Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Statistika Komitəsi: "Kənd təsərrüfatı məhsulları bahalaşıb"
Avqust ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,1 faiz bahalaşıb. Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatına görə, ay ərzində bitkiçilik, bostan və bağçılıq məhsullarının qiymətləri 2,4 faiz bahalaşıb, diri mal-qara və heyvandarlıq məhsullarının qiymətləri isə əvvəlki ayla müqayisədə 0,4 faiz ucuzlaşıb. Bitkiçilik, bostan və bağçılıq məhsullarından tərəvəz məhsullarının istehsalçı qiymətləri 12,1 faiz, dənli bitkilərin 8 faiz, kökümeyvəli və köküyumruluların 6,8 faiz, digər qruplara daxil edilməyən sair tərəvəzlərin 4,9 faiz, kartofun 1,6 faiz, turuncu meyvələrin 1,7 faiz, subtropik meyvələrin qiymətləri 0,2 faiz bahalaşıb, sitrus meyvələrin 1,7 faiz, zeytun və qoz-fındığın qiymətləri isə 3,0 faiz ucuzlaşıb.
Diri mal-qara və heyvandarlıq məhsullarından iribuynuzlu qaramaldan alınan südün istehsalçı qiymətləri 3,2 faiz, qoyun və keçi südünün 1,9 faiz, mal ətinin (diri çəkidə) 1,2 faiz, mal-qara yunu və tükü 0,3 faiz bahalaşıb, diri qoyunların 0,8 faiz, qoyun ətinin (diri çəkidə) 0,2 faiz, diri iribuynuzlu qaramalın 1,3 faiz, diri quşların 0,4 faiz, quş ətinin (diri çəkidə) qiymətləri 5,1 faiz, yumurtanın qiymətləri isə 8,4 faiz ucuzlaşıb. Ay ərzində meşə təsərrüfatı məhsullarından yanacaq oduncağının istehsalçı qiymətlərində 0,4 faiz bahalaşma müşahidə olunub.
+  -  Çap 
Yerləşdirilib: 08.09.10 | Baxılıb: 175

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •