Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Dünya üçün yerli özünüidarəetmə orqanları
Kosovo bələdiyyə seçkilərinə daha çox dövlət tərəfindən tanınmaq şansı kimi baxır

Ötən il Serbiyadan müstəqillik əldə edən Kosovoda ilk dəfə olaraq yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Seçki məntəqələrinin açılmasından bir az sonra baş nazir Haşim Taçi azlıqda olan serbləri Belqrad rəsmiləri və Serbiyanın nüfuzlu pravoslav kilsəsinin çağırdığı kimi səsverməni boykot etməməyə səsləyib. Qərb ölkələrinin yurnalistləri Kosovonun mərkəzi hissələrində səsvermədə bəzi serblərin iştirak etdiyi haqda məlumatlar veriblər. Rəsmilər günortaya qədər səsvermədə əhalinin 15 faizinin iştirak etdiyini bildiriblər. Səsvermə zamanı hər hansı bir insidentlə bağlı məlumat daxil olmayıb.
"Kommersant" yazır ki, Kosovonun prezidenti Fatmir Seydiu bildirib ki, seçkilər dünyaya Kosovonun stabil dövlət olduğunu və regiona sülh və əmin-amanlıq gətirməyə xidmət etdiyini üzə çıxaracaq. Rəsmi Priştina ümidvardır ki, bu seçkilər 63 ölkə tərəfindən tanınan Kosovonun müstəqilliyinin daha çox dövlət tərəfindən tanınmasına gətirib çıxaracaq. Onu da qeyd edək ki, Serbiya Haaqa məhkəməsi qarşısında Kosovo dövlətinin legitimliyi barədə iddia qaldırıb və ona dekabrın 1-də baxılacaq. Kosovo hökuməti də seçkiləri uğurlu qaydada keçirməklə bu iddianı qüvvədən salmaq istəyir. Seçkilər çox ciddi təhlükəsizlik qaydaları şəraitində keçirilib. Təqribən 5 min polis təhlükəsizlik işlərinə cəlb edilib. Beynəlxalq sülhyaratma missiyası - KFOR-un 11 min hərbçisi isə hazır vəziyyətə gətirilib. Bir neçə gün öncə keçmiş baş nazir Ramuş Haradinin başçılıq etdiyi Kosovonun Müstəqilliyi Uğrunda Alyans baş nazir Haşim Taçinin rəhbərlik etdiyi korteyi daş və lax yumurta atəşinə tutmuşdu. Ötən gün isə Kosovonun Mitroviçı şəhərinin merliyinə əsas namizəd Hiseni Əhmədinin korteyi odlu silahdan atəşə tutulub. Bütövlükdə seçkilərdə 74 partiya və blok iştirak edib ki, onların da 34-ü albanları, 21-i isə serbləri təmsil edib.
Son məlumatlara görə, hakimiyyətdə olan Kosovo Demokratik Partiyası seçkilərdə qalib gəldiyini elan edib. Seçkiləri minlərlə müşahidəçi izləyib. Kosovo paytaxtı Priştinadan BBC-nin əməkdaşı Mark Loven xəbər verib ki, bu seçkilər dinc şəraitdə keçdi və çox kiçik problemlər yaşandı: "Serblərin yaşadığı bəzi ərazilərdə iştirak edənlərin sayı gözlənildiyindən daha çox olub. Bəzi serb kəndlərində hətta səsverməyə gələnlərin 25 faizi serblər oldu. Bu, mühüm dəyişiklikdir. Çünki əvvəlki Kosovo seçkilərini serblər hər dəfə boykot etmişdilər". Bu gün müşahidəçilər səsvermənin beynəlxalq standartlara cavab verib-vermədiyini açıqlayacaqlar. Beynəlxalq seçki normalarına cavab vermək isə müstəqil dövlət kimi daha geniş miqyasda tanınmaq istəyən Kosovo üçün həlledici bir məqsəddir. Lakin ekspertlərin bir qismi hesab edir ki, seçkilər cəmiyyətin parçalanmasına və bölgədə gərginliyin artmasına səbəb olacaq.
+  -  Çap 
Yerləşdirilib: 17.11.09 | Baxılıb: 292

ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •