|
|
Səhifələr : 1
|
"Barışıq" tıxaca dirənib
|
Türkiyə-Ermənistan protokollarının gələcəyi qaranlıq olaraq qalır
Türkiyə mətbuatında Ermənistanla imzalanan protokollar müzakirə mövzusu olaraq qalmaqdadır. Protokollarla bağlı çoxsaylı məqalələrlə çıxış edən "Milliyət" qəzetinin yazarı Sami Kohen bu dəfə "Ermənistan layihəsi dayandımı?" başlıqlı məqalə ilə çıxış edib. Onun sözlərinə görə, Türkiyə aprel ayında Cenevrədə əldə edilən ilk razılaşma ilə "Ermənistan layihəsi"ni elan edəndə bunun qısa müddətdə iki qonşu ölkə arasında normal münasibətlər yaradılmasına və sərhədlərin açılmasına səbəb olacağını zənn edənlər olmuşdu. Köşə yazarı əlavə edib ki, dünya bunu Ankara ilə Yerevan arasındakı münasibətlərin "normallaşması" prosesinin başlanğıcı hesab edir, türk diplomatiyasının bu "layihəsi"ni tarixi bir hadisə kimi alqışlayırdı: "Həqiqətən cərəyan edən proseslər çox önəmli idi; ancaq prosesin çox uzun və çətin olacağı da məlum idi. Cenevrə razılaşmasından sonra keçən ay Sürixdə imzalanan iki protokol bu uzun yolda atılan ikinci önəmli addım oldu.
|
Oxumaq
17.11.09
|
| |
|
|
|
Səhifələr : 1
|
|