Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Rusiya Ermənistan üçün döyüşməyəcək
Ekspertlər hesab edirlər ki, Ermənistanın Rusiya hərbi bazalarına olan ümidləri əbəsdir

Apardığı işğalçılıq siyasəti nəticəsində beynəlxalq aləmdən təcrid olan Ermənistan son günlər növbəti təxribatlara əl atır. Bədnam qonşularımız qoşunların təmas xəttində təxribatçı hücumlarını genişləndirməyə başlayıb. İşğal altında olan Azərbaycan torpaqlarından Azərbaycan ordusunun mövqelərinə hücumlar edən ermənilər layiqli cavablarını alsalar da, hücumlarını dayandırmırlar. Özü də maraqlısı odur ki, işğalçı ölkə bu hücumlarını Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana səfəri zamanı intensivləşdirib. Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan Silahlı Qüvvələri sentyabrın 5-də və sentyabrın 6-na keçən gecə Xocavənd rayonu, Tərtərin Çiləbürt, Göyarx, Seysulan, Qızıl Oba kəndləri, Daşkəsən rayonu, Ağdamın Cəvahirli kəndi, Goranboyun Tapqaraqoyunlu kəndi istiqamətində atəşkəsi pozub. Cəmi bir neçə gün əvvəl ermənilərin təxribatçı hücumu nəticəsində qanlı döyüşlərin getdiyi Tərtər istiqamətindən düşmən yenidən mövqelərimizə həmlə edib və ordumuz növbəti dəfə şəhidlər verib. Tərtər istiqamətində baş verən döyüşlər barədə erməni mənbələri də məlumatlar yayıblar. Gözlənildiyi kimi, onlar bu hücumları Azərbaycan ordusunun etdiyini xəbər verirlər.  Azərbaycan telekanallarının Tərtərdə gedən döyüşlər barədə xəbərində deyilir ki, ötən gün səhər saatlarında ermənilər cəbhə xəttində - Tərtərin Həsənqaya kəndi istiqamətində Azərbaycan ordusunun mövqelərinə doğru hücuma keçib. Baş verən şiddətli atışmada ordumuz iki şəhid verib, bir əsgərimiz isə yaralanıb. Bəs görəsən, növbəti erməni fitnəkarlığının arxasında nə durur? Doğrudanmı, bu, Rusiya prezidentinin səfəri ilə bağlıdır, yoxsa ermənilər ölkədaxili gərginliyi cəbhə xəttində hücumlar təşkil etməklə səngitmək istəyirlər?
Politoloq Mübariz Əhmədoğlu hesab edir ki, ermənilərin cəbhə bölgəsində təxribatçı hücumlarının genişləndirməsi daxili siyasi  vəziyyətə söykənir. Yəni hazırda erməni cəmiyyətində baş alıb gedən korrupsiya, əhalinin narazılığı güclənib. Bu səbəbdən də rəsmi Yerevan çıxış yolunu işğal altında olan Azərbaycan torpaqlarında təxribatçı hücumlar təşkil etməkdə görür. Ekspert ermənilərin Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayacağı təqdirdə Rusiya hərbi bazasının onların tərəfində çıxış edəcəyini düşünmələrini də cəfəngiyat adlandırır: «Orada söhbət yalnız Gümrüdə hərbi bazanın saxlanma müddətindən gedir. Nə hərbçilərin sayı, nə də funksiyası dəyişmir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi də açıqlama veriblər. Onlar açıq şəkildə bildirdilər ki, «biz ermənilərə deməmişik ki, onları azərbaycanlılardan qoruyacağıq». Bu isə açıq şəkildə göstərir ki, bu baza Azərbaycana qarşı yönəlməyib». Ekspert  Ermənistanın günahı ucbatından qoşunların təmas xəttində yaranmış vəziyyətdən danışarkən xüsusi vurğulayıb ki, əgər «əvvəllər azərbaycanlılar erməni hərbçilərinin müxtəlif təxribatçı hücumlarına məruz qalırdılarsa, indi artıq onlar işğalçıya layiqli cavab verirlər: «Mən hesab etmirəm ki, bu tip insidentlərin sayı və gücü artmaqda davam edəcək. O ki qaldı belə hücumlara - bütün bunlar onu göstərir ki, ermənilər səhvən Rusiyanın dəstəyinə, onunla imzaladıqları hərbi sazişə ümid edirlər. Onların işğal altında olan torpaqlarda fəallaşması məhz bununla bağlıdır. Onlar ümid edirlər ki, bununla Azərbaycanı qorxuda biləcəklər». M.Əhmədoğlu bütün bunlara baxmayaraq, bu cür atışma və təxribatçı hücumların sonda Azərbaycan və Ermənistan arasında mövcud olan atəşkəs rejiminin pozulub irimiqyaslı hərbi münaqişəyə çevrilə biləcəyi təhlükəsini görmür.
Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Asim Mollazadə isə bildirib ki, Ermənistan tərəfindən təxribatların sayının artması təsadüfi hal deyil. Onun sözlərinə görə, Ermənistan bununla dünya birliyinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təklif etdiyi sülh variantına getmək istəmədiyini nümayiş etdirir: «Yada salmaq istəyirəm ki, Ermənistan tərəfindən belə təxribatlar erməni işğalını pisləyən qətnamələrin müzakirəsi zamanı güclənir. Belə ki, Avropa Parlamenti, Bundestaq, Qərbi Avropa İttifaqı və İtaliya Senatında bununla bağlı müzakirələr gedir. Hazırda isə BMT Baş Assambleyasında erməni işğalını pisləyən qətnamənin müzakirəsi ərəfəsində Ermənistan hərbi hücumlar istiqamətində səylərini gücləndirir». Millət vəkili bildirir ki, Ermənistanda başa düşməlidirlər ki, Azərbaycanın Silahlı Qüvvələri, iqtisadiyyatı ötən əsrin 90-cı illərindəki kimi deyil: «Bu gün Ermənistanın arxasında duran qüvvələr belə Azərbaycanın hərbi qüdrətinin qabağında duruş gətirə bilməzlər». Onun sözlərinə görə, beynəlxalq təşkilatlar Ermənistanı sülhə gətirəcək siyasətin tətbiqi üzərində iş aparmalıdırlar. «Ermənistan hakimiyyət orqanlarının bütün hərəkətləri onu deməyə əsas verir ki, bu ölkə könüllü şəkildə sülhə getmək istəmir. Sülhün əldə olunması isə regionun inkişafı və çiçəklənməsi yolunda başlıca amildir» - deyə millət vəkili vurğulayıb. A.Mollazadə hesab edir ki, Ermənistanın Rusiya hərbi bazalarına olan ümidləri boş bir şeydir: «Rusiya Ermənistan üçün döyüşməyəcək. Əgər Rusiya Ermənistana dəstək versə belə, Azərbaycan ordusu işğalçıya layiqli cavab verəcək. Belə olan halda heç nə Ermənistanı xilas etməyəcək».
Digər bir politoloq Fkrət Sadıxov da hesab edir ki, gücdən istifadə Rusiyanın xarici siyasətində artıq adi haldır. Onun sözlərinə görə, Medvedyevin Bakı səfəri ərəfəsində də Ermənistan-Azərbycan cəbhə xəttində insidentlər başlamışdı. Politoloq bu qənaətdədir ki, baş verən insidentlər böyük ehtimalla Rusiya güc strukturlarının növbəti provokasiyası və rusların xəbərdarlığıdır. F.Sadıxov bildirib ki, rəsmi Moskva Cənubi Qafqazda öz maraqları ətrafında istənilən görüşqabağı öz gücünü nümayiş etdirməyi sevir: «Səbəb sadədir. Rusiya regionda maraqlarını şərtsiz və birmənalı genişləndirmək iddiasındadır. Faktiki olaraq burada strateji mövqeyini möhkəmləndirmək üçün Rusiya region ölkələri ilə istənilən danışıqlarda şərt qəbul eləmək istəmir. Bunu o, artıq Ermənistanla həll edib. Moskvanın İrəvanla artıq heç bir problemi yoxdur. İki ölkə arasında imzalanan sənədlərlə Rusiya Ermənistanı Qərbin əlindən tamamilə alıb. Moskva belə bir oyunun Bakı ilə də baş tutmasına çalışır. Faktiki olaraq Ermənistan iqtisadiyyatı və hərbisi Rusiyanın tam nəzarətindədir. Ancaq Rusiya həm də anlayır ki, qonşu Azərbaycan onun üçün daha faydalıdır və Bakı İrəvan qədər Moskvaya yaxın olarsa, Rusiya Ermənistandan bir neçə qat artıq Azərbaycandan fayda götürə bilər. Azərbaycanın iqtisadiyyatı və strateji kommunikasiya xətlərinin üstündə yerləşməsi də buna əsas verir. Cəbhədə baş verən insidentin təşkili də ondan xəbər verə bilər ki, danışıqlarda Azərbaycan Qarabağda hər an təhlükənin olduğunu anlasın və burada açar kimi yalnız Rusiyaya üz tutsun». F.Sadıxov əlavə edib ki, ruslar istəsə daha təsiredici insident təşkil edərlər.
Siyasi ekspert Musa Qasımlı baş verən insidenti Rusiya prezidentinin səfəri ilə əlaqələndirir. O hesab edir ki, D.Medvedyevin səfərindən iki gün əvvəl insidentin yaşanması Ermənistanın öz havadarının tapşırığını canfəşanlıqla yerinə yetirməsidir: «İkinci bir tərəfdən, Rusiya prezidentinin səfəri ərəfəsində cəbhədə ciddi silahlı toqquşma yaratmaq onu göstərir ki, Bakı regionda mövcud status-kvonun nə dərəcədə təhlükəli olduğunu danışıqlarda unutmasın. Çünki Qarabağ təkcə Ermənistan tərəfdən işğal edilməyib, burada Rusiya kimi sifarişçi də var. Ona görə də bütün bunlar indiki halda Azərbaycana təzyiq mənasını daşıyır. Digər tərəfdən, Bakı ilə Moskva arasında Qarabağla bağlı danışıqların olacağı ərəfədə atəşkəsin pozulması onu deyir ki, münaqişənin həllini uzatmaq və dondurmaq təhlükəlidir. Belə vəziyyət hər an partlayışla nəticələnə bilər, daha güclü hərbi əməliyyatlar başlaya bilər».
“Cəbhə xəttində atəşkəsin pozulması bir daha Ermənistanın işğalçılıq mahiyyətindən xəbər verir”. Bunu isə YAP-ın saytına açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov deyib. B.Səfərov bildirib ki, Ermənistanla Rusiya arasında imzalanan yeni hərbi müqavilədən işğalçı dövlət öz məqsədləri üçün istifadə etmək istəyir. O, Rusiyanın 102-ci hərbi bazadan Ermənistanın işğalçılıq siyasətini genişləndirmək üçün istifadə etməsinə imkan veriləcəyinə inanmadığını da qeyd edib: “Rusiya prezidentinin ölkəmizə səfəri zamanı səsləndirdiyi fikirlər buna əsas verir. Bu hərbi müqavilənin imzalanması ilə Ermənistanın Rusiyadan asılılığı daha da artır”. B.Səfərov Ermənistanın müstəqil dövlət olmadığını da vurğulayır: “Ermənistan müstəqil dövlət deyil. Bu müqavilə işğalçı dövlətin qeyri-müstəqilliyini daha da gücləndirir. Ermənilər kim pul verirsə, onların tərəfinə keçir. Yəqin ki, Rusiya həmin müqaviləni imzalamaqla Ermənistanın başqa dövlətlərə sığınmasına imkan verməyib”.
Yeri gəlmişkən, cəbhə xəttində yaşanan gərginlik Avropa İttifaqının da diqqət mərkəzindədir. Azərbaycana səfər edən Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bildirib ki, son vaxtlar cəbhə xəttində baş verən insidentlərdən narahatdır: «Son vaxtlar cəbhədə tez-tez baş verən insidentlər bizi narahat edir. Sülh danışıqlarına diqqəti cəmləmək üçün bunu yaxşı istiqamətə yönəltmək lazımdır».


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 07.09.10 | Baxılıb: 247

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •