Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Siciliya mafiyası "baytar"sız qaldı
Koza nostranın ikinci şəxsi tutulub

İtaliyanın hakimiyyət orqanları koza nostra iyerarxiyasında ikinci şəxs olan və 15 il axtarışda olan Domeniko Rakkulyini həbs etməyə müvəffəq olub. Siciliya mafiyasının ələkeçməz lideri barəsində qiyabi olaraq üç dəfə ömürlük həbs cəzası kəsilib. 45 yaşlı Domeniko Rakkulyini Kalatafimi şəhərciyində həbs edilib. Onun həbsi barədə məlumatı ilk olaraq karabinerlərin xüsusi təyinatlıların rəhbəri Mario Binyoni verib.
Əhalisinin sayı təqribən 8 min olan şəhərcikdə həbs edilən mafiya lideri müqavimət göstərməyib. Halbuki onun avtomat silahı və tapançası olub. Onun həbsinə 55 polis əməkdaşı cəlb edilib. Xüsusi təyinatlılar iki qrupa bölünərək, evi mühasirəyə alıblar. Balkondan qaçıb getmək istəyən mafiya liderinin kirayələdiyi evdən xeyli saxta sənəd və 100 min avro aşkarlanıb. "Kommersant" yazır ki, İtaliyanın daxili işlər naziri Roberto Maroni "iki nömrəli terrorçu"nun həbsini son illər İtaliya mafiyasına vurulan ən böyük zərbə adlandırıb. Siciliyanın mərkəzi şəhəri Palermonun prokuroru Antonio İnqroyya isə Rakkulyinini Siciliya mafiyasının "parlayan ulduzu" adlandırıb və onu ən təhlükəli cinayətkarların siyahısına daxil edib. Bu şəxs çoxsaylı qətllərdə və insan oğurluğunda günahkar bilinib. Onun ən gurultulu işi mafiya başçılarından birinin 14 yaşlı oğlunu girov götürməsi və sonradan vəhşicəsinə öldürülməsi faktıdır. İnsident 1993-cü ildə baş verib. Düşmənlərində qorxu yaradan bu şəxs heyvanlara qeyri-adi bağlılığı ilə də çıxarıb və bu səbəbdən də ona "baytar" ləqəbi veriblər.
Beləliklə, İtaliya mafiyasının həyatında ağır dövrlər başlayır. Müşahidəçilərin qənaətincə, Rakkulyininin həbsi cinayətkar qruplaşmalar üçün çox ciddi itkidir. Ümümiyyətlə, son aylar İtaliya mafiyası çox ciddi itkilərlə üz-üzə qalıb. Mafiya isə onun həbsindən sonra yeni lider seçimi qarşısında qalacaq. Məşh həmin şəxs mafiyanın İtaliya cəmiyyətindəki əvvəlki mövqeyini bərpa etməli olacaq. Bir faktı da qeyd edək ki, güc strukturları tək altı ay ərzində mafiyanın 3,5 min üzvünü zərərsizləşdirməyə müvəffəq olub. Onlardan 15-i rəhbər strukturlarda təmsil olunub. Əsas məsələ odur ki, həbs edilən Rakkulyini mafiyanın əfsanəvi lideri Covanni Bruskinin tələbəsi olub. Məhz sonuncu Siciliya mafiyasının müxtəlif qruplaşmalarını birləşdirməyə və ona əvvəlki qüdrəti gətirməyə müvəffəq olub. Mafiya ilə mübarizəni özünün amalı hesab edən İtaliyanın qeyri-hökumət "Libera" təşkilatının rəhbəri Umberto di Madco hesab edir ki, artıq koza nostra qarşısında daha "avtoritet" liderin seçilməsi problemi duracaq. Lakin bu işi həyata keçirmək elə də asan olmayacaq.
+  -  Çap 
Yerləşdirilib: 18.11.09 | Baxılıb: 408

ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •