|
DİN Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən Bərdə rayon sakini Elnur Əliyevin idarə etdiyi "KamAZ" markalı avtomaşına nəzarət qaydasında baxış keçirilib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, avtomaşında müvafiq sənədləri olmayan 20 kubmetr meşə materialı aşkar edilib. İş araşdırmalar aparılması üçün Şəki ŞRPŞ-nə təhvil verilib.
|