Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Ermənilər İranda fəal və şən həyat sürürlər
Sarkisyan Tehrana növbəti səfərində də isti qarşılanıb

İşğalçı Ermənistanla İran arasında münasibətlər günbəgün genişlənir. Daima müsəlman həmrəyliyindən dəm vuran İran Azərbaycan torpaqlarını işğal altında saxlayan və 1 milyondan artıq soydaşımızın ev-eşiyindən didərgin düşməsinə səbəb olan Ermənistanla sıx münasibətlər qurmaqdadır. Belə ki, bazar günü Ermənistan prezidenti Serj Sarkisyan İran prezidentinin dəvəti ilə martın 27-də işçi səfərlə Tehrana gəlib.
Novruz şənliyinə qatılmaq üçün İrana səfər edən Ermənistan prezidenti bir sıra rəsmi görüşlər keçirdikdən sonra Tehranın “Vəhdət” sarayında keçirilən mərasimdə çıxış edib. Serj Sarkisyan deyib ki, Novruz bayramı insanla təbiət arasında həmahənglik yaradır, insanlar arasındakı telləri möhkəmləndirir, onların sülh və əmin-amanlıq içində yaşamasına yardım edir: “Təbiətdə yazın gəlişi ilə bağlı keçirilən Novruz bayramı mərasimlərinin bölgə xalqlarının mədəniyyətində, o sıradan da qədim tarixi olan İranla Ermənistanın mədəniyyətlərində dərin kökü var. Bu mərasimlər iki xalqı (İran, Ermənistan) birləşdirən və onları bir-birinə bağlayan amillərdəndir. Mədəniyyət sahəsindəki bu yaxınlıq və ortaqlıqlar, eləcə də ermənilərin İranda fəal və şən həyat sürməsi Ermənistan-İran əlaqələrinin çiçəklənərək inkişaf etməsində mühüm rol oynayıb. Bu gün İran İslam Respublikası ilə Ermənistan arasındakı münasibətlər elə bir mərhələyə gəlib çatıb ki, bu əlaqələr bölgə və dünyanın digər xalqlarına nümunə sayıla bilər”.
Maraqlıdır ki, Ermənistanda prezident Sarkisyanın İrana səfərinin zəruriliyi məsələsi ziddiyyətli mülahizələrə səbəb olub. Düzdür, Sarkisyanın səfəri Ermənistanın İslam dininə, islam dövlətinə tolerantlığını nümayiş etdirmək imkanı kimi qələmə verilsə də, digər tərəfdən, bu səfər İranı dünya təhlükəsizliyi üçün təhdid hesab edən Ermənistanın partnyorlarını əsəbiləşdirə bilər. Lakin görünür, dünya birliyi Ermənistanın iqtisadi-sosial vəziyyətini də nəzərə alır. Bu günlərdə Avropa parlamenti üzvlərinin suallarına cavab verən Ermənistanın baş naziri Tiqran Sarkisyan deyib ki, İrana qarşı beynəlxalq sanksiyalar Ermənistana da toxunur. Və İrana qarşı sanksiyalar Gürcüstana inhisarçı imtiyazlarından istifadə etmək imkanını verir. Ermənistanla İran arasında nəhəng layihələr planlaşdırıldığı elan edilir. Lakin onların əksəriyyəti müxtəlif səbəblərə görə kağız üzərində qalır. Son 10 il ərzində bu layihələr üzrə sərhəd üstündə körpü tikilib və İran-Ermənistan qaz kəməri çəkilib. Lakin bu kəmərlə Ermənistana yanacaq ötürülüb-ötürülmədiyi və onun həcmi haqqında ağlabatan bir məlumat yoxdur. Növbədə 100 milyon dollar dəyərləndirilən neft kəməridir. Ermənistan inşaat işlərinin bu ilin sonunda başlanacağını və iki il ərzində başa çatdırılacağını bildirir. Daha bir layihə üzrə – Təbrizdən Ermənistan sərhədinədək çəkiləcək 550 kilometrlik avtomagistralın tikintisi üçün - İran tərəfi artıq 60 milyon dollar ayırıb. Layihənin ümumi dəyəri 1,5 milyard dollar təşkil etdiyi bildirilir. İki il bundan əvvəl Yerevan Asiya bankı ilə 500 milyon dollar həcmində kredit haqqında müqavilə imzalayıb. Lakin layihənin nə zaman gerçəkləşdiriləcəyi məlum deyil. İran-Ermənistan dəmir yoluna gəldikdə, hələ ötən il Rusiya tərəfi layihənin texniki tapşırığı üzərində işi başa çatdırıb, lakin hələlik investor tapılmayıb.
İranla Ermənistan arasında turizm sahəsində də çox ciddi əməkdaşlıq var. Hər il mart ayının sonları turizm sahəsi üçün sınaq dövrünə çevrilir. Çünki ilin bu dövründə Ermənistana səyahətə gələnlərin sayı qat-qat artır. İran İslam Respublikasının minlərlə vətəndaşı Novruz bayramı tətillərini Ermənistanda keçirir. Bunun əsas səbəbləri odur ki, Ermənistana viza almaq asandır. Yerevanın iranlı qonaqları deyirlər ki, Novruz bayramı münasibətilə onlar iki həftə işləmirlər. Və ölkə vətəndaşlarının bir çoxu bayram tətilini xaricdə keçirməyə üstünlük verir. Ermənistan İctimai Radiosunun İran bölməsinin baş redaktoru Tiqran Davtyan deyir ki, keçən il İrandan Ermənistana gələn 20 minə yaxın turist yalnız Novruz bayramı günləri 20 milyon dollar xərcləyib. Bu il turistlərin sayı daha çoxdur: “Bu gün kimsə Ermənistanda otaq kirayə etmək istəsə, gecəsi 150 dollardır. Heç bir mehmanxanada yer yoxdur. İdman-konsert kompleksində konsertə bilet 70 dollardır. 8 fars müğənni gəlib. 8 dəfə 70 - görün, nə qədər eləyir. Bunu tək konsertə xərcləyirlər. Hələ nə qədər də restoranlarda xərcləyirlər”.
Lakin iranlıları erməni avtomüfəttişləri əməlli-başlı əsəbiləşdirir. Polis tranzit nömrələri görən kimi maşını saxlayır. «Mənasız tələblər irəli sürür. Məsələn, deyir, təhlükəsizlik kəmərini əyri bağlayıbsan. O gün də heç bir səbəbsiz saxlayıb, 5 min dram alıb, yola saldılar” - deyə İran vətəndaşı bildirir. İranlı turistlər xidmət səviyyəsindən, yerli satıcılardan, taksi sürücülərindən də gileylənirlər.

Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 29.03.11 | Baxılıb: 577

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •