|
|
|
Azərbaycanın layihəsi BMT-də qəbul edilib
|
Təklifi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi hazırlayıb
Nyu-Yorkda BMT Baş Məclisinin İkinci Komitəsinin (İqtisadi və Maliyyə) növbəti iclasında Azərbaycan tərəfindən irəli sürülmüş Trans-Avrasiya İnformasiya Super Magistralı (TASİM) təşəbbüsünə dair qətnamə layihəsi yekdilliklə qəbul edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təklifi əsasında TASİM-ə aid qətnamə layihəsi BMT Baş Məclisinin 64-cü sessiyasında Azərbaycan tərəfindən irəli sürülüb. Cari ilin sentyabrından isə Azərbaycanın nümayəndə heyəti tərəfindən qətnamə layihəsi üzrə ikitərəfli və çoxtərəfli danışıqlar müvəffəqiyyətlə aparılıb. Qətnamə layihəsində dünyada iqtisadi artım və sosial inkişaf üçün informasiya və kommunikasiya texnologiyalarının vacibliyi etiraf olunmaqla yanaşı, Avrasiya regionunda "rəqəmsal uçurum"un aradan qaldırılması baxımından TASİM-in mühüm rolu vurğulanıb.
|
Oxumaq
19.11.09
|
| |
|
|
Yığmamız Çexiyanı məğlub etdi
|
Berti Foqts: "Təbriklər mənə yox, futbolçulara düşür"
Yığmamız BƏƏ-də keçirilən beynəlxalq turnir çərçivəsində dünən Çexiyanı 2:0 hesabı ilə məğlub edərək, 3-cü yeri tutub. Apasport.az saytının Əl-Ayn şəhərinə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, Berti Foqtsun yetirmələri Çexiya üzərində inamlı qələbə qazanıblar. Yığmamızın heyətində 25-ci dəqiqədə Vaqif Cavadov, 89-cu dəqiqədə isə Ruslan Abuşov fərqlənib. Bununla da komandamız 4 kollektivin iştirak etdiyi beynəlxalq turnirdə üçüncü pillədə qərarlaşıb. Qeyd edək ki, yığmamız noyabrın 15-də İraqa uduzduğundan (0:1) yarışın finalına vəsiqə qazana bilməyib. "Bu möhtəşəm qələbəyə görə məni yox, futbolçuları təbrik edin. Bu gün onlar 90 dəqiqə gözəl futbol nümayiş etdirdilər". Bunu apasport.az saytının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Ayn şəhərinə ezam olunmuş xüsusi müxbirinə açıqlamasında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib. Almaniyalı mütəxəssis əldə olunan uğurda bir neçə yetirməsinin adını çəkib: "Mən xüsusilə ikinci qola görə çox sevindim. İlk qolu vuran Vaqif Cavadov daha sonra məhsuldar ötürmə ilə yadda qaldı. Onun künc zərbəsindən ötürdüyü topu Ruslanın başla qapıya göndərməsi çox gözəl alındı. Bu səviyyədə oyunu davam etdirmək lazımdır. Mən buna böyük ümid bəsləyirəm. Qapıçımız Fərhad Vəliyevə görə də sevindim.
|
Oxumaq
19.11.09
|
| |
|
|
Hər 10 seçicidən biri YAP-ın üzvüdür
|
Hakim partiya 17 yaşını bu kimi nailiyyətlərlə qeyd edir
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 17-ci ildönümü dünən YAP Nizami rayon təşkilatının yenicə istifadəyə verilmiş inzibati binasında təntənəli şəkildə qeyd edildi. YAP Siyasi Şurasının, İdarə Heyətinin üzvlərinin, partiya funksionerlərinin, millət vəkillərinin, Nizami rayon ictimaiyyətinin nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə YAP sərdinin müavini, partiyanın icra katibi Əli Əhmədov bildirdi ki, bu tarixin qeyd edilməsi iki yöndən əlamətdardır. Birincisi ona görə ki, yarandığı gündən 6 ay sonra partiya sədrinin siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycanda yeni və şərəfli tarixin əsası qoyulub. Yarandığı gündən dövlətə və xalqa xidmət əsas prinsipi olan partiyanın uğurunun əsasını da bu amil təşkil edir. Fəaliyyət göstərdiyi 17 il ərzində xalqa sədaqətlə xidmət edən partiyanın uğurları ümummilli lider Heydər Əliyevin adı, onun ideyaları ilə sıx bağlı olub. Bu gün YAP müasir tariximizin ayrılmaz bir hissəsinə çevrilib. Bu günü əhəmiyyətli edən ikinci amil partiyanın 17-ci ildönümünü Nizami rayon təşkilatının yeni binasında qeyd etməsidir.
|
Oxumaq
19.11.09
|
| |
|
|
Günah qazı
|
Rusiyanın mavi yanacağı Ukraynadakı prezident seçkilərinin qurbanı ola bilər
Stokholmda Rusiya və Avropa Birliyi liderlərinin sammiti öz işinə başlayıb. Ötən il Gürcüstanla müharibədən sonra tərəflər arasında gərginləşən münasibətlər artıq yenidən qurulmağa başlayıb. Müharibə Avropa Birliyi tərəfindən sərt tənqidə səbəb olmuşdu. BBC-nin Brüsseldəki müxbiri Dominik Hafs bildirir ki, Rusiyanın ötən il Gürcüstanla qısa, amma ağır müharibəsi hələ də Avropa Birliyi ilə münasibətlərinə kölgə salır. Xüsuslə də, birliyin keçmiş sovet blokundan olan yeni üzvlərilə münasibətlərdə bunu sezmək mümkündür. Amma siyasi reallıq ondan ibarətdir ki, hər iki tərəf yoluna davam etməlidir. Odur ki, Stokholm sammitinin gündəliyinin başında ticarət və eneryi məsələsi durur. Avropa Birliyi Rusiyanın ən böyük ticarət partnyorudur və avropalılar Rusiyanı Dünya Ticarət Təşkilatına üzv görmək istəyirlər. AB həm də Rusiya qazından asılıdır və ötən qışda yaşanmış eneryi fasilələri bəlasını bir də yaşamaq istəmir. Bütün bunlar irəliyə doğru addım tələb edir.
|
Oxumaq
19.11.09
|
| |
|
|
Şotlandların müqəddəs bayramı İçərişəhərdə keçiriləcək
|
Musiqiçilər 1 saatlıq proqramla çıxış edəcəklər
Noyabrın 21-də Bakı şəhərində şotlandlar Müqəddəs Endryu gününü qeyd edəcəklər. Bakı Kaledoniya Cəmiyyətinin təşkil etdiyi bayram tədbirlərinin bir hissəsi kimi Şotlandiya milli musiqi ifaçıları qrupu şənbə günü günorta saatlarında İçərişəhərdə çıxış edəcək və parad keçirəcəklər. Onlar öz ifalarına Qoşa Qala Qapısının qarşısındakı əsas meydanda başlayacaq və daha sonra Endryu gününün mədəniyyətlərarası xarakterini təcəssüm etdirmək üçün İçərişəhərin küçələrindən keçəcəklər. Musiqiçilərin nümayişi İçərişəhərin əsas küçələrində təxminən bir saat davam edəcək və Qız Qalasının yanında yekunlaşacaq.
|
Oxumaq
19.11.09
|
| |
|
|
Rasim Ocaqovun filmi bərpa edilib
|
Yeni variantın nümayişi gözlənilir
Noyabrın 22-də Xalq artisti, dövlət mükafatları laureatı, kinoreyissor Rasim Ocaqovun 76 yaşı tamam olur. Görkəmli kinoreyissorun ad günü ilə əlaqədar olaraq Dövlət Film Fondu Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Rusiya Dövlət Film Fondunun köməyi ilə Rasim Ocaqovun 1979-cu ildə çəkdiyi "İstintaq" bədii filmini bərpa edib. Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyevin verdiyi məlumata görə, sözügedən filmin ssenari müəllifi Rüstəm İbrahimbəyov, operatoru Rafiq Qəmbərovdur. Baş rollarda Şəfiqə Məmmədova, Aleksandr Kalyagin, Həsən Məmmədov çəkiliblər. C.Quliyevin sözlərinə görə, filmin bərpa olunmuş variantının yaxın vaxtlarda nümayişinə başlanılması nəzərdə tutulur.
|
Oxumaq
19.11.09
|
| |
|
|
Dövlət Film Fondu nümunəvi qurum seçilib
|
|
Azərbaycan Dövlət Film Fonduna Gürcüstan Kino Arxivindən "Şirvan şahzadəsinin cinayəti" filminin fotoları daxil olub. Fondun rəhbəri Cəmil Quliyevin məlumatına görə, film 1926-cı ildə gürcü reyissoru İvan Peristiani tərəfindən Bakıda çəkilib: "Təəssüf ki, film dövrümüzə gəlib çatmayıb. Bu filmin baş rollarından birində Azərbaycan kinoaktyoru Xeyri Əmirzadə çəkilib. Filmdə Şirvan şahzadəsinin bolşeviklərə qarşı mübarizəsindən bəhs edilir".
|
Oxumaq
19.11.09
|
| |
|
|
Qoçaq Əsgərov hind musiqiçiləri ilə bir səhnəni paylaşacaq
|
Xanəndə 5 şəhərdə konsert verib
Xəbər verdiyimiz kimi, azərbaycanlı musiqiçilər İngiltərədə silsilə konsert proqramı ilə çıxış ediblər. Səfərdən yenicə dönən musiqiçilər təəssüratlarını bölüşdülər. Konsertin əsas iştirakçısı olan, Özbəkistanda keçirilən "Şərq təranələri" beynəlxalq müsabiqəsinin qalibi xanəndə Qoçaq Əsgərov Nyukasl, Brighton, York, London və Kurnool şəhərlərində çıxış etdiklərini bildirdi. Xatırladaq ki, konsertdə muğam qrupu və 4 nəfərdən ibarət aşıqlarımız çıxış ediblər. Qoçaq Əsgərov deyir ki, əcnəbi dinləyicilər Azərbaycan musiqisinin möhtəşəmliyini təkrar dinləmək üçün muğam ifaçılarını alqışları ilə yenidən səhnəyə qaytarıblar. Konsertin yekununda isə onlara yaxınlaşan bir neçə konsert təşkilatçısı azərbaycanlı musiqiçilərin çıxışının yenidən təşkilinə maraq göstərdiklərini bildiriblər. Həmsöhbətimin fikrincə, bu təkliflərdən ən maraqlısını dəyərləndirirlər. Əgər danışıqlar real həllini taparsa, sözügedən xanəndə və onun musiqiçi qrupu hind musiqiçiləri ilə birgə səhnəni bölüşəcəklər. Tezliklə Azərbaycan musiqisi ilə hind musiqisinin birgə improvizəsi təşkil ediləcək.
|
Oxumaq
19.11.09
|
| |
|
|
Sahibkarların Avropa İttifaqına güzəştli ixrac imkanlarına dair seminarlar başlayıb
|
Məqsəd "GSP+" proqramı ilə bağlı məlumatlandırmadır
Noyabrın 18-dən etibarən İqtisadi İnkişaf Nazirliyi Avropa İttifaqının "İqtisadi İnkişaf Nazirliyinə Dəstək Layihəsi" ilə birgə seminarlara başlayıb. "Azərbaycan sahibkarlarının Avropa İttifaqına güzəştli şərtlərlə ixrac imkanları" mövzusunda aparılan bu seminarların məqsədi "GSP+" proqramı ilə bağlı sahibkarların məlumatlandırılmasıdır. Bu barədə qəzetimizə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Qurumdan qeyd edilib ki, Azərbaycan cari ilin yanvarından etibarən Avropa İttifaqının "Ümumiləşdirilmiş Preferensiyalar Sistemi"+ Proqramına ("GSP+") qoşulub.
|
Oxumaq
19.11.09
|
| |
|
|
Ermənistan daha da korrupsiyalaşıb
|
Müxalifət növbədənkənar parlament və prezident seçkilərini tələb edir
"Dünyanın 180 ölkəsi arasında korrupsiya səviyyəsinə görə Ermənistan 125-ci yeri tutur. Ötən il bu ölkə 109-114-cü yerləri bölüşürdü". Bu barədə Ermənistanda yurnalistlərlə görüş zamanı "Transparency International" antikorrupsiya mərkəzinin icraçı direktoru Varuyan Oktanyan və mərkəzin prezidenti Amalya Kostanyan bildiriblər. Tədbirdə vurğulanıb ki, Ermənistan mənfiyə doğru irəliləyir. Amalya Kostanyanın sözlərinə görə, korrupsiyanın iqtisadiyyatda oliqarxiya, maraqların toqquşması, siyasətlə iqtisadiyyatın qarışması ilə əlaqələndirirlər. Siyasətdəki korrupsiya isə insan haqlarının tapdalanması, qanunsuz seçkilər, sosial məslələlər, ədalətli mühakimənin olmaması ilə bağlıdır.
|
Oxumaq
19.11.09
|
| |
|
|
|
|
|