Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Xaqani Məmmədov “Xəzər Lənkəran”dan ayrılmayıb
Tuyqun Nadirov: Əvəzedici komanda “cərimə batalyonu” deyil

“Xaqani Məmmədov “Xəzər Lənkəran”dan ayrılmayıb. O, bizim futbolçudur”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib. Mövsümlərarası fasilədə yenidən “Xəzər Lənkəran”a transfer olunan Xaqani Məmmədov Avropa Liqasının oyunlarında meydana çıxsa da, sonradan baş məşqçi postunda edilən dəyişiklik onun üçün uğurlu alınmayıb. Belə ki, təcrübəli hücumçu arxada qalan 4 oyundan yalnız birində meydana çıxıb. “Qəbələ” ilə görüşdə adı “18-liy”ə daxil edilsə də, oynamayan, “Simurq”la matçda isə 34 dəqiqə meydanda olan Xaqaninin adı nə “İnter”, nə də AZAL-la qarşılaşmalarda oyunun protokoluna daxil edilib. Hətta onun komandadan ayrılması barədə də müəyyən söz-söhbət yayılmışdı. Ancaq Nadirov bunun həqiqət olmadığını bildirib: “Elə futbolçularımız var ki, 3 oyunda meydana çıxmayıb, sonuncu görüşdə oynadı. Yəni heyəti qurmaq baş məşqçinin işidir”.
Klub rəsmisinə əsas heyətə düşməyən və adı matçın protokoluna daxil edilməyən futbolçuların əvəzedici komandaya göndərilmə ehtimalı ilə bağlı da sual verdik. Nadirovun cavabı belə olub: “Bizdə əvəzedici komandaya “cərimə batalyonu” kimi baxırlar. Futbolçuları ora göndərəndə, sanki cəzalandırmaq kimi qəbul edirlər. Halbuki əsas heyətə düşə bilməyən istənilən futbolçunun əvəzedici komandaya göndərilməsi normaldır. Əvəzedici komanda da “Xəzər Lənkəran” klubunundur. Əgər baş məşqçi məsləhət bilsə, getməlidir. Qaldı ki, Xaqani Məmmədova, o, əsas komanda ilə məşq edir. Hələ ki, əvəzedici komandaya göndərilməyib”.
+  -  Çap 
Yerləşdirilib: 08.09.10 | Baxılıb: 166

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •