|
Ən mürəkkəb meteoroloyi şəraitlərdə də məlumatlar operativ ötürüləcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Böyük Qafqaz dağlarının şimal-şərq yamacında yaradılan Kompleks Hidrometeoroloyi və Ekoloyi Tədqiqat Elm Mərkəzi (KHETEM) tezliklə fəaliyyətə başlayacaq. Nazirliyin mətbuat xidmətindən qəzetimizə bildirilib ki, yaxın günlərdə mərkəzin rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur. Mənbədən qeyd edilib ki, KHETEM ölkə başçısının "Böyük Qafqazın Bazardüzü- Şahdağ-Tufandağ ekosisteminin Kompleks Hidrometeoroloyi və Ekoloyi Tədqiqatı ilə bağlı Tədbirlər haqqında" sərəncamına əsasən yaradılıb. Mərkəz biomüxtəliflik, geoloyi tədqiqatlar, hidrometeoroloyi və ətraf mühitin monitorinqi sahələrini əhatə edir.
Onun yaradılmasında əsas məqsəd yüksək dağlıq ərazilərin bir ekosistem kimi kompleks öyrənilməsi və həmin ərazilərin meteoroloyi, hidroloyi reyiminin, xüsusilə də qar örtüyünün, buzlaqların tədqiqi, iqlim dəyişmələri, onun ətraf mühitə, biomüxtəlifliyə təsirinin öyrənilməsidir. Elm Mərkəzinin fəaliyyət göstərməsi üçün 3000 metrə yaxın yüksəklikdə müvafiq inzibati binalar tikilib, çətin və mürəkkəb iqlim şəraitində əhəmiyyətli tədqiqat işlərinin aparılması məqsədilə işçilər üçün müvafiq infrastruktur yaradılıb. KHETEM-də, eləcə də ondan aralı müxtəlif hündürlüklərdə - 3000 metrlik Şahdüzü və 3500 metrlik Kabaş dağ silsilələrində dünyanın ən aparıcı texnologiyalarından olan Finlandiyanın "Vaysala" firmasının istehsal etdiyi avtomatlaşdırılmış meteoroloyi stansiyalar quraşdırılıb. Bu stansiyalar güclü külək, aşağı temperatur, qalın qar örtüyü və s. kimi ən mürəkkəb meteoroloyi şəraitdə fasiləsiz fəaliyyət göstərməyə, məlumatları operativ olaraq Milli Hidrometeorologiya Departamentinə ötürməyə imkan verəcək. Nazirlikdən vurğulanıb ki, hazırda 4200 metrlik Tufandağ və 4280 metrlik Şahdağ zirvələrində də bu istiqamətdə aparılan işlər davam edir.
HƏQİQƏT
|