Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi kimsəsiz ahılları yad etmək və onları Müqəddəs Ramazan bayramı münasibətilə təbrik etmək üçün Bilgəh qəsəbəsindəki qocalar evinə baş çəkəcək. Sentyabrın 9-da keçiriləcək konsert proqramında teatrın aparıcı aktyorları Əliməmməd Novruzov, Ülkər Əliyeva, Günay Əhmədova, Novruz Qartal, Rəsmiyyə Nurməmmədova, Ramil Qasımov, müğənni Aqil Rzayev iştirak edəcək. Qonaqlar konsert proqramı ilə yanaşı, həm də tamaşalardan səhnələr göstərəcəklər.
Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev qeyd edib ki, teatr vaxtaşırı olaraq maddi imkanları məhdud olan, lakin teatrı sevən insanlar üçün də açıq qapı günləri keçirir, onlara öz yeni tamaşalarını təqdim edir. Direktor bu sosial layihələrin mütəmadi olaraq davam etdiriləcəyini də bildirib.
Xəyalə
|