Azərbaycanın populyar müğənnisi Rəqsanə İsmayılovanın səhhətində ciddi problem yaranıb. Trend Life-ın məlumatına görə, bu, ifaçısının sayca 10-cu plastik cərrahiyyə əməliyyatı keçirməsindən sonra baş verib. Rəqsanənin prodüsseri Təranə Səmədova bildirib ki, əməliyyat bu gün səhər Bakıdakı Xətai klinikasında keçirilib. "Səhər Rəqsanə mənə əməliyyata girdiyi haqda SMS yazdı. Sonradan onun bacısı mənə Rəqsanənin səhhətinin kəskin şəkildə pisləşdiyini bildirdi. Rəqsanə telefonu söndürdüyündən onunla əlaqə yarada bilmədim". Rəqsanənin əməliyyat keçirdiyi klinikadan müğənninin orada olduğunu təsdiqləsələr də, onun səhhəti haqda hər hansı açıqlama verməyiblər.
|