Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Məktəbə kompyuter gəlib!
Orta ümumtəhsil müəssisələrində İKT-nin tətbiqinin öhdəsindən gəlməyə çalışanlar da var, ona qeyri-ciddi yanaşanlar da

Sosial tələb kimi ortaya çıxan informasiya cəmiyyətinin formalaşması təhsildə də informasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqini vacibləşdirir. Hazırda dünyanın bütün ölkələrində İKT-nin inkişafı təhsil sisteminin yenidən qurulmasına, qabaqcıl dövlətlərin təhsil sistemlərinə inteqrasiya olunmasına geniş imkanlar açır. Artıq xeyli vaxtdır ki, Azərbaycanın da orta ümumtəhsil müəssisələrində müasir informasiya texnologiyalarının tətbiqinə start verilib. Amma ötən müddətdə bu işin öhdəsindən gəlməyə çalışan məktəblər də var, ona qeyri-ciddi yanaşanlar da. Ümumiyyətlə, təhsilə yeni texnologiyaların cəlbi bu sahədə çalışan bütün mütəxəssislərdə İKT bacarıqlarının formalaşdırılması zərurətini də ortaya qoyur. Bunu nəzərə alaraq İKT üzrə savadlılığın artırılmasına yönəlmiş kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə ümumi təhsil sistemi üzrə 2009-2010-cu illərdə 40180 nəfər pedaqoji heyət, 4000 nəfər inzibati - idarəetmə heyəti, 600 nəfər texniki heyət treninqlərdən keçirilib.

Təhsil sistemi 16 414 358 manata informasiyalaşdırılacaq

Təhsil sisteminin informasiyalaşdırılması üzrə Proqramın icrasına ayrılmış ümumi vəsaitə gəlincə, 2009-cu ildə bu məqsədlə 15.963 469 manat ayrılıb ki, onun da 1 384 000 manatı internet və intranet xərclərinə yönəlib. Proqram təminatı xərcləri üçün  3 173 000 manat, treninq, texniki dəstək və s xərclər üzrə 5 974 000 manat, Məlumat və Resurs Mərkəzinin əsaslı təmiri 989 000 manat, kompüter və şəbəkə avadanlıqlarına isə 4 440 000 manat istifadə olunub. 2010-cu ildə isə proqramın icrasına ayrılmış ümumi vəsait 16 414 358 manat təşkil edir. Bundan internet və intranet xərcləri üçün 1 384 000 manat, proqram təminatı xərcləri 3 173 000 manat, treninq, texniki dəstək və s. xərclər üzrə 5 974 000 manat, Məlumat və Resurs Mərkəzinin əsaslı təmiri üçün isə 989 000 manat, kompüter və şəbəkə avadanlıqlarına 4 440 000 manat nəzərdə tutulub. Bundan başqa, “Elektron məktəb” layihəsində iştirak edən 20 ümumtəhsil məktəbinə 300 yeni NEXSUS markalı personal kompüter, 336 ədəd (Dövlət Proqramı çərçivəsində 236 ədəd, “İntel” Korporasiyası tərəfindən 100 ədəd) netbuk verilib. Həmin məktəblər fiberoptik kabel vasitəsilə “Azərbaycan təhsil şəbəkəsi”nə qoşulmuş və onların yüksək sürətli İnternetə və nazirliyin Məlumat və Resurs Mərkəzinə çıxışı təmin olunub. Məktəblərdə direktor, müəllim və sinif otaqları vahid lokal şəbəkəyə qoşulmuş və CİSCO şəbəkə avadanlığı quraşdırılıb. Respublikanın 73 məktəbinə 200 noutbuk və proyektor dəsti paylanıb. 2009-cu ildən başlanmış “Xalq kompüteri” layihəsi çərçivəsində 7600 müəllim sadələşdirilmiş şərtlərlə kompüter əldə edib. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə 300 təhsil müəssisəsi, digər şəhər və rayonlar üzrə 200 təhsil müəssisəsi olmaqla ümumilikdə 500 müəssisə şəbəkə  avadanlığı ilə təmin olunub, kompüter avadanlıqları üçün 32 000 lisenziya proqramı alınıb. Bu müddətdə “Bir müəllim - bir kompüter – “Bir şagird - bir kompüter” layihəsinin həyata keçirilməsinə də başlanılıb.

Müəllimlər İKT üzrə biliklərini niyə tətbiq edə bilimirlər?

Amma bu gün adıçəkilən sahədə xeyli problemlər də mövcuddur. Az maaş ucbatından məktəblərin ixtisaslı informatika müəllimləri qıtlığından əziyyət çəkməsi məsələnin başlıca tərəfidir. Ancaq hazırda dərslərdə İKT-nin tətbiqi üçün yalnız informatika müəllimlərinin olması yetərli deyil. Müxtəlif fənn müəllimləri də yeni texnologiyalardan istifadəni mənimsəməyi və onun tədrisdə tətbiqini bacarmalıdırlar. Təəssüf ki, bu gün treninqlərdən keçən müəllimlərin də hamısının bu bacarıqlara yiyələndiyini söyləmək olmaz. Bu barədə müəllimlərin özləri də fərqli düşünürlər. Belə ki, kursların təlimi öz bilik və bacarığı ilə zəngin olan müəllimin işinin daha effektli alındığını göstərir. Amma müəllim bununla kifayətlənməməli, hər zaman öz üzərində işləməli, yenilikləri təcrübədə tətbiq etməlidir. Amma təlim prosesində öyrənilən biliklərin növbəti mərhələdə tətbiqi zamanı ortaya problemlər də çıxır. Belə ki, müəllimə bunun üçün şərait yaradılmalıdır. Bunun üçün isə müəllimlər təklif edirlər ki, məktəblərdə sinif otaqlarından heç olmasa biri multimedia otağı kimi təhkim edilməli və orada müxtəlif fənn müəllimləri cədvəl əsasında öz dərslərini keçməlidirlər. Bundan başqa, bəzi məktəblərin kompüter avadanlıqları ilə tam təmin olunmaması nəticəsində müəllimlər təlimdə öyrəndiklərini istifadə edə bilmirlər.

Elektron tədris vəsaitlərinin hazırlanması yalnız müəllimin üzərinə düşməməlidir

Digər çətinliklər elektron tədris vasitələri ilə bağlıdır. Təbii ki, hər bir müəllimə öz fənni üzrə elektron tədris vəsaitləri lazımdır. Amma bu vəsaitlərin hazırlanması yalnız müəllimin üzərinə düşməməlidir. Xarici təcrübə göstərir ki, digər ölkələrdə bununla bağlı xüsusi akademiya və şirkətlər tədqiqat aparırlar. Ölkədə də bu istiqamətdə işlərin aparılmasına ehtiyac var. Bir məsələ də var ki, gənclərin daha həvəslə və maraqla iştirak etdiyi bu kurslara yaşlı nəsil yalnız məcburiyyətdən gəlir, dərs və təlimlərdə də könülsüz iştirak edirlər. Bəzi hallarda isə müəllimlər təlimlərdə fəal iştirak etsələr də, sonradan öyrəndiklərini təhsildə tətbiq etməyərək ənənəvi dərs üsuluna üstünlük verirlər.
Müəllimlərin təlim proseslərində İKT bacarıqlarını mənimsəmə göstəricisinə gəlincə, burada da savadlı və savadsız müəllim kateqoriyalarına ayrılma özünü göstərir. Buna görə də əksər müəllimlər hesab edirlər ki, treninqlərə hazırlıqlı olması üçün müəllimlərin təlim kurslarına gəlməzdən əvvəl kompüter kurslarından keçmələri məqsədəuyğundur. Bu sahədə digər problemlər bəzi məktəblərdə kompyuter otaqlarının şagirdlərin üzünə bağlı qalması, bəzilərində məktəblərə verilən kompyuterlərin öz təyinatına görə istifadə olunmaması, bəzilərində isə məhz bu texnologiyalardan istifadəni bacaran müəllimin olmaması üzündən kompyuterlərin toxunulmaz qalmasıdır. Bu problemlərin nə zaman aradan qalxacağına gəlincə, bununla bağlı proqnozlar belə söyləmək mümkün deyil.

Regionlardan 10 məktəb “Elektron məktəb” layihəsinə qoşulacaq

Hələlik isə Təhsil Nazirliyindən bildirilib ki, ilin sonunadək Azərbaycan Təhsil Şəbəkəsinə əlavə 500 təhsil müəssisələrinin qoşulması, onların yüksək sürətli internetə çıxışının təmin edilməsi, 2000 nəfər inzibati-idarəetmə, 2000 nəfər “Elektron məktəb” və 23000 nəfər pedaqoji heyətin təlimlərə cəlb olunması nəzərdə tutulur. Bundan başqa, 2005-ci ildə Bakı və Sumqayıt şəhərlərinə verilmiş 1500 ədəd kompüterin modernizasiyası və regionlara göndərilməsi, bu təhsil müəssisələrinə 1500 ədəd yeni kompüterin verilməsi planlaşdırılır. “Elektron məktəb” layihəsinə isə regionlardan 10 məktəb əlavə olunacaq. “Bir şagird bir kompüter” layihəsinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə  əlavə 1500 ədəd netbukların verilməsi də görüləcək işlər sırasındadır. Məktəb rəhbərliyinin, fənn müəllimlərinin İKT sahəsində bilik və bacarıqlarının siyahısının, eləcə də onların  adıçəkilən sahə üzrə ixtisasının artırılması Proqramının hazırlanması nəzərdə tutulur. İnzibati heyətin və fənn müəllimlərinin İKT sahəsində bilik və bacarıqlarını qiymətləndirmə meyarları da hazırlanacaq. Eləcə də təhsil müəssisələrində kompüter avadanlıqlarına servis xidmətinin təşkili üzrə reqlament və xidmətin təşkili qaydaları, “Elektron məktəb” idarəetmə sistemləri üzrə metodiki tövsiyələr hazırlanacaq.


Həqiqət İSABALAYEVA
+  -  Çap 
Yerləşdirilib: 09.09.10 | Baxılıb: 264

ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •