Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Monitorinq rejimi aradan qaldırılıb
İƏİT-nin Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun Azərbaycana münasibətdə tətbiq etdiyi monitorinq rejimi aradan qaldırılıb

Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) növbəti plenar iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlının rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir. Bununla bağlı oktyabrın 27-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində mətbuat konfransı keçirən komitə sədri Rüfət Aslanlı məlumat vermişdir ki, plenar iclasın gündəliyinə FATF-ın xüsusi missiyasının Azərbaycan üzrə hazırladığı hesabatın müzakirəsi məsələsi də daxil edilmişdi. Müzakirələr zamanı Azərbaycan hökumətinin pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində (PYTMM) qısa müddət ərzində əldə etdiyi əhəmiyyətli tərəqqi və hökumətin nümayiş etdirdiyi siyasi iradə nəzərə alınaraq, ölkəmizə münasibətdə tətbiq edilən monitorinq rejiminin dayandırılmasına dair qərar qəbul edilmişdir.  
Bildirilmişdir ki, FATF “Böyük Yeddilərin” Paris zirvə toplantısının qərarına əsasən yaradılmışdır. Təşkilat PYTMM sahəsində fəaliyyətin beynəlxalq standartlarını müəyyən edir, habelə onların ölkələr tərəfindən tətbiqini qiymətləndirir və müvafiq tədbirlər görür. Hazırda qurumun 36 üzvü vardır. Bundan əlavə, FATF şəbəkəsi daxilində eyni mandata malik 8 regional qurum, o cümlədən Azərbaycan Respublikasının da daxil olduğu Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspert Komitəsi (MONEYVAL) fəaliyyət göstərir.
FATF ötən il 140-a yaxın ölkədə PYTMM sahəsində vəziyyəti qiymətləndirilmiş və qlobal maliyyə sistemi üçün təhlükə törədən ölkələrin siyahısını tərtib etmişdir. Təşkilat ayrıca olaraq müvafiq sahədə müəyyən boşluqlara malik, lakin onların aradan qaldırılması üçün siyasi iradəyə və xüsusi fəaliyyət planına malik ölkələri də müəyyən etmişdir. Bu ilin fevralında FATF Azərbaycanın PYTMM sahəsində müvafiq fəaliyyət planının monitorinqinə dair qərar qəbul etmişdir.
Ötən dövrdə Azərbaycan nümayəndə heyəti FATF-a PYTMM sahəsində fəaliyyətin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ölkədə həyata keçirilmiş tədbirlər, o cümlədən qanunvericilik bazasının beynəlxalq norma və standartlara uyğunlaşdırılması, PYTMM sahəsində infrastrukturun formalaşdırılması (Azərbaycan Mərkəzi Bankının yanında Maliyyə Monitorinq Xidmətinin təsis edilməsi, müvafiq resurslarla təmin edilməsi və fəaliyyətə başlaması) və müvafiq sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi barədə geniş hesabat təqdim etmişdir. Hesabatın müzakirəsi əsasında cari ilin sentyabrında ölkəmizə səfər etmiş xüsusi missiyanın rəyi nəzərə alınmış və  FATF oktyabrın 22-də Azərbaycana münasibətdə tətbiq edilən monitorinq rejiminin dayandırılmasına dair qərar qəbul etmişdir.
Xatırladaq ki, Azərbaycan Qətərlə birlikdə yeni prosedur qaydalar üzrə monitorinq rejiminin dayandırıldığı ilk ölkədir.
+  -  Çap 
Yerləşdirilib: 28.10.10 | Baxılıb: 256

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •