Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Gender Birliyi
Avropa Birliyinin prezidenti də, xarici işlər naziri də qadın ola bilər

Avropa Birliyinə prezidentlik uğrunda mübarizədə yeni namizəd peyda olub. Bu, Latviyanın keçmiş prezidenti Vayre Vike Freyberqdir. Buna qədər prezidentlik uğrunda yarışda daha çox Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerin şansı yüksək qiymətləndirilirdi. Ancaq namizədlərin sayı artdıqca Bleyerin şansı xeyli azalır. Beləliklə, Avropa Birliyinin prezidentliyi uğrunda yarışda 5 namizəd iştirak edir, bunlardan 4-ü kişi, 1-i qadındır. Avropa Siyasi Araşdırmalar Mərkəzinini analitiki Petr Kaçinski Latviyanın eks-prezidentinin kişi namizədlərlə mübarizədə şansının az olmadığı qənaətindədir: "Vayre Vike Freyberq danışıqlarda güclü xanım siyasətçi kimi özünü göstərib, xarici dilləri mükəmməl bilir, liderlik xüsusiyyətinə malikdir, ən əsası - Avropa Birliyinin siyasi dairələrində nüfuz sahibidir". Avropa Birliyinin xarici işlər naziri uğrunda yarışa da yeni namizədlər qatılıb. Bu, Avstriyanın keçmiş xarici işlər naziri Ursula Plasnik və Yunanıstanın təhsil naziri və keçmişdə Avropa Birliyinin komissarı vəzifəsində çalışmış Anna Diamantopuludur. Göründüyü kimi, xarici işlər naziri postu uğrunda mübarizəyə də iki xanım namizəd qatılıb. Bəzi ekspertlər bu amili Avropada gender balansının qorunmasıyla izah edirlər. Yəni Avropa Birliyi ölkələri qadınlara verdiyi önəmə əməldə də riayət etməli, hakimiyyəti zərif cinsin nümayəndələriylə bölüşməlidirlər. Hazırda Avropa Birliyinin 27 komissarı arasında 3 qadın var.
Yeri gəlmişkən, Avropanın ümumi ordusunun yaradılması təklifi ortaya atılıb. Bunu İtaliyanın xarici işlər naziri Franko Frattini açıqlayıb. O, bu yeni təkliflə Avropa Birliyinin noyabrda keçiriləcək sammitində çıxış edəcəyini deyib. İtaliyalı nazirin sözlərinə görə, Lissabon müqaviləsinin qüvvəyə minməsi Avropa Birliyi ölkələrinin hərbi qüvvələrini birləşdirməsi zərurətini artırıb. Gömrük maneələrinin ortadan qaldırılması və avroya keçidlə Avropada inteqrasiyanın sürətləndiyini deyən F.Frattini bu prosesin ümumi müdafiə siyasətinin formalaşdırılmasına yol açdığını vurğulayıb. İtaliyanın xarici işlər naziri istəyini belə əsaslandırıb: "ABŞ və Çin böyük ikiliyi formalaşdırarlarsa, bu, yeni strateyi birliyin yaranmasına yol açacaq. Yəni Atlantik birliyi Sakit okean birliyi ilə əvəz edilə bilər. Bu halda Avropa Birliyinin oyundankənar vəziyyətə düşəcəyi ehtimalı böyükdür. Ona görə də Avropa Birliyi bütün imkanlarını səfərbər edərək bir güc şəklində ortaya çıxmalıdır. Yalnız onda Avropa Birliyi ilə hesablaşa bilərlər".


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 17.11.09 | Baxılıb: 286

ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •