hiddink bu məsələ ilə bağlı müzakirələrin Sloveniya ilə pley-off oyunlarından sonra aparılmasını istəmişdi. Təbii, o, əsas diqqətini komandasının keçid oyunlarına yönəltməyi lazım bilmişdi. Ruslar iki oyunun ümumi nəticəsinə görə slovenlərdən zəif çıxınca, holland çalışdırıcının iş yerini dəyişmək şansı yetərincə artıb. Hiddinkin agenti Kis van Hyuvehoyzen müştərisinin Rusiya millisində qalmaq perspektivinin bu ölkə futbolunun rəhbər postlarına keçiriləcək seçkilərdən asılı olacağını deyib: "Əlbəttə, Quus yeni müqavilə məsələsində tələsmir. Ola bilsin ki, o, slovenlərlə cavab matçından sonrakı mənfi emosiyalardan qurtulmaq və özünə gəlmək üçün bir neçə həftə futboldan kənarlaşmaq fikrinə düşəcək. Müştərim doğrudan da gələcəyi ilə bağlı bir müddət sonra düşünmək niyyətindədir. Mənə gəlincə, onun Rusiya yığmasında qalmaq perspektivi RFİ-nin prezident postuna seçkilərin nəticələrindən asılı olacaq. Hiddinkin federasiya çərçivəsində görülən bir sıra işlərdən narazı olduğu heç kimə sirr deyil. Çünki o bu məsələyə açıq münasibət bildirmişdi.
|
Oxumaq
27.11.09
|
| |
|
|
Prezident Şamaxıya səfər edib
|
Bakı-Şamaxı avtomobil yolunun açılışı olub
Dünən prezident İlham Əliyev Şamaxı rayonunda səfərdə olub. Ölkə başçısı öncə yenidən qurulmuş Bakı-Şamaxı avtomobil yolunun açılışında iştirak edib. Nəqliyyat naziri Ziya Məmmədov məlumat verib ki, Bakı-Şamaxı avtomobil yolunun yenidən qurulması layihəsi Azərbaycan hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında imzalanan "Azərbaycan magistral avtomobil yolu-2" layihəsi üzrə sazişə uyğun həyata keçirilib. Ölkənin əsas magistrallarından olan yolun eni 15-17 metrə, bəzi yerlərdə 22 metrə çatır. Hərəkət hissəsi iki, bəzi yerlərdə isə dördzolaqlıdır. Layihə üzrə 147 boru-keçidi tikilib, yol üzərindəki 7 körpüdən ikisi təmir olunub, beşi yeni inşa edilib. AzərTAc xəbər verir ki, prezident daha sonra rayon mərkəzində Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Dövlət başçısı Şamaxıda Heydər Əliyev parkında aparılmış yenidənqurma işləri ilə tanış olub. Məlumat verilib ki, ərazisi əvvəllər 0,4 hektar olan parkın ətrafındakı yararsız tikililərin sökülməsi hesabına onun sahəsi 4,5 hektara çatdırılıb, ulu öndərin abidəsi bu istirahət mərkəzinin ərazisinə köçürülüb, yaşıllaşdırma işlərinə xüsusi diqqət yetirilib. Parkda 5 fəvvarə, 270 yerlik yay konsert meydançası, kafe, uşaq əyləncə mərkəzi, istirahət köşkləri yaradılıb.
|
Oxumaq
27.11.09
|
| |
|
|
Eyni şəxs iki dəfə ombudsman seçilə bilər
|
Konstitusiya qanunu sonuncu oxunuşda təsdiqləndi
Milli Məclisin dünən keçirilən iclasında millət vəkilləri prezident İlham Əliyevin Ermənistan prezidenti Sery Sarkisyanla Münhendə keçirdiyi görüşdən öncə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi bəyanatı dəstəklədiklərini bildirdilər. Xatırladaq ki, prezident Goranboyda qaçqın və məcburi köçkünlərlə görüşü zamanı Münhen görüşünün də nəticə verməyəcəyi halda danışıqların dayandırılacağını və Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlaya biləcəyini demişdi. Müzakirələrdə çıxış edən Müsavat deputat qrupunun üzvü, millət vəkili Pənah Hüseyn Madrid prinsiplərinin ictimaiyyətə açıqlanmasını təklif etdi. Onun sözlərinə görə, həmsədrlərin açıqladığı bu prinsiplərin biri də Dağlıq Qarabağın statusunun referendum yolu ilə müəyyənləşdirilməsini nəzərdə tutur ki, bu da Azərbaycanın ziyanınadır. Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu dedi ki, bəzən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların gedişi barədə spekulyasiyalara yol verilir.
|
Oxumaq
27.11.09
|
| |
|
|
Davudoğlu Afinada Nalbandyanla görüşməyəcək
|
|
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Burak Özügərgin bildirib ki, dekabrın 1-2-də ATƏT-in Afinada keçiriləcək toplantısında Türkiyə və Ermənistanın xarici işlər nazirlərinin görüşü planlaşdırılmır. Onun sözlərinə görə, Əhməd Davudoğlu ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici siyasət idarələrinin rəhbərlərinin görüşündə də iştirak etməyəcək. Burak Özügərgin rəsmi Ankaranın dekabrda keçiriləcək Avropa İttifaqının sammitindən Türkiyə ilə münasibətlərə dair konstruktiv mövqe gözlədiyini də söyləyib.
|
Oxumaq
27.11.09
|
| |
|
|
Ətsatanlar günü
|
|
Bu gün Qurban bayramıdır. Əslində, bu bayramın İslam aləmindəki mahiyyətindən, müsəlman dünyasında necə keçirilməsindən yazmaq gərəkdir. Amma bununla bağlı kifayət qədər yazılacağına ümid edib, bu aksiyaya tamam başqa rakursdan yanaşmaq istərdim. Hərçənd bu sətirləri əndişə içində yazıram. Adama bir deməzlər ki, Allahın yetirdiyi bir dini və onun müqəddəs kitabı olan QURAN-i Kərimdən irəli gələn qaydaları sən kimsən ki, müzakirə edirsən?! Yəni sən özünü o qədər çoxbilmiş hesab edirsən ki, indi də Allahın işlərinə qarışırsan!? Əstəğfürullah. Amma dinsizlər, imansızlar din-imandan danışanda, qorxaqlar səhər-axşam qəhrəmanlıqdan dəm vuranda, ədalət bağıranlar ədalətdən gen duranda, lap deyək, mədəsi bir saniyə belə boş dayanmayanlar pəhrizdən danışanda, hər şey yaddan çıxır. İmanın da, inancın da, dilin də, dinin də.
|
Oxumaq
27.11.09
|
| |
|
|
Ət satışı bazarında monitorinqlər keçirilir
|
|
Qurban Bayramı günlərində əhalinin iri və xırda buynuzlu heyvanlara tələbatının artmasını nəzərə alaraq, İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti (İBNDX) ötən həftədən etibarən ət satışı məntəqələrində gündəlik monitorinqlərə başlayıb. Bu barədə qəzetimizə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Qurumdan bildirilib ki, paytaxt rayonlarında, eləcə də bir sıra şəhər və rayonlarda indiyədək keçirilmiş monitorinqlər zamanı satışda olan ətin qiymətində hər hansı dəyişiklik qeydə alınmayıb. Mənbədən İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin monitorinqləri bayram günlərində də davam etdirəcəyi vurğulanıb.
|
Oxumaq
27.11.09
|
| |
|
|
YAP televiziyada təşviqat aparmayacaq
|
Bütün diqqət bələdiyyə ərazilərinə yönələcək
"Digər partiyalardan fərqli olaraq, Yeni Azərbaycan Partiyasının irəliyə sürdüyü namizədlərin əksəriyyəti dairə seçki komissiyaları tərəfindən qeydə alınıb. Partiyamızın bütün bələdiyyələr üzrə namizədləri mövcuddur". Bu sözləri Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov bələdiyyə seçkiləri ilə əlaqədar yurnalistlərin suallarını cavablandırarkən deyib. Ə.Əhmədov bəzi müxalifət partiyalarının seçki ilə bağlı iddialarının əsassız olduğunu da bildirib.
|
Oxumaq
27.11.09
|
| |
|
|
|
Səhifələr : 1 2 3 4 5 » #
|
|