Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi İdarə Heyətinin iclası keçirilib
Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi İdarə Heyətinin növbəti iclası keçirilib. Diasporla İş üzrə Dövlət Komitsəinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Almaniyadakı Azərbaycan diasporunun fəaliyyətinin daha da inkişaf etdirilməsi yolları, 2009-cu il dekabrın 31-də Dünya azərbaycanlılarının həmrəylik gününün qeyd olunması, eləcə də 2010-cu il üçün nəzərdə tutulmuş tədbirlər planı üzrə təkliflər müzakirə edilib. Sonra iclas Berlin şəhərindəki Azərbaycan və Türk diasporu nümayəndələrinin iştirakı ilə davam edib. toplantıda Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Başar Kömür və digər diaspor fəalları çıxış ediblər. Müzakirələr əsasən Türkiyə ilə Ermənistan arasında münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımların Dağlıq Qarabağ münaqişəsinin həllinə göstərə biləcəyi təsir və türk diasporu ilə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə həsr olunub. B.Kömür Türkiyə və Azərbaycan arasında tarixi qardaşlıq, dostluq əlaqələrinin belə ağır sınaqlar zamanı qorunub saxlanılmasının vacibliyini vurğulayıb. Qeyd edilib ki, hər hansı iki dövlətin arasında əlaqələrin yaradılması həmin dövlətlərin suveren haqqıdır. Lakin mövcud vəziyyətdə Türkiyə ilə Ermənistan arasında məhz Qarabağ münaqişəsinı, Azərbaycan torpaqlarının işğalına görə kəsilmiş münasibətlərinin yenidən bərqərar olması, sərhədlərin açılması ilə bağlı müzakirəlırin aparılması Azərbaycan dövlətinin maraqlarına ziddir. İclasda iştirak edən Avropa Azərbaycanlılar Konqressinin fəxri prezidenti Bahəddin Qaya, Azərbaycan diasporunun nümayəndələri Nüsrət Delbəstə, İbrahim Əhrari, İsmayıl Əmikişiyev, Əhməd Yazdani, Türk icmasından Cumali Kanqal, Şerife Bulca da bu mövzu ətrafında öz fikirlərini açıqlayıblar.
+  -  Çap 
Yerləşdirilib: 13.11.09 | Baxılıb: 331

ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •