|
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) yeni rəhbər təyin olunub. Azpromo-dan "APA-Economics"ə verilən məlumata görə, müvəqqəti olaraq fondun prezidenti vəzifəsini quruma yeni vitse-prezident təyin olunan Adil Məmmədov icra edəcək. A.Məmmədov əvvəllər Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Katibliyin başçısı vəzifəsində çalışıb.
|