Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Rays Buşa niyə hirslənib?
“Mən dəstəyi atdım. Prezident məndən çox küsdü”

Londonda nəşr olunan «The İndependent» qəzeti Amerikanın sabiq prezidenti Corc Buş və onun dönəmində prezidentin milli məsələlər üzrə müşaviri işləmiş Kondoliza Rays arasında yaşanmış ilginc hadisəni ilk dəfə açıqlayıb. 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda  terrorçular qaçırdıqları ikinci təyyarəni Ümumdünya Ticarət Təşkilatının binasına yönəltdikdən 30 dəqiqə sonra Raysın  prezident Buşla çox yüksək tonda danışığı olub. Buş telefonla Raysı təyyarə ilə Ağ evə qayıtmaq planları barədə xəbərdar etmək istəyib. Bu o vaxt baş verirdi ki, Ağ evin özü də terrorçuların mümkün hədə obyekti kimi gözdən keçirilirdi. Buş Ağ evə qayıtmaqla şəhərdə təhlükəsizliyə nəzarəti öz əlinə almağı düşünürmüş. Rays Buşa bir neçə dəfə getdiyi Florida ştatında daha təhlükəsiz yerdə qalmağı məsləhət görüb. Buş Raysa etiraz etmək istəyəndə xanım siyasətçi səsinin tonunu qaldıraraq prezidentə etiraz edib və telefonun dəstəyini yerə qoyub. “Prezident mənə zəng edərək dedi ki, “mən qayıdıram”. Mən ona dedim ki, siz bura qayıda bilməzsiniz. Amerika Birləşmiş Ştatları hücuma məruz qalıb. Siz təhlükəsiz yer tapmalısınız. Biz bilmirik burada daha nələr olacaq. Lakin o, yenə də “mən qayıdıram” dedi” - deyə Rays Britaniya sənədli filminə çəkilişi zamanı bildirib. “Mən ona yenə də “siz qayıda bilməzsiniz” dedim. Mən bunu prezidentə yüksək tonda dedim, mən əvvəllər heç vaxt prezidentə səsimi qaldırmamışdım. Mən dəstəyi atdım. Prezident məndən çox küsdü. Mən prezidenti çoxdan tanıyıram və mən bilirdim ki, o, yalnız bir şeyi istəyirdi – təyyarənin şturvalı arxasına keçmək və Nyu-Yorka uçmaq” - deyə Rays xatırlayır.
+  -  Çap 
Yerləşdirilib: 09.09.10 | Baxılıb: 189

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •