Bir müddət əvvəl o, dünya ictimaiyyətini güclü daşqınların baş verdiyi Pakistana yardımları artırmağa çağırmışdı
Məşhur aktrisa, BMT-nin xoşməramlı səfiri Ancelina Coli güclü daşqınların baş verdiyi Pakistana səfər edib. Məqsəd dünya ictimaiyyətinin diqqətini daşqınların təsirinə məruz qalmış və humanitar yardıma ehtiyacı olan insanların problemlərinə yönəltməkdir. Aktrisa ikigünlük səfərinə də məhz təbii fəlakət bölgəsindən başlayıb.
Buradakı həyat şəraiti ilə maraqlanan Ancelina Coli daşqınlar nəticəsində evlərini itirmiş və müvəqqəti düşərgələrə yerləşdirilən insanlarla da görüşüb. Gördükləri xoşməramlı səfirdə dərin təəssürat yaradıb. O deyib: “Ölkə ağır vəziyyətlə üzləşib. Fəlakətin miqyası olduqca genişidir. Bir çox insanlar daşqınlar zamanı evlərini itirib, bəziləri övladlarını. Biz təcili humanitar yardıma ehtiyac duyan insanlardan diqqətimizi əsirgəməməliyik”. Qeyd edək ki, Ancelina Coli sonuncu dəfə Pakistana 2005-ci ildə ölkənin şimalında baş verən dağıdıcı zəlzələdən sonra səfər etmişdi.
|