Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
"Barışıq" tıxaca dirənib
Türkiyə-Ermənistan protokollarının gələcəyi qaranlıq olaraq qalır

Türkiyə mətbuatında Ermənistanla imzalanan protokollar müzakirə mövzusu olaraq qalmaqdadır. Protokollarla bağlı çoxsaylı məqalələrlə çıxış edən "Milliyət" qəzetinin yazarı Sami Kohen bu dəfə "Ermənistan layihəsi dayandımı?" başlıqlı məqalə ilə çıxış edib. Onun sözlərinə görə, Türkiyə aprel ayında Cenevrədə əldə edilən ilk razılaşma ilə "Ermənistan layihəsi"ni elan edəndə bunun qısa müddətdə iki qonşu ölkə arasında normal münasibətlər yaradılmasına və sərhədlərin açılmasına səbəb olacağını zənn edənlər olmuşdu.
Köşə yazarı əlavə edib ki, dünya bunu Ankara ilə Yerevan arasındakı münasibətlərin "normallaşması" prosesinin başlanğıcı hesab edir, türk diplomatiyasının bu "layihəsi"ni tarixi bir hadisə kimi alqışlayırdı: "Həqiqətən cərəyan edən proseslər çox önəmli idi; ancaq prosesin çox uzun və çətin olacağı da məlum idi. Cenevrə razılaşmasından sonra keçən ay Sürixdə imzalanan iki protokol bu uzun yolda atılan ikinci önəmli addım oldu. Protokollar münasibətlərin "normallaşdırılması"nın "yol xəritəsi"ni çəkdi və buna bir təqvim də əlavə etdi. Ancaq bu təqvim protokolların rəsmən qüvvəyə minməsindən sonra işləməyə başlayacaq. Bu da hər iki ölkənin parlamentlərinin iki sənədi təsdiq etməsindən sonra mümkün ola bilər. İndi olduğumuz nöqtədə bir tıxanma var. Ermənistan hələ ki, protokolları öz parlamentinə təqdim edə bilməyib, çünki onların hüquq sisteminə görə, bu cür sazişlərin qanunlara uyğun olub-olmamasına əvvəlcə Konstitusiya Məhkəməsinin qərar verməsi lazımdır. Bu qərar hələ ki, qəbul edilməyib. Qəbul ediləndən sonra məsələ parlamentdə müzakirə ediləcək".
Məqalə müəllifinin qənaətincə, Türkiyədə nazirlər şurası keçən ay protokolları müzakirə etdi və onların TBMM-nə göndəriləmisini qərarlaşdırdı. Ancaq Məclis, hələ ki, məsələni gündəliyinə daxil etməyib. Bunun üçün əvvəlcə bəzi siyasi şərtlərin yetişməsi lazımdır: "Məclis gözləmədədir və bu gözləmə əməlli-başlı uzun vaxt ala bilər. Səbəbi isə budur: Türk hökuməti protokolların təsdiqi ilə Qarabağ problemi arasında konkret bir əlaqə yaradıb. Baş nazir və digər səlahiyyətli şəxslər Qarabağ probleminin həllində bir irəliləyiş olmadığı müddətcə Yerevan ilə əldə edilən razılaşmaların həyata keçirilməyəcəyini çox açıq və dəqiq şəkildə bəyan etdilər. Buna görə də hökumət bəzi konkret addımları görmədən və Azərbaycanın bundan əmin olduğuna inanmadan, hər iki protokolu Məclisin təsdiqinə təqdim etməyəcək. Bu təsdiq Qarabağ problemi ilə əlaqələndirildiyinə görə o məsələ ilə bağlı nələrin cərəyan etdiyinə baxmaq lazımdır".
S.Kohen vurğulayıb ki, ATƏT-in Minsk qrupu problemi həll etmək üçün cidd-cəhdlərini artırıb. Azərbaycan və Ermənistan prezidentləri də görüşlərini sıxlaşdırıblar: "Əliyev ilə Sarkisyan bu ay altıncı dəfə görüşəcəklər. Ancaq Qarabağ kimi mürəkkəb problemin bir nəfəsdə həll edilməsini gözləmək sadəlövlük olardı. Əslində, Türkiyənin səlahiyyətli nümayəndələri də ilk mərhələdə Qarabağın ətrafındakı 7 rayondan ermənilərin çıxması ilə razılıq əldə edilməsini gözləyirlər. Əgər yaxın həftələrdə bu istiqamətdə bir irəliləyiş olarsa, hal-hazırda dayanmış kimi görünən "layihə" dinamizm qazanacaq, böyük ehtimalla Məclis də protokolları təsdiqləyəcək.
Qəzetin başqa bir yazarı Semih İdiz də mövzuya yer ayırıb: "ABŞ diplomatiyasının yüksək rütbəli bir məmuru ilə söhbət edirik. O, Ermənistan ilə Türkiyə arasında imzalanmış "Sürix Protokolları"nın aqibətini soruşur. Bunların Məclisdə qəbul edilməsinin nə qədər vaxt alacağı ilə maraqlanır. Sonra da bunu xatırladır: "Əslində, çox vaxt da qalmayıb. Bu yaxında 24 aprel və "soyqırımı" təzyiqi yenidən başlayacaq". S.İdiz qeyd edir ki, həqiqətən də Amerikadakı erməni lobbisi indidən hərəkətə gəlib: "Diaspordakı sərtlik tərəfdarları Türkiyə Böyük Millət Məclisinin protokolları təsdiq etməyəcəyinə ümid edirlər. Bu minvalla daralan hərəkət sahələrinə yenidən qovuşmağa ümid bəsləyirlər. Bizcə, söhbət etdiyimiz amerikalı səlahiyyətli nümayəndənin məsələyə yanaşmasında bəsit bir xatırlatmadan çox ciddi bir xəbərdarlıq var".
Məqalə müəllifi qeyd edir ki, Türkiyədə Ermənistan layihəsindən Ergenekon prosesinə qədər hər şeyin arxasında Amerikanı görən mazoxist bir yanaşma tərzi var: "Ancaq ölkəmizə Vaşinqtondan baxanlar ABŞ-ın Ankara üzərində qədər zənn edildiyi qədər təsirli olmadığını bilirlər. Necə ki, ABŞ dövlət katibinin müavini Filip Qordon keçən həftə Ankarada keçirdiyi mətbuat konfransında "kürd layihəsi"nin arxasında Vaşinqtonun olub-olmamasına dair bir suala "Kaş ki, o qədər təsirli ola bilsəydik" - deyə cavab verdi". Məqalə müəllifi sonda belə bir qənaətə gəlir ki, Qafqazda "böyük oyun oynanılır" və Vaşinqton ermənilərin mənafeyi naminə bu bölgədəki mənafeyinə təhlükə yaratmayacaq: "Türkiyə də eyni həqiqətlərlə üzbəüz olduğuna görə, o protokolları mərasimlə cırıb atmayacaq. Ancaq ABŞ iqtidarının "24 aprel xəbərdarlıqları" ilə Məclisdəki protokolların qəbulunu sürətləndirməsi də səhvdir. Bunun faydadan çox zərər gətirəcəyi açıq-aşkardır".
Yeri gəlmişkən, başqa bir türk qəzetinin - "Axşam"ın müxbiri Nagehan Alçı isə Qarabağı erməni torpağı kimi qələmə verib, ermənilərlə dostluğun zəruriliyindən danışıb. Erməni lobbisinin türk yurnalistləri ələ almaq yönündə növbəti cəhdi səmərə verib. Qəzetin müxbiri Nagehan Alçı Dağlıq Qarabağa və Azərbaycanın işğal altındakı digər ərazilərinə səfəri zamanı "DQR"in telekanalına erməni kimi müsahibə verib. "Newsarmenia.ru" saytının yaydığı məlumata görə, ermənilərin rəftarından vəcdə gələn Nagehan Alçı Türkiyənin səhv etdiyini, Qarabağın 100 faiz erməni torpağı olduğunu və onların bu torpaqları güzəştə getməyəcəklərini iddia edib. O, Qarabağa səyahətlə bağlı baş redaktora müraciət etdiyini və müsbət cavab aldığını söyləyib. Xankəndidən xoş duyğularla ayrıldığını bildirən Nagehan Alçı vurğulayıb ki, yenə də bura gəlmək niyyətindədir. Yurnalist İstanbuldakı ermənilərin bu şəhərin ictimai və mədəni həyatında mühüm rol oynamasından da iftixarla bəhs edib. Üstəgəl, Nagehan Alçı 1915-ci ildə "erməni soyqırımı"nı inkar etməkdən də imtina edib: "Mən tarixçi deyiləm, soyqırımının olub-olmadığını deyə bilmərəm, ancaq 1915-ci ildə acınacaqlı hadisələr olub. Mən bu cür hadisələrə görə təəssüflənirəm. Biz dost olmalıyıq, çünki dost olmuşuq və birgə tarix yaşamışıq. Gələcəyə kədəri deyil, bu dostluğu aparmalıyıq". Türkiyə-Ermənistan sərhədnin açılmasını istədiklərini söyləyən "Axşam" qəzetinin yurnalisti bildirib ki, Azərbaycanın onların Qarabağda olmasından narahatlıq keçirdiyindən də xəbərdardır. O iddia edib ki, guya obyektiv olmaq və regionun həqiqi xarakterini yazmaq istəyirlər: "Mümkündür ki, bizi Azərbaycanda persona non-qrata elan etsinlər. Ancaq bu, mənim işimdir və hər yerə səfər etməliyik". Erməni mətbuatı türk yurnalistlərin Şuşada olacaqlarını və erməni qaçqınlarla görüşəcəklərini də yazıb.


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 17.11.09 | Baxılıb: 344

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •