|
Daha üç nəfər intihar edib
Ötən gün üç intihar faktı qeydə alınıb. Şəmkir rayonunda rayon sakini, 1976-cı il təvəllüdlü Rüstəm Səfərov özünü yaşadığı mənzildə iplə asıb. Şəmkir rayon Prokurorluğundan verilən məlumata görə intiharın səbəbləri araşdırılır. Naftalan şəhərində 1930-cu il təvəllüdlü Hüseyn Məmmədov yaşadığı ünvanda özünü asıb. Hələlik intiharın səbəbləri məlum olmasa da, mərhumun uzun illərdir, ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilir . Daha bir intihar faktı Suraxanı rayonunda qeydə alınıb. Suraxanı rayon Prokurorluğundan verilən məlumata görə, Hövsan qəsəbə sakini İlhamə Rəhimova özünü yaşadığı evdə asıb. Mərhumun özünə hansı səbəbdən qəsd etməsinin səbəbləri araşdırılır. Hər üç faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır.
|