Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Müxalifətin mitinq mövsumu başa çatdı
İctimai Palatada təmsil olunanlar xalqdan heç bir dəstək almadıqlarını əyani şəkildə gördükdən sonra taktikanı dəyişmək qərarı veriblər

Azərbaycan müxalifətinin növbəti mitinqlər dalğası səngidi. Aprelin 17-dəki baş tutmayan aksiyadan sonra müxalifət düşərgəsində qüvvələrin bir daha qiymətləndirilməsi aparılıb və növbəti mitinqin təyin edilməsi ilə bağlı tərəddüdlər yaranıb. Müxalifət liderləri baş tutmayan aksiyadan sonra kütləvi aksiyaların davam etdiriləcəyini bildirsələr də, sonrakı dövrdə özlərini reallığa uyğun aparmağa, axına qarşı getməməyə qərar veriblər. İctimai Palatanın son toplantısında da Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli növbəti mitinqin vaxtının təyin edilməsi ilə bağlı təklif irəli sürsə də, onun bu istəyi dəstək qazanmayıb. Palatanın əksər üzvləri mayın 15-ə növbəti mitinqin təyin edilməsinin əleyhinə çıxış ediblər. İndi İctimai Palata inqilab xülyasından vaz keçib, daha çox təşkilatlanmaya diqqət ayırmaq qərarına gəlib.

Bununla da müxalifət növbəti icazəsiz mitinq keçirmək qərarından daşınıb. Bu, müxalifətin növbəti mənasız mitinqlər dalğasının geridə qaldığını deməyə əsas verir.
Təbii ki, İctimai Palata bu qərarı asanlıqla verməyib. Məlum olduğu kimi, ərəb ölkələrindəki inqilablardan sonra Azərbaycan müxalifətinin radikal qanadı da həvəslənərək ölkədə kütləvi etirazlar təşkil etmək niyyətində idi. Bununla bağlı geniş təbliğat işi aparılır, bütün resurslar səfərbər edilirdi. Amma həm aprelin 2-də, həm də 17-də təyin edilən aksiyalar göstərdi ki, ərəb ölkələrindəki proseslərin Azərbaycanda təkrarlanması mümkünsüzdür. Bunu əsas tutan İctimai Palatanın hərəkətverici qüvvələri taktikanı dəyişməyi məqsədəuyğun sayıblar.
Bununla bərabər müxalifət son proseslərin gedişində xalqdan heç bir dəstək almadığını da müəyyənləşdirdi. Məlum oldu ki, müxalifətin tələbləri xalq tərəfindən dəstək almır. Azərbaycan xalqı indiki hakimiyyətin dövlətçiliyin möhkəmləndirilməsi istiqamətindəki səylərini dəstəkləyir və ölkədəki inkişaf prosesinin davam etdirilməsini istəyir.
Müxalifəti mitinqlər hərəkatından vaz keçməyə vadar edən digər faktorlar da oldu. Məlum olduğu kimi, Azərbaycan müxalifətinin radikal qanadı öz fəaliyyətini daha çox xaricdən gələn sifarişlər əsasında qurur. Mart və aprel aylarındakı fəallaşma zamanı da hərəkatın əsas faktoru kimi xarici dəstək önə çəkilirdi. Buna misal olaraq 2 aprel aksiyasından sonra ABŞ və Avropa ölkələrini təmsil edən 20 ölkənin səfirlərinin Müsavat Partiyasının qərargahına gələrək burada İctimai Palatanın rəhbərləri ilə görüşlər keçirmələri göstərilirdi.
Amma aprelin 17-ə təyin edilən aksiyanın tamamilə iflasa uğraması xarici güclərin də radikal müxalifətdən ümidini üzməsi ilə nəticələndi. Bununla da xaricdəki sifarişçilər də növbəti mitinqin təyinin müxalifətin intiharı olacağını anlamağa başladılar. Bunu nəzərə alan İctimai Palata da yeni aksiyanın təyin edilməsindən vaz keçdi.
Son proseslər yaradılışında hakimiyyətə alternativ qüvvə kimi qələmə verilən İctimai Palatanın da real dayaqlara malik olmadığını göstərdi. 17 aprel aksiyasından sonra Milli İstiqlal Partiyası qurumu tərk etdi, bunun ardınca İctimai Palata daxilində AXCP və Müsavat arasında gərginlik müşahidə olundu. Təsadüfü deyil ki,  İctimai Palatanın son toplantısında növbəti mitinqin təyin edilməsi ilə bağlı təklif verən Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli  istəyinin qəbul edilməməsində AXCP-ni günahlandırıb. O, mətbuata açıqlamasında açıq şəkildə bildirib ki, İctimai Palatanın sessiyada AXCP-dən olan funksionerlərin, o cümlədən Fuad Qəhrəmanlı və Nurəddin Məmmədlinin mitinqin əleyhinə açıq çıxışları olub: «Təklifimin keçməməsi mətbuatda AXCP-nin Rəyasət Heyəti ilə bağlı yazılan xəbərin doğru olduğunu göstərdi. Mətbuat yazmışdı ki, AXCP Rəyasət Heyəti mitinqlərin keçirilməsi ilə bağlı qərarların əleyhinə səs verəcək, bununla bağlı müvafiq qərar qəbul edilib. Düzdür, Fuad Qəhrəmanlı sonradan mətbuata açıqlamasında bu xəbəri təkzib etdi və dedi ki, AXCP mitinqlərə daha yaxşı hazırlaşmaq haqqında qərar verib. Amma İctimai Palatanın sessiyası onu göstərdi ki, əslində xəbər doğru imiş, yəni, həqiqətən də AXCP Rəyasət Heyətində mitinqin əleyhinə səs verməklə bağlı qərar qəbul olunubmuş».
M.Hacıbəylinin sözlərinə görə, İctimai Palatanın sessiyasında mayın 15-nə mitinq təyin olunması ilə bağlı təklifin əleyhinə AXCP-dən olan şəxslər səs veriblər: “Növbəti mitinqin vaxtının təyin olunmaması cəmiyyətdə İctimai Palatanın, müxalifətin geri çəkilməsi rəyini formalaşdıracaq. Bu isə İctimai Palataya ciddi zərbədir. Təəssüf ki, AXCP Rəyasət Heyətinin qərarının İctimai Palatanın sessiyasında mitinqlə bağlı yekun qərarına ciddi təsiri oldu”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə deyib ki, M.Hacıbəyli məsələni şərh edərkən ciddi yanlışlığa və qeyri-etikliyə yol verib: “İctimai Palatanın üzvləri qurumun qərarlarına hörmətlə yanaşsalar, daha doğru olar. Qərar qəbul olunarkən, müzakirələr aparılıbsa, sonradan həmin qərarlara qarşı əks kampaniya aparmaq, siyasi etika baxımdan o qədər də doğru olmayan davranışdır”.
Göründüyü kimi, artıq AXCP və Müsavatın funksionerləri arasında söz dueli başlayıb. Bu, əslində günahın başqasının üzərinə atılması taktikası kimi də qiymətləndirilə bilər. Həm AXCP, həm də Müsavat rəhbərliyi növbəti mərhələ üçün özlərini təmizə çıxarmaq üçün indidən əsas hazırlamağa çalışırlar. Bu isə palata daxilindəki qüvvələrin münasibətlərinin nə qədər qeyri-sağlam olduğunu göstərir. Bu cür münasibətlər isə qurumu əvvəl-axır dağılmağa məhkum edəcək. Müxalifətin bundan əvvəlki kollektiv qurumları kimi….

F.Qəhrəmanlı
+  -  Çap 
Yerləşdirilib: 03.05.11 | Baxılıb: 530

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •