Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Etirafın nüvəsi
Əhmədineyad dünyaya ölkəsi haqqında həqiqətləri çatdıra birmir

Sinqapurda rusiyalı həmkarı Dmitri Medvedyevlə danışıqlardan sonra çıxış edən ABŞ prezidenti Barak Obama bildirib ki, İranın nüvə proqramının həllini nəzərdə tutan beynəlxalq plana "hə" deyə bilməməsi təəssüf doğurur. Rusiya prezidenti Dmitri Medvedyev də bəyan edib ki, hələ də İranı zənginləşdirilmiş uranı Rusiyaya yollamaqda yola gətirəcəyinə ümid edir. Bu uran İranın nüvə reaktorunu yanacaqla təmin etmək üçün əlavə proseslərə məruz qalmalıdır. Amma o, xəbərdarlıq edib ki, irəliləyiş olmasa, başqa vasitələrdən istifadə edilə bilər: "İranla danışıqların aparılmasında məqsəd Tehrandan nüvə proqramının şəffaflığına dair dəqiq təminat almaqdır".
"İranın nüvə proqramı müzakirə mövzusu deyil, lakin Tehran bu məsələdə səmimi olanlarla əməkdaşlıq etməyə hazırdır". Bunu isə İran prezidenti Mahmud Əhmədineyad Tehranda bildirib. Onun sözlərinə əsasən, İran özünün nüvə proqramını MAQATE ilə müzakirə edir, lakin bəziləri sözügedən danışıqları siyasiləşdirməyə çalışırlar: "Bu qüvvələr İranı dağıtmağa çalışırlar, lakin onlar buna nail ola bilməyiblər". İran prezidenti bəzi KİV-in İran haqqında doğru məlumat verməməsi ilə əlaqədar təəssüf etdiyini də bildirib: "Biz İran haqqında doğru məlumatı dünya ictimaiyyətinə çatdıra bilmirik".
Öz növbəsində İran parlamentinin spikeri Əli Laricani Qərbin İranın nüvə proqramı ilə bağlı son təklifini əhəmiyyətsiz və qeyri-rasional adlandırıb. Belə ki, BMT-nin planı İranı öz uranını xarici ölkədə zəngiləşdirməyə çağırır. İran isə hələlik uran zənginləşdirilməsi ilə bağlı dörd həftədən artıq bir müddətə Vyanada təqdim edilmiş təklifə rəsmi cavabını verməyib. Əli Laricani Birləşmiş Ştatları Tehrana qarşı sanksiyaları təzələdiyinə və İran hökumətinə pul keçirməkdə ittiham edilən müsəlman təşkilatının hesablarını dondurduğuna görə də kəskin tənqid edib. Əli Laricani parlamentdə çıxışında deyib ki, ABŞ prezidenti Barak Obama bütün ili boş çıxışlara sərf edib. O bildirib ki, Obamanın addımları ABŞ-ın keçmiş prezidenti Corc Buşun atdığı addımlarla eynidir. O, Obamanın hərəkətini utandırıcı bir hərəkət adlandırıb.
+  -  Çap 
Yerləşdirilib: 17.11.09 | Baxılıb: 406

ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •