Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Noy.2009»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 26.11.2009
Səhifələr : 1 2 3 » #
Səlahiyyətsiz komissiya
Britaniyalılar dövlətlərinin İraq kampaniyasında iştirakına mənəvi qiymət vermək istəyirlər

Londonda Böyük Britaniyanın İraq müharibəsinə qoşulmasına dair dinləmələr başlayıb. Dinləmələri ser Con Çilkotun başçılıq etdiyi müstəqil komissiya həyata keçirir. Komissiyanın bəyanatında deyilir: "İraqla bağlı araşdırma ona görə həyata keçirilir ki, keçmişin dərslərindən nəticə çıxarılsın, Böyük Britaniyanın bu hərbi əməliyyatda rolu öyrənilsin. Araşdırmanın digər məqsədi bu kimi hallarla üzləşə biləcək gələcək hökumətlərə yardım etməkdir".
Dünən Xarici İşlər Nazirliyi nümayəndələrinin çıxışları dinlənilib. Komissiya İraq müharibəsindən əvvəl Səddam Hüseynin güya nüvə silahına malik olması xəbərlərinin haradan qaynaqlandığını araşdırmaq istəyir. Məhz bu amil Böyük Britaniyanın İraqa müdaxiləsinə yol açmışdı. İraqda isə nüvə silahı tapılmadı. İraqlı analitik Əbdül-Cabbar Əhməd Böyük Britaniyadakı araşdırma ilə bağlı bunları deyib: "Toni Bleyer hökumətinin fəaliyyətinin araşdırılmasıyla yanaşı, ABŞ administrasiyasının o zamankı qərarı da tədqiq olunmalıdır. Biz buraxılmış səhvlərə görə keçmiş prezident Corc Buş və hazırkı dövlət başçısı Barak Obamadan da hesabat istəyə bilərik. Bu səhvlər İraqa baha başa oturdu, mülki əhali arasında çoxsaylı itkilər qeydə alındı".
Oxumaq
26.11.09  
 
Vaqif Sadıqov yetirməsini təriflədi
"Ruslan Avropanın ən yaxşı klublarından birində oynaya bilər"

"Komandamızın futbolçusu ilə xarici klubların maraqlanması sevindirici haldır. Abışov təkcə "Neftçi"nin yox, millinin də əsas oyunçularından birinə çevrilib. Bunda futbolçumuzla yanaşı, klubun da əməyi böyükdür". Apasport.az saytının xəbərinə görə, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Vaqif Sadıqov deyib. Komandanın futbolçusu R.Abışovun əcnəbi kluba keçəcəyi barədə yayılan xəbərlər münasibət bildirən V.Sadıqovun fikrincə, yetirməsi Avropanın ən yaxşı klublarından birində çıxış etməyə layiqdir: "Abışov başa düşür ki, ona imic qazandıran doğma klubun da mənafeyini düşünməlidir. O, peşəkar futbolçudur və hazırda bütün fikirlərini çempionatın oyunlarına cəmləyib. O, işini peşəkarcasına bilir, vətənini, klubunu sevir. Ruslan da hamımız kimi "Neftçi"nin əvvəlki nüfuzunu qaytarması üçün çalışır".
Oxumaq
26.11.09  
 
AŞ-nin Azərbaycanla əməkdaşlığın intensivləşdirilməsi imkanlarını araşdırması zəruridir
Prezident "Aqo" qrupunun sədrini qəbul edib

Dünən prezident İlham Əliyev "Aqo" monitorinq qrupunun sədri, Rumıniyanın Avropa Şurası yanında daimi nümayəndəsi Stelian Stoyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Stelian Stoyan monitorinq qrupu üzvlərinin ölkəmizə zəngin səfər proqramının həyata keçirilməsinə yaradılan şəraitə görə dövlət başçısına minnətdarlığını bildirdi. Prezident İlham Əliyevin Avropa Şurasındakı məhsuldar fəaliyyətini xatırlayan qonaq təmsil etdiyi təşkilatın Azərbaycana yaxın münasibət bəslədiyini bildirdi. Avropa Şurasının növbəti illər üçün də Azərbaycanla əməkdaşlığının intensivləşdirilməsi imkanlarını araşdırmağı zəruri hesab etdiyini bildirən Stelian Stoyan Avropa Şurasına üzv olan ölkələrin bir-birilərinə dəstək vermələrinin vacibliyini qeyd etdi.
"Aqo" monitorinq qrupunun Azərbaycana geniş proqramla səfər etməsinin önəmini qeyd edən prezident İlham Əliyev bildirdi ki, bu səfər ölkəmizlə yaxından tanış olmaq, insanlarla görüşüb müxtəlif fikirlər eşitmək, Azərbaycan haqqında həqiqətləri daha dolğun şəkildə öyrənmək üçün yaxşı imkan yaradır.
Oxumaq
26.11.09  
 
Pensiya islahatları dəstəklənməlidir
Əli Məsimli: "Konsepsiya real nəticələrini 10-15 il sonra verməyə başlayacaq"

"Hökumət çalışmalıdır ki, əhalinin aztəminatlı təbəqəsinin təmsilçiləri pensiyaya çıxdıqdan sonra yoxsulluq girdabına düşməsin". Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimli bu fikirdədir. Onun sözlərinə görə, pensiya sistemi əhalinin bütün təbəqələrinin hüquqlarını qorumalıdır. Məsələn, yüksək əmək haqqı alan vətəndaş pensiyaya çıxanda aldığı əmək haqqının 40-60 faizi həcmində pensiya almalıdır. Millət vəkilinin fikrincə, belə olarsa, vətəndaşlar pensiyaya çıxdıqdan sonra da işləməkdə maraqlı olmazlar. Ə.Məsimli dedi ki, 20 il bundan əvvəl Azərbaycanda orta aylıq pensiya yaşayış minimumundan 2 dəfə çox olub. Hazırda isə orta aylıq pensiya yaşayış minimumundan azdır. Pensiyaçıların 60 faizindən çoxu cəmi 75 manat təqaüd alır. Bunun nəticəsində ölkədəki hər üç pensiyaçıdan ikisi yoxsulluq səviyyəsində yaşayır. Bu baxımdan hazırda ölkədə həyata keçirilən pensiya islahatları dəstəklənməlidir. Ə.Məsimli hesab edir ki, ölkə başçısı tərəfindən təsdiqlənən pensiya islahatları konsepsiyası bu sahədəki problemlərin həllinə yönəlib. Onun sözlərinə görə, bu konsepsiya real nəticələrini 10-15 il sonra verməyə başlayacaq. Ona görə də hazırda hökumət əsasən növbəti 10 il ərzində pensiya sahəsində meydana çıxacaq problemlərin həlli üçün çalışmalıdır.
Oxumaq
26.11.09  
 
Kitabxanalara dair statistik müayinə yekunlaşıb
Bu il 4,8 milyon müraciət olub

Dövlət Statistika Komitəsi (DSK) tərəfindən cari ilin sentyabr ayının 1-i vəziyyətinə aparılan "Kitabxanaların fəaliyyəti haqqında" statistik müayinə artıq yekunlaşıb. Müayinə "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilib. Nəticələr barədə qəzetimizə məlumat verən komitədən bildirilib ki, müayinə ilə kütləvi, uşaq, gənclər, elmi, elmi-texniki, digər ixtisaslaşdırılmış, həmçinin müəssisələrin nəzdində olan 8507 kitabxana əhatə olunub. Onların 2322-si və ya 27,3 faizi şəhər yerlərində, 6185-i və ya 72,7 faizi kənd yerlərindədir.
Oxumaq
26.11.09  
 
MBA və TEMPUS proqramları üzrə magistraturaya qəbul başlayır
Bakalavrlar noyabrın 26-dan dekabrın 4-dək ərizələrini təsdiqlətdirə bilərlər

Respublikanın ali təhsil müəssisələrinin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına və Azərbaycan Diplomatik Akademiyasının (ADA) magistraturasına sənəd qəbulu başlayır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) qəzetimizə bildirilib ki, sənədlərin qəbulu internet vasitəsi ilə aparılacaq. Bunun üçün bakalavr şəxsiyyət vəsiqəsindən (nömrəsindən və PİN kodundan) və "TQDK-nın ödəmə kartı"ndan (iş nömrəsi və şifrindən) istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizemagistr) daxil olmalıdır. O, səhifədəki "Bakalavrın elektron ərizəsi" forması doldurmalı, sonra tələb olunan sənədləri TQDK-da yaradılmış SQK-ya təqdim etməlidir.
Oxumaq
26.11.09  
 
Moskvanın "əlinin duzu" yoxdur
İran Rusiyanı məhkəmə ilə hədələyir

İran prezidenti Mahmud Əhmədineyad ölkəsinin nüvə proqramı ilə bağlı Boliviyadan dəstək qazanıb. Cənubi Amerikada səfərdə olan Əhmədineyad və Boliviya prezidenti Evo Morales bəyan ediblər ki, hər bir ölkənin nüvə eneryisindən sülh məqsədləri üçün istifadə etmək haqqı var. Onlar, həmçinin nüvə güclərini "ikili standartlar" yeritməkdə ittiham ediblər. Əhmədineyad növbəti danışıqları Venesuela prezidenti Uqo Çaveslə aparacaq. O, İranın nüvə proqramı ilə bağlə Qərb dövlətlərilə qarşıdurmasında Tehranın müttəfiqi hesab olunur.
İranla bağlı digər bir xəbərdə deyilir ki, Rusiya İranın S-300 raketləriylə bağlı ittihamlarına cavab verib. Tehran Moskvanı bu raketlərin İrana göndərməsini ləngitməkdə ittiham edir.
Oxumaq
26.11.09  
 
Havaya sovrulmuş yuxu
23 il yanlış komada olan belçikalı həyata qayıtdıqdan sonra "buna da şükür!" deyir

Düz 23 il əvvəl nəqliyyat qəzasına düşən belçikalı Rom Houben həkimlərin müayinəsindən sonra koma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. İndi məlum olub ki, bütün bu illər ərzində hazırda 46 yaşı olan Houben ayıq imiş. Tam iflic olan xəstə öz ailə üzvlərinə onların dediklərinin hamısını eşitdiyini çatdırmaq imkanından məhrum olub. İndi o, kompyuterlərşdirilmiş mesaylarla xüsusi lövhənin köməyilə danışa bilir.
"Mən çığırırdım, lakin heç kim məni eşitmirdi. Bütün bu zaman ərzində daha yaxşı həyat arzusu ilə yaşayırdım. Halımı məyusluq sözü ilə ifadə etmək ədalətsizlik olardı. Həkimlər öyrənəndə ki, mənə səhv diaqnoz qoyulub, sanki yenidən dünyaya gəldim. Mən oxumaq, dostlarımla danışmaq, mənim ölü olmadığımı bilən adamlarla ünsiyyətdə olmaq istəyirəm". Diaqnozun səhv qoyulduğunu nevrologiya üzrə ekspert, doktor Stiven Laureys aşkar edib.
Oxumaq
26.11.09  
 
Lexlərin qarşıdurması
Polşanın eks-prezidenti Valensa hazırki dövlət başçısı Kaçinskini məhkəməyə verib

Polşada demokratiya uğrunda mübariz və keçmiş prezident Lex Valensa onu "kommunist erasının məxfi agenti" adlandırmış hazırkı prezident Lex Kaçinskini məhkəməyə verib. Valensa prezident Kaçinskidən üzrxahlıq və 37 min dollar cərimə tələb edib. Onun sözlərinə görə, Kaçinski bu üzrxahlığı mütləq etməlidir. Əks halda, istefaya getməli olacaq. Varşavadakı ərazi məhkəməsində prosesin açılışı zamanı Valensanın vəkili deyib ki, Polşa demokratiyasının "ikonası" Kaçinskini məhkəməyə verməyə məcbur olub. Çünki prezident onun öz sözünü geri götürmək xahişinə əməl etməyib.
Oxumaq
26.11.09  
 
Kim uduzdu, kim uddu
İki dəfə təxirə salınan oyunda qələbə qazanan olmadı

Dünən futbol üzrə Unibank Premyer Liqasında təxirə salınmış "Xəzər-Lənkəran" - "Bakı" matçı keçirilib. Lent.az-ın məlumatına görə, Lənkəran şəhər mərkəzi stadionunda baş tutan görüş 11-ci dəqiqədən davam etdirilib.
Çünki sentyabrın 16-da ot örtüyünün güclü yağış üzündən sıradan çıxma təhlükəsi ilə əlaqədar bu oyun məhz həmin dəqiqədə dayandırılıb. Baş hakim Anar Salmanovun idarə etdiyi qarşılaşma 1:1 hesabı ilə nəticələnib. İlk yarının sonuncu dəqiqəsində "Bakı"nın hücumçusu Əhməd Ticani hesabı açıb.
Oxumaq
26.11.09  
 
Səhifələr : 1 2 3 » #
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •