|
Hüquq-mühafizə orqanları oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Qax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də Ülvi Süleymanova məxsus mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs yaxalanıb. Saxlanılan Bağtala kənd sakini, əvvəllər məhkum olunan Rəhim Əbdülrəhmanovdur. Faktla bağlı araşdırmalar aparılır.
|