|
Açması: Obama
Ağ evin qarşısında Barak Obamaya qarşı etiraz aksiyası keçirilib. Aksiyanı əksəriyyəti əslən Afrikadan olan zəncilər keçirib. Aksiyaçılar səsləndirdikləri şüarlarda Obamanın "əslində, qara üzlü ağ adam" olduğunu deyib, onu əvvəlki iqtidarların imperialist siyasətlərini davam etdirməkdə ittiham ediblər. "Black is Back" (Qara qayıdır) adlı qrup tərəfindən təşkil olunan aksiyada Barak Obamadan Əfqanıstan və İraqdakı ABŞ hərbçilərinin çıxarılması, Kubaya tətbiq olunan sanksiyanın ləğv olunması və Venesuelladan əl çəkməsi tələb edilib. Qrupun rəhbəri Omali Yeşitela isə Obamanın islahat və ümid vədlərinin zəncilər üçün həqiqət olmadığını deyib.
Azər NURİYEV
|