Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
“Neftçi” xal fərqini artırdı
“Xəzər Lənkəran" gözlənilmədən xal itirdi

Premyer Liqada final - "altılıq" mərhələsinin ilk turu artıq arxada qaldı. Birinci oyun günündə hər iki "altılıq"larda bir qarşılaşma keçirildi. Final mərhələsi elitada qalmaq uğrunda mübarizə aparan ikinci "altılıq" komandaları - "Simurq" və "Muğan" arasındakı duellə start götürdü. Salyan klubu "Simurq"u 3:1 hesabı ilə məğlub etdi. Digər matçı isə yetərincə prinsipial və vacib qarşılaşma idi. Hər halda, ilk "altılıq"da yer alan və medallar uğrunda mübarizə aparan "Qarabağ"la "İnter" həm də turnir cədvəlində qonşudur. Çempionluğa çalışan tərəflər təsnifat mərhələsində hərəyə bir qələbə qazanmışdı. Həm "bankirlər", həm də ağdamlılar doğma meydanda minimal hesablı qələbəyə sevinmişdi. İndi isə qələbə qazanan tərəf ikiqat üstünlüyə yiyələnəcəkdi. Bu üstünlüyü isə "Qarabağ" özü üçün təmin etdi. Beləliklə, Qurban Qurbanovun komandasının çempionluğun gizli favoriti olması barədə proqnozlar özünü doğrultmaqdadır.

Bazar günü keçirilən oyunlara gəlincə, sözsüz ki, heç kim "Xəzər Lənkəran"ın AZAL-la oyunda xal itirəcəyini gözləmirdi. Amma özündənrazı Rednikə bu məğlubiyyət dərs olmalıdır. Sözsüz ki, növbəti turda "Xəzər Lənkəran"la qarşılaşacaq "Neftçi" əzəli rəqibinin xalsız qalmasından maksimum yararlanmalıydı. Belədə bakılılar səfərə rahat yollanacaqdı. Belə də oldu: "Neftçi" "Bakı"nı Flavinyonun vurduğu qolla keçdi.
Bakı - Neftçi (Bakı) 0:1 (0:1)
Flavinyo, 8. Aleksandr Starkov: "Doğrudur, artıq hər xal olduqca qiymətlidir. Nəticəyə baxmayaraq, komandanın normal çıxış etdiyini düşünürəm. Birinci hissədən fərqli, fasilədən sonra üstünlüyümüz vardı. Sözsüz, belə güclü rəqiblərlə matçlarda qol vurub qapının toxunulmazlığını qorumaq əsas şərtdir. Bununla belə, yetirmələrimə işgüzar, keyfiyyətli oyun nümayiş etdirdiyinə görə minnətdarlıq etmək istəyirəm. Məğlubiyyətdən sonra hər şey demək olar. Bizim tapşırığımız, məqsədimiz bəllidir. Hər oyuna qələbə üçün çıxırıq. İndidən fikrimizi ancaq kuboka yönəldəcəyimizi deyə bilmərəm. Növbəti görüşümüz cümə günü "İnter"ə qarşıdı, artıq bu oyuna hazırlaşmalıyıq".
Arif Əsədov: "Final mərhələsində ilk oyunumuza çıxırdıq. Bilirsiz ki, ilk qarşılaşmalar həmişə gərgin keçir. Gözlədiyimiz kimi də oldu, hər iki komanda meydanda sona kimi mübarizə apardı. Çempionluq yolunda daha da irəliləmək üçün qələbə bizə çox vacib idi. Komandamın çıxışından razıyam. Bəlkə də azarkeşlər gözəl oyun izləyə bilmədi. İlk "6-lıq"da keçirilən görüşlərdə ən önəmlisi nəticəyə oynamaqdı. Biz daha çox bu məqsədə xidmət etməyə çalışırıq. İstəyimizə çatdıq və hesabı qoruya bildik. Yeri gəlmişkən, oyundan öncə Mitreskinin övladı dünyaya gəldiyindən komanda qələbəni ona həsr etdi. Rəqib gözəl futbol sərgilədi, onlara növbəti görüşlərdə uğurlar arzulayıram. Açığı, matçdan əvvəl "Xəzər Lənkəran"ın uduzduğunu futbolçulara deməmişdik, ola bilər, onlar hardansa öyrənmişdi. Bununla belə, rahatlaşmadığımızı düşünürəm. Rəşad Abdullayevi əvəzləməyimə gəlincə, onun zəif çıxış etməsindən söhbət getməməlidir. Bu, sadəcə, taktiki gediş idi. Komandaya "yenə nəfəs" vermək istəyirdim".
AZAL (Bakı) - Xəzər Lənkəran 1:0 (0:0) E.Krastovçev, 76.
Nazim Süleymanov: "Qarşılaşmadan öncə yetirmələrimin mətbuata "nə vaxta kimi "Xəzər Lənkəran"a məğlub olacağıq, qələbə qazanmaq vaxtıdır" açıqlamasına, sözün düzü, sevinmişdim. Özünüz də bilirsiniz ki, "Xəzər Lənkəran" hazırda ölkəmizdə ən güclü komandalardandı. Futbol elə oyundur ki, gərək mübarizə aparasan. Futbolçularımız bu gün sona qədər vuruşmaqla bizi sevindirməyi bacardılar. Hətta ikinci qolu da vura bilərdik. Onların hər birinə təşəkkürümü bildirmək istəyirəm".
Mirça Rednik: "Etiraf edirəm ki, bu gün komandam heç də yaxşı oynamadı. Cari mövsümdə ən zəif oyunumuz idi. topa nəzarət edib qol vəziyyətləri yarada bilmədik. Bunda AZAL-lı futbolçuların pressinqinin rolunu qeyd etməliyəm. Kamran Ağayev, Uinston Parks və Nikulae Muşatı zədəli olduqlarına görə meydana buraxmamışdım. Onların əvəzinə şans verdiyim Kopil və Opara ümidlərimi doğrultmadı. Lakin bunlar məğlubiyyətimizə bəhanə ola bilməz. Hakimin hər sərt oyuna görə fitini səsləndirməsi də, çıxışımıza təsir göstərirdi. Ümumiyyətlə, idarəçilikdən narazı qaldım. Yəqin ki, referi məğlub olduğumuza görə sevinir. Hesab edirəm ki, komandam bu gün 90 yox, 25 dəqiqə oynadı. AZAL-a məğlubiyyət dünyanın sonu demək deyil. Ayın 18-də "Neftçi"ni məğlub edib bu yenilgini unudarıq".
İnter (Bakı) - Qarabağ (Ağdam) 0:2 (0:0)
R.Əliyev, 58. G.Adamiya, 74.
Qurban Qurbanov: "Yetirmələrim doğrudan da yaxşı oynadı. Qələbə qazandığımız üçün şadam. "İnter"in öz oyun dəst-xətti var. Rəqib də təhlükəli hücumlarla yadda qaldı. Yenilgi "İnter"ə, qələbə isə bizə ciddi təsir etməməlidir. Çünki əsas mübarizə irəlilədi".
Kaxaber Tsxadadze: "Fiziki cəhətdən bərabər səviyyəli oyun getsə də, hücum planında qarabağlı futbolçuların yetirmələrindən yaxşı təsir bağışladığını deməliyəm. Fərdi ustalıq səviyyəsi vurğulanmalıdır. Buraxılan qolları və yaradılan qol vəziyyətlərini yəqin ki, izlədiniz. Bizim ön xətt oyunçularının bacarmadığını rəqib futbolçular reallaşdıra bildi. Yenilgidən nəticə çıxarmalıyıq. Bəli, uduzduq və əsas rəqiblərimizi irəli buraxdıq. Amma hələ də şansımız tükənməyib. Qış fasiləsində minimum 3 oyunçu almalıydıq. Təəssüf ki, müxtəlif səbəblərdən seleksiya işlərini arzuladığımız kimi həyata keçirə bilmədik. Əmiraslanov niyə ehtiyatda qalır? "Birlik kuboku"ndan qayıdandan sonra az şans verməmişəm. Bu dəfə də yaxın məsafədən qol vəziyyətini qaçırdı. Deməli, öz üzərində çox işləməlidir".
MOİK (Bakı) - Qəbələ 1:1 (0:0) E.Cəfərquliyev, 56 - D.Barton, 52.
Turan (Tovuz) - Gəncə 1:0 (1:0)
Y.Abbasov, 27.
Simurq (Zaqatala) - Muğan (Salyan) 1:3 (0:1)
H.Axundov, 55. M.Souza, 57. G.Qulordava, 90+4 - C.Mirzəyev, 45. 1-6-cı yerlər 1. Neftçi 23 15 6 2 41-9 51
2. Xəzər Lənkəran 23 14 5 4 28-13 47
3. Qarabağ 23 14 3 6 32-14 45
4. İnter 23 12 4 7 24-18 40
5. AZAL 23 10 9 4 28-16 39
6. Bakı 25 9 6 8 28-22 33 7-12-ci yerlər
7. Qəbələ 23 8 8 7 20-15 32
8. Muğan 23 8 6 9 17-24 30
9. Gəncə 23 5 9 9 23-28 24
10. Turan 23 4 6 13 18-35 18
11. Simurq 23 2 6 15 13-37 12
12. MOİK 23 1 4 18 7-48 7
Bombardir: Bahodir Nasimov (Neftçi) - 15.
+  -  Çap 
Yerləşdirilib: 15.03.11 | Baxılıb: 378

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •