Corc Kluninin iştirak etdiyi “Amerikalı” filmi Amerika prokatında “Maçete” filmini geridə qoyub
İtv.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, məşhur fotoqrafçı və klipmeyker Anton Korbiynanın çəkdiyi “Amerikalı” filmi payız mövsümünün ilk həftə sonu Amerika prokatının lideri olub. Film sentyabr ayının 3-dən 5-nə kimi 13 milyon dollar qazanıb. Bu həftə sonu isə «Amerikalı» filmin satışdan 16 milyon dollar qazanacağı gözlənilir. Satış üzrə ikinci yerə 11,5 milyon dollar kassa mədaxili ilə “Basqınçılar” filmi yer alıb. Bir həftə öncə bu film 21 miyon dollar qazanaraq satış üzrə lider olub.
Üçüncü pillədə Robert Rodriqesin “Maçete” premyera-filmi qərarlaşıb. Bu filmin gəliri 11,3 milyon dollar təşkil edib. Dördüncü yerdə isə, 7,5 milyon dollar gəlirlə ”İblisin son qovuluşu” filmi qərarlaşıb. Ötən həftə isə bu film satış üzrə 20,3 milyon dollar qazanmışdı.
|