Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Dini dözümsüzlüyün pik həddi
ABŞ-da “Quran”ı yandırmaq niyyəti ciddi narahatlıq yaradıb

“Quran”ın yandırılması ilə müşayiət olunan aksiyalar müsəlman ölkələrindəki əməliyyatlarda iştirak edən Amerika qoşunlarının təhlükəsizliyinə təsir edə bilər. Bunu Ağ Evin rəsmi nümayəndəsi Robert Gibbs bildirib. O, Floridadakı kilsələrdən birinin pastorunun 11 sentyabr hadisələrinin ildönümündə “Qurani-Kərim”in nüsxələrinin kütləvi yandırılması ilə bağlı çağırışına münasibət bildirərkən deyib: “Belə aksiyalar Əfqanıstan kimi yerlərdə təsirsiz ötüşməyəcək. Həmin yerlərdə qoşunlarımıza ziyan vurula bilər”. ABŞ Dövlət Departamentinin nümayəndəsi Filip Krouli jurnalistlərə bildirib ki, əgər belə bir aksiya baş tutsa, bu, amerikasayağı olmayacaq: “Bu addım dini dözümlülük və vicdan azadlığı prinsiplərinə ziddir”. Əfqanıstandakı NATO qüvvələrinin komandanı, amerikalı general Devid Petreus da həmvətənlərini düşünmədən addım atmamağa çağırıb. Onun fikrincə, amerikalılar belə düşünülməmiş addımlarla hazırda Əfqanıstanda xidmət edən həmvətənlərinin həyatını təhlükə altında qoya bilərlər.

Yeri gəlmişkən, «Quran»ı yandırmaq istəyənlər Florida ştatında yaşayan təxminən 50 dindarın yaratdığı bir icmadır. Onlar özlərini “Dove World Outreach center” adlandırırlar. Ştatın hakimiyyət orqanları icmaya kitabların yandırılması aksiyasını keçirməyə icazə verməyib. Amma icmanın rəhbəri, keşiş Terri Cons deyir ki, onlar bütün hallarda aksiyanı keçirməkdə israrlıdırlar. Cons CNN-ə deyib ki, onların planlaşdırdıqları aksiya nəticəsində kiminsə ölməsi “çox faciəvi” olardı, amma onun icması düşünür ki, gec-tez “İslamdan gələn təhlükəni önləmək” vacibdir. İcmanın İnternet saytı da İslamı zorakı din kimi təqdim edir.
Dövlət katibi Hillari Klinton isə “Qurani-Kərim”in yandırılmasını məsuliyyətsiz və biabırçı akt adlandırıb. Klinton Dövlət Departamentində verilən iftar yeməyində çıxışı zamanı deyib ki, sentyabrın 11-də Qurani-Kərimi yandırmağa hazırlıq xəbərindən narahatlıq keçirir: “Biz bura elə bir anda toplaşmışıq ki, xəbərlərdə Qeynsvil şəhərindən olan pastorun “Qurani-Kərim”i yandırmağa hazırlaşdığı bildirilir. Amerikanın bütün dini liderlərinin – xristian - yevangelistlərdən tutmuş ravvinlərə qədər, həmçinin dünyəvi liderlərin bu aktı pisləməsi məni riqqətə gətirib. ABŞ dini dözümlülük prinsipinə sadiq qalır”. Hillari Klinton bildirib ki, Ramazan ayı bütün dünya müsəlmanlarının dua etdiyi və xeyirxah işlər etməyə çalışdığı günlərdir: “Buna görə də biz bu bayramı birlikdə qeyd edərkən burada evimizdə və ölkənin hüdudlarından kənarda bütün dinlərdən olan insanlar arasında qarşılıqlı hörmət və əməkdaşlığı necə dərinləşdirmək və genişləndirməyi nəzərdən keçiririk”.
İftar yeməyində 230-a yaxın insan, o cümlədən Vaşinqtondakı diplomatik korpusun nümayəndələri, QHT rəhbərləri və gənc liderlər iştirak ediblər.
Əfqanıstandakı Amerika və NATO qüvvələrinin komandanı, general Devid Petreus deyib ki, Consun icması bu hərəkəti ilə Amerika prezidenti Barak Obamanın 1,5 milyardlıq müsəlman dünyası ilə münasibətlərini təhlükə altına qoya bilər. Petreus icmanın planlarını “Taliban”ın siyasəti ilə müqayisə edərək deyib ki, bu, talibançı radikalların Əfqanıstanda və dünyanın başqa yerlərində Amerikanın müsəlmanlarla yaxın münasibət qurmaq cəhdləri qarşısında ciddi problemlər yaratmaq siyasətinə bənzəyir. Əfqanıstandakı NATO təlim missiyasının rəhbəri, general Uilyam Koldvel Kabulda jurnalistlərə deyib ki, Amerikadakı icmanın planları Əfqanıstanda xidmət göstərən amerikan qüvvələrinə qarşı qisasçı hücumlara yol aça bilər. “Onların hərəkəti burada xidmət edən cavan qız və oğlanların həyatını təhlükə altına qoya bilər. Eyni zamanda, bizim Əfqanıstanda həyata keçirmək istədiyimiz missiyaya təhlükə yarada bilər”.
Kabuldakı Amerika səfirliyi də bəyanat verərək deyib ki, Amerika hökuməti İslama qarşı belə hörmətsizliyə haqq qazandırmır və başqa dini icmaların üzvlərini qəsdən alçaltmaq cəhdlərindən çox narahatdır. Əfqanıstandakı Amerika səfirliyi də bildirib ki, ABŞ-da bütün dinləri təmsil edən insanlar Floridadakı kiçik icmanın planlarını pisləyirlər və həmin qrupun zərərli bəyanatlarının əleyhinə çıxırlar. Eyni zamanda, Kabulda yüzlərlə əfqan etiraz aksiyası keçirərək Amerikadakı icmanın “Quran”ı yandırmaq planlarına qarşı çıxıblar, “Amerikaya ölüm” şüarları səsləndiriblər. Etiraz aksiyasında əsasən Kabuldakı bir dini məktəbdə təhsil alan tələbələr iştirak ediblər. Onlardan biri deyir: “Biz bu yürüşlə Amerikaya öz etirazımızı bildiririk və belə aksiyaları davam etdirəcəyik. Biz Amerikanı bizim müqəddəs “Quran”a qarşı bu çirkin kampaniyanı dayandırmağa çağırırıq”.
Etirazlara İran da qoşulub. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Qərb ölkələrini “dinin müqəddəs dəyələrini təhqir etmək üçün ifadə azadlığından sui-istifadə edilməsinə son qoymağa” çağırıb.
+  -  Çap 
Yerləşdirilib: 09.09.10 | Baxılıb: 189

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •