Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Yenədəmi hədəfdə "Molla Nəsrəddin"di?..
İndi də özlərini "Molla Nəsrəddin"in simasında görənlər öz eyiblərini düzəltmək əvəzinə ona hücuma keçirlər

"Molla Nəsrəddin" jurnalı XX əsrin əvvəllərində Azərbaycançılıq ideologiyasının qorunması və inkişafında, xalqın milli yaddaşının üsyançı tribunası idi. Azərbaycanın vətəndaş ziyalılarını, mütərəqqi fikirli söz və ideya məsləkdaşlarını birləşdirən jurnal XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatına yeni nəsr üslubu və dil, ictimai-siyasi, ədəbi-mədəni yüksəlişə öz gəlişi ilə yeni bir intibah bəxş etmişdi. "Molla Nəsrəddin"i azadlıq, demokratiya, tərəqqi uğrunda mübarizənin bariz nümunəsi idi. Mirzə Cəlilin bu kəşfi elə ilk addım və sözündən xalqının, millətinin dərdini dərindən başa düşən və ona cəhalətdən tərəqqiyə gedən çətin yolun yolçusuna çevrilir. Bu jurnalın nəşri ilə Azərbaycan ədəbiyyatı, milli mətbuatımız tarixində jurnalistikamızın kəsərli, sadə və operativ janrı hesab olunan satirik janrı tarixə vəsiqə aldı. Xalqına, dilinə və torpağına bağlı, içində hüdudsuz sevgilər çulğalanan Mirzə Cəlilin ictimai-siyasi dövlətçilik görüşləri milli dövlət quruluşunun da mütərəqqi, sivil yolunu müəyyənləşdirirdi.

“Ey müsəlman qardaşlarım!”

"Molla Nəsrəddin"in birinci sayı 1906-ci il aprel ayının 7-də Tiflisdə çapdan çıxıb. "Molla Nəsrəddin" öz vətəndaşlarına doğma dildə bu müraciətlə başladı: "Sizi deyib gəlmişən, ey mənim müsəlman qardaşlarım. O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb bəzi bəhanələrlə məndən qaçıb gedirlər məsələn fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, qeyri vacib əməllərə..."
Mirzə Cəlil "Ey müsəlman qardaşlarım" ifadəsi ilə çox məhrəm və isti bir müraciətin arxasında böyük Azərbaycançılıq, dilinə, adət-ənənəsinə, milli məişət və əxlaqına əsil ziyalı münasibətini ortaya qoydu.
“Molla Nəsrəddin” jurnalının ilk sayının üz səhifəsində verilən şəkildə yuxuya getmiş bir dəstə müsəlman təsvir olunur. Şərqin müdrik ağsaqqallarından hesab olunan Molla Nəsrəddin onları oyatmağa çalışır. “Molla Nəsrəddin” xurafatı tənqid edirdi. Ümumilikdə Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalı müasir dünyada olan sağlam düşüncələri xurafata çevirməyi tənqid edirdi. Bu jurnal xalq üçün dünənin, bu günün, sabahın tarixini yaradırdı. “Molla Nəsrəddin” Azərbaycan xalqının əsil milli sərvəti kimi Azərbaycan xalqına mövcud həyat tərzi, dərdləri, qayğıları, milli anlayışları - elmə, maarifə, tibbə, təsərrüfata, ailə münasibətlərinə, etik və estetik normalara azərbaycanlı ziyalı mövqeyindən qiymət vermək idi.

Qeyrətli ziyalılar ordusu

"Molla Nəsrəddin" yarandığı gündən Azərbaycanın mütərəqqi dövlətçilik prinsiplərinin, Azərbaycanın zəngin milli əxlaqi dəyərlərinin nəinki təbliğatçısı, həm də müdafiəçisi kimi böyük ziyalı ordusunu öz ətrafında birləşdirirdi.
Mirzə Cəlil özü bu haqda deyirdi: "Molla Nəsrəddin mənim əziz yoldaşlarımın əsərlərinin məcmuəsidir ki, mən də onların ağsaqqalıyam". "Molla Nəsrəddin" jurnalı - onun dünyaya gəlməsində böyük maddi rolu olan, sözün əsl mənasında azərbaycanlı, vətəndaş, maarifsevər, jurnalın bütün xərcini öz üzərinə götürən Məşədi Ələsgərdən başlayaraq, Ö.F.Nemanzadə, Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Qəmküsar, M.S.Ordubadi, S.Mümtaz, M.Sabir, M.Sidqi, O.Şmerlinq, Y.Potter, Ə.Əzimzadə və başqa qeyrətli ziyalılar ordusunu öz ətrafında birləşdirmişdi. Heç şübhəsiz, bu ziyalıların fəaliyyətləri Azərbaycan xalqı, dövlətçiliyi və mədəniyyəti yaşadıqca hər birimiz üçün örnək, öyüd və güvənc yeri olaraq yaşayacaq. M.Cəlil ucalığına nəzər salmağı bacararaq, maarifə, mətbuatın inkişafına yatırım qoyaraq əvəzində özünün yox, xalqının bu yatırımdan mənfəət götürməsini ümid edirdi. O, hətta ilk aylarda "Molla Nəsrəddin"in bütöv nəşrinin xərcini öz üzərinə götürməyi özünə mənəvi borc bilirdi. Mirzə Cəlil onu hədələyən qoçular və imkanlılardan da çəkinmirdi. Özlərini "Molla Nəsrəddin" simasında görənlər öz eyiblərini düzəltmək əvəzinə dəfələrlə "Molla Nəsrəddin" redaksiyasına hücumlar edirdilər.
Jurnalın nəşrində qeyri-azərbaycanlı millətindən olan O.Şmerlinq, Y.Potter və başqalarının Azərbaycan maarifi və mədəniyyətinin inkişafında olan xidmətləri ölçüyəgəlməzdir. M.Cəlilin dərin vətəndaşlıq, ziyalı idrakı Sabirin milli qeyrət dühası ilə birləşərək Ə.Əzimzadə və ya O.Şmerlinq fırçasından həyata atılaraq milli unutqanlığa, biganəliyə, laqeydliyə üsyan kimi hayqırırdı.
"Molla Nəsrəddin" jurnalı bu gün Azərbaycançılığın təbliğində örnək olası tarixi abidəmiz hesab olunur. Çünki, hələ əsrin əvvəlində bütövlük, ideya birliyi, milli həmrəylik prinsiplərinə xidmət edən molla nəsrəddinçilər - Ordubadi, Qəmküsar, C.Məmmədquluzadə və s. onlarla bu əqidənin daşıyıcıları 1905-11-ci il milli azadlıq hərəkatlarına qoşularaq ümum Azərbaycan mənafeyinə xidmət edirdilər. Onlar çar Rusiyasının Qafqaz Azərbaycanın nə etdiyini elə İranın Cənubi Azərbaycana etdikləri ilə eyniləşdirərək bütün Azərbaycan ziyalılarını həmrəylik göstərməyə çağırırdılar. Bir tərəfdən də diqqət yayındırmaq üçün 1905-ci il Əsgəran hadisələri, erməni-müsəlman münasibətlərinin tüğyanına dürüst qiymət vermək, səfərbər olmaq, köməyə çatmaq, ideyasında Azərbaycan mollanəsrəddinçiləri xalqı oraya üz tutmağa çağırırdı. Bütün bu ictimai proseslərdən mollanəsrəddinçilər tarixdə örnək olası nəsihətlər və ideyalar sisteminin müəllifləri kimi yaşayacaqlar. Molla Nəsrəddin millətin tərəqqisi, maarif problemini millətlər arasında ucada dayanmaq, söz, mənsəb sahibi olmaq əqidəsi və qeyrəti ilə fəaliyyət göstərirdi. Jurnal İran, Türkiyə, Misir, Hindistan, Mərakeş kimi ölkələrə də yayılaraq orada yaşayan xalqların sosial-mədəni tərəqqisinə müsbət təsir göstərib.

 “Molla Nəsrəddin” dünyanı dolaşır

Dünyanın ən sanballı jurnallarından olan «The New Yorker»də “Molla Nəsrəddin” jurnalına həsr olunan «Demək olar dünyanı dəyişmiş jurnal» adlı məqalə çap olunub. Məqalə müəllifi Elizabeth Minkel «Molla Nəsrəddin» jurnallarından ibarət kitabın necə böyük təsir gücünə malik olduğunu göstərmək üçün yazır:  «Evimə gələnlərin hamısı kitabın parlaq narıncı cildini görən kimi götürüb baxır və təxminən 20 dəqiqəliyinə kitab «yoxa çıxırdı». Həmin adamların hamısı kitabı gözdən keçirəndən sonra ev yiyəsindən «Kitabı oxumaq üçün apara bilərəmmi?» – deyə soruşub.
Müəllif «Molla Nəsrəddin» karikaturalarından ibarət olan və ingiliscə buraxılan kitabı haqda daha sonra yazır: «Kitabı mənə verəndə bilmədim ki, harasından başlayım. Bu, 200 nəhəng, parıltılı səhifədən ibarət kitabda gözəl, amma mənim üçün tamamilə yad olan, dərhal müəyyənləşdirə bilmədiyim yer  və dövrün kişi və qadınlarının əks olunduğu illüstrasiyalar vardı”. Minkel qeyd edir ki, kitabla ilk tanışlığı Bakıda – Qız qalasına yaxın bukinistdə başlayıb. «Molla Nəsrəddin» jurnallarının toplandığı kitab öz ölçüsü, çəkisi, çap keyfiyyəti və parlaq rəngləri ilə sovet dövrünün boz kitab yığını arasında seçilirmiş.
«Molla Nəsrəddin»in 20-ci yüzilliyin ilk 30 ilində çap edilmiş satirik jurnal olduğunu, «Mərkeşdən İrana qədər oxunduğunu», Mərkəzi Asiyanın müştərək obrazı olan Molla Nəsrəddin obrazının jurnal üçün ümumiləşdirilmiş surətə çevrildiyini yazan müəllif jurnaldakı karikatura və məlumatların bölgənin həyatı və ənənələri haqda dolğun təsəvvür yaratdığını qeyd edir.  Məqalə müəllifinin fikrincə, «Molla Nəsrəddin»in fəaliyyəti bir sıra mənalarda inqilabi idi. Regionda söz azadlığına xüsusi bir hörmətin nümayiş etdirilmədiyi dövrdə jurnalın yazarları cəsarətlə siyasəti, dini mövzularda satirik yazılar yazır, müstəmləkəçiliyi, cəhaləti, qadın hüquqsuzluğunu hədəfə alırdılar.
Elizabeth Minkel bölgədə əhalinin çox hissəsinin savadsız olduğu bir dövrdə jurnalın karikatura və şəkilaltı sözlərdən istifadə etmək seçimini «diqqətli və ağıllı addım» adlandırır. Müəllif məqalələrin jurnalın ən maraqlı hissələri olduğunu da qeyd edib.
Məqalədə xüsusi olaraq qeyd olunub ki, jurnal «Slavs and tatars» adlanan beynəlxalq müzakirə qrupunun da diqqətini cəlb edib. Bu qrupun keçirdiyi diskussiyalarda məqsəd kiçik xalqların baxış bucağını da dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Belə ki, dünyanın bir sıra media orqanları və mədəniyyət qurumlarını əhatə edən həmin diskussiya qrupu «Molla Nəsrəddin»i  növbəti müzakirə obyekti olaraq seçib. Artıq Dubaydakı kitab yarmarkasında və başqa yerlərdə kitabın təqdimatı keçirilib, onun yazdığı problemlər haqda insanlara məlumat verilib. “Molla Nəsrəddin” bəlkə də təkcə Şərqdə deyil bütün dünyada yeganə jurnaldır ki, onun səhifələrində qoyulan mövzular özünün aktuallığını, müasirliyini bu gün də qoruyub saxlayır. Əsrlər keçsə də “Molla Nəsrəddin”in dini xurafata, mövhumata qarşı, xalqın maariflənməsi uğrunda  mübarizəsi öz əhəmiyyətini itirməyəcək və jurnaldakı mövzular həmişə müzakirə mövzusu olacaq.


Təranə Məhərrəmova
Material KİVDF-nin dəstəklədiyi layihə çərçivəsində hazırlanıb.
+  -  Çap 
Yerləşdirilib: 04.06.11 | Baxılıb: 537

19.05.12
Qatarda
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •