Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Günahsız uşağın qətlinə dünya birliyi kəskin reaksiya verəcək
Ombudsmanı azərbaycanlı uşağın ermənilər tərəfindən öldürülməsi ilə bağlı bəyanat verib

Azərbaycan ombudsmanı Ermənistan Silahlı Qüvvələri tərəfindən 9 yaşlı azərbaycanlı uşağın qətli ilə bağlı bəyanat verib. Ombudsman Aparatından verilən məlumata görə, bəyanatda 9 yaşlı uşağın amansızcasına qətli dünyanın bütün uşaqlarına qarşı yönələn qeyri-insani akt kimi qiymətləndirilir.
"İnanırıq ki, günahsız bir uşağın amansızcasına qətli ilə nəticələnən və əslində dünyanın bütün uşaqlarına qarşı yönələn bu qeyri-insani akta dünya birliyi kəskin reaksiya verərək pisləyəcək, belə halların qarşısının alınması üçün öz etiraz səsini ucaldacaq və səlahiyyətləri çərçivəsində tədbirlər görüləcək", - bəyanatda vurğulanır.. Bəyanatda qeyd olunur ki, uşağın qətlə yetirilməsi qeyri-insani aktı insan hüquqlarının qorunması sahəsində qəbul edilən beynəlxalq sənədlərin pozulmasıdır və bu akt Ermənistanın beynəlxalq məsuliyyətini doğurur və ona qarşı BMT tərəfindən müəyyən sanksiyaların tətbiqini zəruri edir. "Heç kəs bu cür qəddarlıq, amansızlıq və qeyri-insani hadisəyə laqeyd qalmamalıdır. Azərbaycan xalqı da sülh şəraitində yaşamaq və pozulmuş hüquqlarının bərpa olunmasını istəyir. Bununla bağlı, dünya ictimaiyyətinə müraciət edərək hər kəsi haqq işimizi dəstəkləməyə çağırırıq", - bəyanatda vurğulanır. Ermənistan silahlı qüvvələrinin çərşənbə axşamı saat 17:00-18:00 radələrində Ağdamın işğal altında olan Şıxlar kəndi istiqamətində atəşkəsi pozması nəticəsində 9 yaşlı Orta Qərvənd kənd sakini Fariz Arif oğlu Bədəlov həyətdə oynayarkən aldığı güllə yarasından ölüb.
+  -  Çap 
Yerləşdirilib: 12.03.11 | Baxılıb: 635

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •