Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Kazimirovun növbəti erməni təəssübkeşliyi
Separatizmə xidmət edən eks-həmsədrin yaddaş problemi var

ATƏT-in Minsk qrupunun rusiyalı keçmiş həmsədri Vladimir Kazimirov növbəti dəfə ermənipərəst mövqeyini ortaya qoyub. Siyasi dairələrdə «separatçıların vəkili» adını qazanmış Kazimirov ermənilərə yaxınlığı ilə seçilən «Reqnum»da dərc etdiyi məqaləsində özünü «neytral» şərhçi kimi göstərmək istəyib. Lakin məqaləsində başdan-ayağa ermənilərin mövqeyindən çıxış etdiyini büruzə verib. «Azərbaycan və BMT» başlıqlı məqalədə o qədər cəfəng fikirlər yer alıb ki, hətta münaqişə ilə az tanış olan şəxs belə şoka düşür. O, saytın oxucularını inandırmağa çalışır ki, məhz Azərbaycan ilk dəfə olaraq Dağlıq Qarabağ münaqişəsində silaha əl atıb. Halbuki, ermənilərin ilk dəfə olaraq Qarabağda silah işlətmələrini elə onun vətəndaşı olduğu ölkə təsdiq edib. Məhz ilk dəfə ermənilər tərəfindən azərbaycanlılar öz ev-eşiklərindən qovulublar. Fakta qarşı gedə bilməzsən. Faktları yalnız axmaq və yaxud bədbəxt adamlar saxtalaşdıra bilər. Hamıya bəllidir ki, ilk dəfə olaraq ermənilər 1987-ci ildə Qafan və Mehridən azərbaycanlıları qovublar. O zaman ilk dəfə 5000 nəfər Azərbaycana pənah gətirməli olmuşdu. Bu faktlar SSRİ Baş prokurorluğunun o vaxtkı istintaq materiallarında yerləşdirilib. O vaxta kimi isə Sovet Azərbaycanından bir erməni belə qaçqın vəziyyətə düşməmişdi. Azərbaycanlılar kiminsə evinə girib onu qovmağı ağıllarına belə gətirmirdilər. «Yüksək mədəniyyətli» və «qədim xristian» ermənilər bu «sənəti» öyrədiblər. İlk qurbanlar da azərbaycanlılar oldular. «Əzabkeş» millətin nümayəndələri Əsgəranda azərbaycanlıları gülləboran etdilər. Ermənilərin də qatıldığı Sumqayıt hadisələri də məhz Ermənistandan azərbaycanlıların qovulmasından sonra başladı. Özü də bilərəkdən onları məhz Sumqayıtda yerləşdirmişdilər. Ona görə də Kazimirovun diqqətinə çatdırmaq istərdik ki, yaxşı olardı ki, zorakılığın «pioner”lərini Azərbaycanda deyil, özünə doğma hesab etdiyi Ermənistanda axtarın.
Bu gün ermənilər Bakı, Sumqayıt, Gəncədə onlara qarşı həyata keçirilən aksiyalardan danışmağı çox sevirlər. Guya ki, məhz bu şəhərlərdə erməni talanlarından sonra qarşılıqlı aksiyalar başlayıb. Onların diqqətinə çatdırmaq istərdik ki, Bakı hadisələrinə il yarım qalmış Ermənistandan 207 min azərbaycanlı qovulmuşdu. Qukark rayonunda isə 217 azərbaycanlı öldürülmüşdü. Bütün bunlar haqqında isə erməni təbliğatçıları və onların Moskvadakı vəkilləri nədənsə susmağa üstünlük verirlər. Kazimirovun da diqqətinə çatdırmaq istərdik ki, hər zaman qırğınları və deportasiyaları birinci ermənilər törədiblər, azərbaycanlılar yalnız onlara cavab veriblər. Özü də bu aktlar zamanı Kazimirovun sevimlisi olan ermənilərdən çox azərbaycanlılar qətlə yetiriliblər. Ermənilər silah-sursat ələ keçirmək üçün sovet hərbi hissələrinə hücum edəndə Azərbaycan əvvəlki tək Kremlin haqq-ədaləti bərpa edəcəyinə ümid edirdi. Artıq həmin vaxt Ermənistanda ölkə rəhbərliyinə tabe olmayan tam tərkibli ordu formalaşmışdı. Sonra isə Spitakda zəlzələ baş verdi və bu ölkəyə humanitar yardım adı altında Livandan, Suriyadan ASALA-nın məxfi təlim mərkəzlərindən tonlarla silah göndərildi. Bütün bunları yəqin ki, Kazimirov bilmir. Ya da ki, separatçıların vəkili statusu ona bunları deməyə imkan vermir. Yəqin ki, o vaxtkı Azərbaycan rəhbərliyinin əhalidən dədə-babadan qalmış ov tüfənglərini belə yığmasını və başdan-ayağa kimi silahlanmış ermənilərin qarşısında əliyalın qoyduğunu, Laçında yerli sakinlərin Ermənistandan Dağlıq Qarabağa  «humanitar yardım» adı altında gedən maşın karvanlarını saxlayanda oradan tapılan stinger raketlərini də bilmir. Bu barədə o vaxtın mərkəzi qəzetləri də məlumatlar yaymışdılar. Yaxşı olardı ki, ermənipərəst siyasətçi Azərbaycanın ilk dəfə olaraq hərbi əməliyyatlara başlamasını bir daha dilinə gətirməsin. Kazimirov ermənilərin 1992-ci ildə Tehranda imzalanan atəşkəs barədə sazişi pozaraq Şuşanı işğal etdiklərini də «unudur».
Eks-həmsədr indi də Azərbaycanın BMT-yə işğal olunmuş torpaqları ilə bağlı müraciət etməsinə toxunub. Onun sözlərinə görə, BMT Baş Assambleyasının 2008-ci ildə qəbul etdiyi qətnaməyə əsasən İslam Konfransı Təşkilatına üzv olan ölkələr imza atıblar. Kazimirovun diqqətinə çatdırmaq istərdik ki, müvafiq qətnamə İKT ölkələrinin təmsil olunmadığı Avropa parlamentində də qəbul edilib. Orada isə müsəlman dövlətlər yoxdur. Sonda Kazimirovun diqqətinə bir faktı çatdırmaq istərdik. Bu da separatizmə xidmət edən eks-həmsədrin artıq Ermənistanın hüdudlarından kənarda ciddi ekspert kimi qarşılanmamasıdır.


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 09.09.10 | Baxılıb: 236

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •