Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
“Bakı”nın məşqçisi daha yaxşı oyun haqqında düşünür
Vinfred Şafer: “Hər bir futbolçu mənim üçün dəyərlidir”

“Anji” ilə yoxlama oyunun keçirilməsini istəyirdik. Belə götürəndə bu komanda ilə görüşməmək bizə elə də ziyan vurmadı”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Vinfred Şafer deyib. Dünən yoldaşlıq oyununda “Qarabağ”la qarşılaşan və 1:1 hesablı heç-heçə edən “zolaqlılar”ın almaniyalı çalışdırıcısı rəqib haqda xoş sözlər söyləyib: “Qarabağ” Azərbaycanın yaxşı komandalarındandır. 7-8 futbolçusu yığma komandaların düşərgəsinə yollansa da, ehtiyat oyunçular onların yoxluğunu hiss etdirmədilər. Bu komandanın yerli futbolçu problemi yoxdur”.

Öz komandasının oyunu haqda da danışan Şafer hər bir futbolçunun onun üçün dəyərli olduğunu vurğulayıb: “Birinci hissədə zəif təsir bağışladıq. Çempionat oyunlarında ehtiyatda qalan futbolçulardan Mahmud Qurbanov, Hacı Əhmədov, Jefersson Anquloya özlərini göstərmək üçün şans vermişdim. Hər bir futbolçu mənim üçün dəyərlidir. Fasilədən sonra heyətdə dəyişiklik etdim. Komanda oyunundan razı qalsam da, yeganə narazı qaldığım məqam yüz faizlik qol şanslarından az istifadə etməyimizlə bağlı oldu. Növbəti turda “Gəncə” ilə qarşılaşacağıq. Ona qədər yığmaların düşərgəsində olan futbolçularımız bizə qoşulacaqlar. Daha yaxşı oynamaq haqqında düşünürük”.
Təcrübəli mütəxəssis son transferi olan fransalı müdafiəçi Stefan Barbikoninin çıxışından razıdır: “Stefanın oyunundan razı qaldım. Qarşıdakı matçlarda onun bizə çox xeyri dəyəcək”.
+  -  Çap 
Yerləşdirilib: 08.09.10 | Baxılıb: 198

03.02.12
Milanda 8 qol
ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •