Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Şərhsiz gün
“Üzüm yerdə olacağına, başım yerdə olsun”.  Jorge Luis Borges

Dünən iş otağımızda maraqlı bir müzakirədən sonra həmkarımın sözünün təsiri altında Oslo haqqında ətraflı axtarış aparmağı qərara aldım. Mənə maraqlı gələn dünyanın ən varlı şəhərlərindən olan, yaşam standartları “yaşamağa” imkan verən və əhalisinin 26%-ni immiqrantlar təşkil edən Oslonun görməli yerləri deyildi. İnternetdəki axtarış həmkarımın məlumatını doğruladı. Bu şəhərdə (əhalinin yaşayış səviyyəsi yüksək olsa da) hər gün yüzlərlə insan müxtəlif şəkildə - özünəqəsdlə, bıçaqlanma ilə, yüksək doza ilə dünyasını dəyişir. Maraqlı məlumat isə bu deyil, maraqlı olan odur ki, şəhər köşklərindəki qəzetlərin heç birində kriminal və cinayətləri işıqlandıran səhifələr yoxdur. Əhalinin psixoloji sağlamlığına ən azı maddi rifahı qədər önəm verilir. Sonra da iş yerinə gəlib, stolumuzun üstündə saysız-hesabsız qəzetlərin qan qoxuyan - “asılmışların”, “kəsilmişlərin”, “atılmışların”, “vurulmuşların”, “tutulmuşların” səhifələrini vərəqləməyə başlayıram. Amma bunun lazımlı olduğunu düşünənlər də var. Səhər bir tərəfdən Oslo xəyalları quraraq, bir tərəfdən də sevimli yazarlarımın köşələrini oxuyaraq metroda gəlirdim (minəndə baxdım üç nəfərin əlində qəzet var idi). Birdən əlimdəki qəzetin üstünə bir dərgi uzadıldı. Bir müddət gözümü əlimdəki qəzetdən ayırıb, dərgiyə kökləndim. Nəsə xüsusi bir buraxılış idi - karikaturalı və cəlbedici başlıqlı yazılarla dolu. Diqqətimi dərgidən ayırıb, qəzetə yönələndə gördüyüm vəziyyət isə mənə görə inanılmaz, hətta ağlamalı idi - hamı 16 səhifəlik bu balaca dərgini elə acgözlüklə oxuyur, elə həvəslə növbəti xəbər üçün səhifələri çevirirdi ki. Bütün vaqonda hamının əlində eyni jurnalın olduğunu və hamının nəsə oxuduğunu, heç kimin ayaqqabısını, çantasını, eynəyini, telefonunu güdmədiyini gözünüzün qabağına gətirin. O səhnənin portreti çəkilsəydi, adım kimi əminəm ki, dünyanın ən bahalı rəsm əsəri olardı (təbii ki, altında Azərbaycan, Bakı Metropoliteni yazılsaydı). Şərhini sizin ixtiyarınıza buraxdığım bu mənzərə beynimdə iki sual yaradıb: “İnsanımızın qəzet almağa pulumu yoxdur və pulsuz dərgi tapdıqlarındanmı o gözəl mənzərənin şahidi oldum?!” və “Obyektiv yazan qəzetmi yoxdur, pulsuz paylanan və manseti qan-qan deyən bu kiçik dərgi ona görəmi belə acgözlüklə oxunurdu?!”
Elə o dərgi məsələsi başımı necə qatdısa, ilk açdığım səhifə sevimli xəbər saytım oldu. Saytda oxuduğum, amma yenə heç bir şərh verməyəcəyim xəbəri olduğu kimi çatdırıram: “Braziliya ancaq futbol ölkəsi deyil. Bu ölkənin siyasi arenada qurduğu DEMOKRATİYA, bəlkə samba futbolundan da məharətlidir. Lakin buna fikir verən yoxdur, həm də ona görə ki, demokratiyanın mövcud olduğu ölkələrdə bunda qeyri-adi heç nə görmürlər. Demokrat sözünün söyüş kimi istifadə olunduğu ölkələr isə demokratiya yarışı keçirilsəydi belə, ora gedəsi deyillər. Belə ölkələrdə bu məfhuma anarxiya və xaos kimi baxırlar”. Ziya Göyalp səs-küyə səbəb olan “Türk töresi” kitabı haqqında verdiyi müsahibələrin birində demokratiyanın şərq variantının tam izahını verib: “Türk məfhumunun tam olaraq nə ifadə etdiyini mən də bilmirəm. Amma bu məfhumda tarixilik, mühafizəkarlıq, tamlıq üçün ən doğru yol (yəni demokratik) “kalıcılıktır”. “Kalıcılığı” qoruyan isə ağa və onun sümükləşmiş inancları olan törələridir”.
Yazıda tamam başqa məsələlərdən - rahatlıqla şərhlərini açıqlayacağım məsələlərdən danışmaq olardı. Bəlkə də dünən Oslodakı düşüncə və yaşayış mexanizmindən, metrodakı dərgi mütaliə sindromundan, saytdakı yazını oxuduqca gözümün qabağında səhifələnən kitabdan və ya müsahibədən bixəbər olsaydım, yüz faiz bugünkü yazım “çemodan-çemodan” pulu batmış tələbələrin, məktəbə getməyə pulu olmayan balacanın, paltar almağa pulu olmayan valideynlərin üsyan təzələyən sözləri ilə dünən Bakı Şəhər Təhsil İdarəsinin keçirdiyi konfransda təhsil naziri Misir Mərdanovun “Romeo və Culyetta”dadakı o məşum səhnəni oxuyarkən keçirdiyim hisləri təzələyən çıxışındakı fikirlərinin müqayisəsinə həsr olunacaqdı.
Ya da... Ya da həmkarımın bir müddət əvvəl Sumqayıt şəhər xəstəxanasında mövcud vəziyyətlə əlaqədar hazırladığı reportaja qayıdıb, səhiyyəmizi yağlayacaqdım. topçubaşov adına xəstəxanada çarəsizcə taleyin ixtiyarına buraxılmış 52 körpənin gələcəyi də süjet xəttim olacaqdı. Amma fikirləşdim ki, bəlkə də o 52 körpə nə vaxtsa sağaldıqları üçün lənət edəcəklər. Bəlkə də nə vaxtsa onların da məktəbə getməyə pulları olmayacaq, ya da nə vaxtsa borc-xərclə ödədikləri təhsil haqları da bu gün itən, daha doğrusu, oğurlanan sağlamlıq hüquqları kimi oğurlanacaq. Çünki onların doğulduqları cəmiyyət üçün insanlar həmişə arxa plandadır, çünki onların doğulduqları cəmiyyətin şah damarı “kalıcılık”dır. Odur ki, bu işin altına qolumu qoymuram. Nə vaxtsa onların puç olmuş həyatlarının qarşısında üzümün yerdə olmasındansa, bu gün onlardan yazmadığım üçün qarşılarında başımın yerdə olmasını üstün tuturam.


Odər FATEH 
+  -  Çap 
Yerləşdirilib: 08.09.10 | Baxılıb: 277

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •