Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı keçiriləcək
Noyabrın 21-22-də Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, komitə Avropa Azərbaycanlıları Konqresinin (AAK) və Avropanın müxtəlif ölkələrindəki türk icmalarının quruma ünvanladığı müraciətləri nəzərə alaraq, belə bir tədbirin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Komitəyə daxil olan müraciətlərdə bildirilir ki, 2009-cu il ərzində regionda baş verən bir sıra mühüm hadisələr, xüsusilə də oktyabrın 10-da Türkiyə və Ermənistan arasında "Diplomatik münasibətlərin qurulmasına dair" və "İkitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair" protokolların imzalanması Azərbaycan və Türk diaspor təşkilatlarının ciddi narahatlığına, etirazına səbəb olub. Diaspor təşkilatları birmənalı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Türkiyə-Ermənistan sərhədlərinin açılmasının yolverilməz olduğunu və bu məsələdə Azərbaycanın mövqeyini dəstəklədiklərini bildirirlər.
Regionda baş verənlərə dair Azərbaycan və Türk diasporlarının mövqeyinin daha geniş miqyasda ifadə olunmasını zəruri sayan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçiriləcək ikigünlük toplantıda AAK və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının üzvləri ilə yanaşı Azərbaycanın dövlət rəsmiləri və millət vəkillərinin iştirakı nəzərdə tutulub.
toplantı çərçivəsində "Avropa Azərbaycan İnformasiya Mərkəzi"nin təqdimat mərasimi də keçiriləcək. Bu mərkəzin yaradılması barədə ideyanı və layihəni Benilüks Azərbaycanlıları Konqresi irəli sürüb.
+  -  Çap 
Yerləşdirilib: 10.11.09 | Baxılıb: 283

ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •