Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Bin Ladendən sonrakı dünya
Politoloqlar «Əl-Qaidə» liderinin öldürülməsinin terrorun sonu olmadığı qənaətindədirlər

«Əl-Qaidə» terror təşkilatının lideri Üsamə Bin Ladenin öldürülməsini dünya gündəmində müzakirə olunan başlıca mövzudur. Hadisə Amerikanın terrorizm üzərində böyük qələbəsi kimi qələmə verilir. Amma bu da sirr deyil ki, əslində Bin Laden bir simvol idi. O, hələ kiçik Corc Buşun prezidentliyi dönəmindən ABŞ dövlətinin xarici siyasətinin əsas elementinə çevrilmişdir. Amerika məhz onun fəaliyyətini əsas gətirərək Əfqanıstana, İraqa hərbi müdaxilə etmişdir. Təbii olaraq sual yaranır: bəs görəsən dünya Bin Ladeinin ölümündən sonra necə olacaq? ABŞ hərbi sənayesi yeni dövrdə kimi hədəf seçib qurban edəcək? Bəziləri Bin Ladenin ölümünü bu baxımdan beynəlxalq münasibətlər sisteminin yeni mərhələsinin başlanğıcı kimi qələmə verirlər. Bəs görəsən azərbaycanlı politoloqlar bu barədə nə düşünürlər? Politoloq Fikrət Sadıqov hesab edir ki, kimin nə deməsindən asılı olmayaraq, Bin Ladenin öldürülməsi ABŞ-ın çox böyük uğurudur. Amma bu heç də o demək deyil ki, ABŞ terrorun sonuna çıxıb, uzun müddətdir mübarizə apardığı düşməni tamamilə yoxa çıxıb: «Sirr deyil ki, Bin Laden son zamanlar simvolik liderə çevrilmişdi. O, nə hərbi əməliyyatlara rəhbərlik edirdi, nə də ki, əməliyyatlarda iştirak edirdi. O, sadəcə olaraq bir simvola çevrilmişdi. Bu baxımdan, mən düşünmürəm ki, simvolun öldürülməsindən sonra hər şey qaydasına düşəcək». Bütün bunları nəzərə alan politoloq hesab edir ki, Bin Ladenin ölümü beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklərə səbəb olmayacaq. ABŞ yenə də terrorizmə qarşı mübarizəni bütün gücü ilə davam etdirəcək. Politoloq Elman Nəsirov da hesab edir ki, Bin Ladenin öldürülməsi beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklərə səbəb olmayacaq. Onun sözlərinə görə, onsuz da 11 sentyabr hadisələrindən keçən 10 il ərzində Bin Ladenin rəhbərlik etdiyi «Əl-Qaidə» terror təşkilatı ciddi terror aksiyaları həyata keçirə bilməyib. Bin Laden də ötən 10 il ərzində faktiki olaraq simvolik liderə çevrilib. Onu simvolik olaraq «1 nömrəli terrorçu» adlandırıblar: «Belə olan təqdirdə Bin Ladenin öldürülməsi qarşıdakı dönəmdə terrorizmin bir qədər də şiddətlənməsinə səbəb olacaq. Yaxın müddətdə ABŞ-a, onun vətəndaşlarına, hərbi və mülki obyektlərinə qarşı terror aksiyalarının törədilməsi mümkündür. Artıq bununla bağlı xəbərdarlıqlar edilib. Eyni zamanda, Bin Laden Pakistan ərazisində qətlə yetirildiyindən «Əl-Qaidə» buna görə bu ölkənin rəhbərliyini də ABŞ-a kömək etməkdə ittiham edir. Buna görə də təşkilat Pakistan rəhbərliyindən qisas ala bilər». E.Nəsirovun fikrincə, bir müddətdən sonra isə terror dalğasının bir qədər səngiyəcəyi müşahidə olunacaq. Bu müddət ərzində «Əl-Qaidə»nin yeni liderləri gündəmə gələcək. Müsahibimizin sözlərinə görə, hələ Bin Laden öldürülməmişdən öncə bu liderlərin gündəmə gətirilməsi istiqamətində müəyyən işlər görülüb: «Bu gün terror XXI əsrin bəlası hesab olunur. Amma onu doğuran səbəblərlə deyil, nəticə ilə mübarizə aparılır. ABŞ Bin Ladenlə mübarizə aparırdı, amma onları gündəmə gətirən şəraitlə yox. Yaddan çıxarmaq lazım deyil ki, terrorizm bir ideologiyadır, maddi deyil. İdeoloji bir şeyi isə bombalamaqla məhv etmək mümkün deyil. Bu gün Bin Laden öldürülsə də, terroru yaradan səbəblər aradan qaldırılmasa, sabah yeni bin ladenlər peyda olacaq». Politoloq Tofiq Abbasov isə hesab edir ki, Üsamə bin Laden daim ABŞ-a xidmət edib. Onun özü və təşkilatı Birləşmiş Ştatlara özünün “dünya terrorçuluğu ilə mübarizə” adına çevrilmiş geosiyasi məqsədlərini həyata keçirmək imkanı verirdi. Onun məhv edildiyini bəyan etmək isə Vaşinqtona həm dünya ictimaiyyətinə, həm də amerikalı vergi ödəyicilərinə çoxillik “dünya terrorçuluğu ilə mübarizə”nin bəhrəsini nümayiş etdirmək cəhdi ola bilər: «Bundan başqa, hətta Üsamə bin Ladenin məhv edilməsi “dünya terrorçuluğu ilə mübarizə”nin başa çatması barədə fikir doğurmur. Axı, “Əl-Qaidə” şaxələndirilmiş şəbəkə şəklində mövcuddur. Deməli, bu təşkilatla gələcək mübarizə üçün geniş meydan var. Amma artıq onun yeni lideri ilə». 
T.Abbasov hesab edir ki, həm Üsamə bin Laden, həm də “Əl-Qaidə” ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əlaltısıdır. Amerikalılar bu təşkilatı yaratmaqla SSRİ-nin çökməsindən və Şərq-Qərb istiqamətindəki qarşıdurmanın yoxluğa məhkum olunmasından sonra “sadiq olmayan qüvvələr”ə qarşı yeni bir cəbhə təyin ediblər: «Bu yeni “düşmən” ilə mübarizənin köməyi ilə ABŞ özünün onların milli maraqlarına cavab verən məqsədlərini həll edir. Bu yaxınlarda, məsələn, Cənubi Amerikada “Əl-Qaidə”nin hər hansı bir özəyinin meydana gəlməsi barədə informasiya yayılsa, mən, şəxsən təəccüb etmərəm. Axı, biz dünyanın bu və ya digər bir ölkəsində baş verən terror aktlarının asan və sadə şəkildə “Əl-Qaidə”nin regional bölmələrinə doğru yönəldildiyinin dəfələrlə şahidi olmuşuq».
İlham QULİYEV
+  -  Çap 
Yerləşdirilib: 04.05.11 | Baxılıb: 556

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •