Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Əsas problem- uşaqların informasiya təhlükəsizliyi
Q.Abbasova: ”Şüurumuzda elə bir ətalət, buxov var ki, biz onları düzgün qavraya bilmirik”

“5 ildən sonra biz gənclərimizi və milli dəyərlərimizi itirəcəyik. Xüsusən də sosial şəbəkələrin istifadəsi zamanı uşaqlar müxtəlif yaş, cins, din, dildən asılı olmayaraq virtual aləmdə müxtəlif insanlarla ünsiyyətdə olurlar ki, bu da hər zaman yaxşı sonluqla nəticələnmir. Bu gün texnologiyaların həyatımıza girişi qaçılmazdır. İstəsək də, istəməsək də bu dəyişikliklər baş verir. Amma bu sürətlə dəyişən texnologiyaların uşaqların düşüncəsinə mənfi təsir göstərməməsi üçün nə etməliyik? Virtual aləmdə qazandıqları ünsiyyəti mənfi amillərdən kənarlaşdırıb humanistliyə necə istiqamətləndirək? Bu gün bütün dünya bu sualın üzərində düşünməlidir”. Rusiyalı pedaqoqun İKT ilə bağlı beynəlxalq konfransların birində səsləndirdiyi bu fikir həqiqətən də ciddi narahatlıq doğurur. Bunu vacib məsələlərdən biri kimi qəbul edən YUNESKO-nun nümayəndəsi isə növbəti sualla müraciət edir: “Uşaqları qorumaq üçün onları yollardan kənarda saxlasaq yaxşıdır, yoxsa onlara daha düzgün olan yolu göstərməyimiz? Biz uşaqların  texnoloji dəyişikliklər mühitində daha düzgün formalaşması üçün doğru yolu seçib istiqamətləndirməliyik”.

Dünyanın üçüncü ən böyük ölkəsi ola biləcək sosial şəbəkə

26 Noyabr- bütün dünyada Ümumdünya informasiya günü kimi qeyd edilir. BMT-nin iqtisadi və sosial şurasında məşvərətçi statusa malik olan Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının təşəbbüsü ilə qeyd olunan bu gün İKT sahəsində çalışanların peşə bayramıdır. İnformasiya insanlar arasında şifahi, yazılı və ya hər hansı digər formada ötürülən məlumatdır. Bəşər tarixində informasiya həmişə mühüm əhəmiyyət kəsb edib. XX əsrin ortalarından başlayaraq, sosial tərəqqi, elm və texnikanın sürətli inkişafı nəticəsində informasiyanın rolu daha da artıb. Qloballaşan dünyada informasiyanın mahiyyəti və müasir sivilizasiyanın inkişafında rolu, informasiya və informasiyalaşdırma prosesinin xüsusiyyətləri, informasiya cəmiyyətinin formalaşması mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Təxmin edilir ki, bu il bütün dünyada 40 eksabayt unikal yeni məlumat əldə ediləcək. Bu rəqəm əvvəlki 5 min ildəkindən daha artıqdır. Tədqiqatlar göstərir ki, yeni texnoloji məlumatların miqdarı hər iki ildə iki dəfə artır. 2010-cu ildən bu rəqəmin hər 72 saatda iki dəfə artması gözlənilir. BBC Xəbərlərin məlumatına görə, hər saniyə yeni bloq yaranır. 1 milyon 400 min ingilis tələbənin özünün veb səhifəsi var. Böyük Britaniyadakı hər 10 gəncdən 9-zunun ev kompyuteri, mobil telefonu və oyun cihazı var. Bu ölkədə gənclərin 84 faizi ən azı iki həftədə bir dəfə kompyuter oyunları oynayır. Bundan başqa, əsas informasiya məkanlarından olan Facebook-un hazırda 500 milyondan artıq fəal üzvü var. Amerika mütəxəssislərinin hesablamaları göstərir ki, Facebook ölkə olsaydı, Çin və Hindistandan sonra üçüncü ən böyük ölkə olardı. Bu qədər informasiya bolluğunda isə cəmiyyətə daxil olan mənfi və müsbət təzahürlər qaçılmazdır.

Qapalı resurslara açıq giriş ehtiyacı

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də İnformasiya və Kommunikasiya texnologiyalarının yetişməkdə olan nəslə müsbət təsirlə yanaşı, mənfi amillər də gətirə biləcəyini dəstəkləyir: “Bizdə əsas problem uşaqların informasiya təhlükəsizliyindədir. Buna nəzarət isə əksər hallarda mümkünsüzdür. Bildiyimə görə, yazılmamış qanunlara əsasən, Böyük Britaniyada kompyuter uşağın yataq otağına qoyula bilməz”. Bu gün internetə qoşulan məktəblərdə filtirizasiya sistemi nəticəsində uşaqlar yalnız onlara lazım olan məlumatları əldə edə bilirsə, məktəbdən kənarda informasiya bolluğu şəraitində istənilən məkanda zərərli resurslara çıxış imkanı da qazanır. Uşaqların belə resurslara çıxışı əksər hallarda valideyn nəzarətsizliyi ilə əlaqələndirilsə də, uşaqları maraqlandıra biləcək, məsələn, təhsil, intellektual əyləncə və s. kimi milli resursların azlığı da problemi qaçılmaz edir. Digər ölkələrin təhsil portalları ilə tanışlıq isə demək olar ki, mümkünsüzdür. Çünki belə resurslardan istifadə etmək istəyərkən onun yalnız həmin ölkənin daxilində giriş və istifadəsinin mümkünlüyü xəbərdarlığı gəlir: “Bütün ölkələrin təhsil resurslarına giriş qapalıdır. Bu da ciddi bir problemdir. Düzdür, hər bir ölkə öz resurslarına girişin qapalı olmasına onun öz vəsaitləri hesabına başa gəlməsi ilə haqq qazandıra bilər. Bu zaman vəziyyətdən çıxış yolu kimi hesab edirəm ki, BMT, YUNESKO və s. kimi beynəlxalq təşkilatlar öz vəsaitləri hesabına belə resurslar yaratsınlar və onlara giriş bütün ölkələr üçün açıq olsun” .


3-yaşdan televizor, 6 yaşdan kompyuter, 9 yaşdan internet

Bakı Dövlət Universitetinin Sosial və psixologiya fakültəsinin dekan müavini, sosiologiya fakültəsinin dosenti Qızılgül Abbasovanın sözlərinə görə, İKT-dən istifadə dünyada qloballaşma, bütövləşmə və qarşılıqlı asılılığın təzahürüdür: ”Müsbət tərəfi odur ki, gənclərin çox böyük sürətlə dünyaya baxışı dəyişir, dünyagörüşü formalaşır. Kitab oxuyanda ancaq göz və beyin işləyir. Amma ekranda həmin məlumatlar görüntülü olarsa, bu, insanın təsiretmə imkanlarını, qavrama qabiliyyətini qat-qat artırır, emosional aləm, sosial-psixoloji durum və s. də bura qoşulur. Əgər gənc buna hazır deyilsə, təbii ki, ona mənfi təsir göstərəcək”. Q.Abbasovanın fikrincə, ilk növbədə kompyuterdən istifadəni körpə uşaqlarda məhdudlaşdırmaq lazımdır: ”Burada 3-6-9 kimi yaş hədləri var. Məsələn, 3 yaşdan uşaq ilk dəfə televizora baxa bilər, 6 yaşında kompyuterdə oyunlar oynaya bilər. 9 yaşında ata-ananın nəzarətilə internetdə müəyyən mənbələrə baxa bilər. Ünsiyyətə gəlincə, dünyada bu imkanlar olduqca genişdir. Bunu ancaq alqışlayıram. İkinci Yelezaveta kimi bir şəxs özünə Facebook  səhifəsi açıb. Bu o deməkdir ki, yaradılan fürsətdən hər birimiz istifadə etməliyik”.

Kompyuter savadsızlığından itirdiklərimiz

Belə ki, yeni ünsiyyətlər yeni dostluqlara yol açır: “Amma təbii ki, kimlərsə burada ancaq səhifələri gəzməklə, macəra axtarmaqla məşğuldurlarsa, onların ömrü-günü itirilmiş hesab olunmalıdır. Çünki insan bir şəxsiyyət kimi yetişib cəmiyyətdə öz yerini tutmalıdır və fayda gətirməlidir. Təəssüf ki, bizim təhsil sistemimizdə bir çox problemlər var ki, həmin problemlər həll olunmadığından biz kommunikasiya imkanlarından düzgün istifadə edə bilmirik”. Q.Abbasova ilk növbədə kompyuter savadlılığımızın artırılmalısını vacib sayır: ”Bu mənada təəssüflər olsun ki, biz uşaqların mənəvi-psixoloji durumununda, dünyaya baxışlarımızda, dünyaya münasibətimizdə nələri isə itiririk. Biz gərək ilk növbədə öz mənəvi dəyərlərimizi itirməyək ki, həmin mənəvi dəyərlər bir növ sağlamlıq buxovu yaratmaqla, bizə kommunikasiya texnologiyalarına sağlam şəkildə qoşulmağa imkan verir. Amma əgər mənfi və müsbət tərəfləri tərəziyə qoysaq, müsbət tərəflər daha üstünlük təşkil edəcək. Çünki ən qədim dövrlərdən insan həyatında, insan cəmiyyətində elə bir sağlam sütun var ki, həmin sütun bizi qoruyub saxlayır. İstənilən müharibədən, istənilən böhrandan bizi çıxarır. O cümlədən İKT bir axın, sel kimi üstümüzə gəldiyi bir zamanda biz onun da öhdəsindən tam gələ bilərik. Buna tam əminəm”. Onun fikrincə, İKT-nin zərərli tərəfindən isə yalnız gənclər deyil, bütün cəmiyyət əziyyət çəkir: ”Mən deyərdim ki, bundan yaşlı və orta nəslin nümayəndələri daha çox əziyyət çəkir, onun təsirlərinə daha çox məruz qalırlar. Çünki bizim şüurumuzda elə bir ətalət, buxov var ki, biz onları düzgün qavraya bilmirik”. Bu mənada gənclər İKT yeniliklərinə daha çox hazırlıqlıdır: ”Çünki onların yaddaşı, onların oxuduqları fənlər buna daha çox imkan verir. Amma bununla belə biz mənəvi cəhətdən sağlam olmalıyıq. Bizim həyat sahələrimiz həmin o qloballaşmanın təzyiqləri altında elə bir tərzdə inkişaf etməlidir ki, bizim infrastrukturlar, asudə vaxtlarımızı keçirmə tərzlərimiz, mənəvi həyatımız, təhsil sistemimiz elə sağlam şəkildə inkişaf etməlidir ki, dünyaya dəyərlərimizi itirmədən, xalqımızın keçdiyi tarixi yol bazasından istifadə olunmaqla inteqrasiya olunaq. Bununla yanaşı, digər ölkələrdən geri qalmamaq şərtilə İKT-dən istifadə edə bilək”.

Həqiqət İSABALAYEVA
+  -  Çap 
Yerləşdirilib: 26.11.10 | Baxılıb: 539

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •